Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək

0

Milli Məclisin deputatı Müşfiq Cəfərov  “Arkadağ Serdarlı Xoşbəxt Gənclik İli”nə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün dekabrın 25-də Türkmənistanın Aşqabad şəhərinə səfər edəcək.

Tədbirdə 2023-cü ilin Türkmənistanda “Arkadağ Serdarlı Xoşbəxt Gənclik İli” elan edilməsinin əhəmiyyəti, ölkədə gənclər siyasəti, gənclərin fəallığının artırılması və digər mövzularda müzakirələr aparılacaq.

Səfər dekabrın 28-də başa çatacaq.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir