Adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi düşmüş Prezidentimiz İlham Əliyevin həyat yolu

0

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Cənab İlham Əliyev 1961-ci il dekabrın 24 də Bakı şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə  Bakı şəhərindəki  6saylı orta məktəbdə в sinifində təhsil almışdır. Valideynləri onu məktəbə 6 yaşı tamam olmamış göndərmişdilər. Orta məktəbi bitirəndə isə 16 yaşı tamam olmamışdı. Bu yaşda pasport verilmədiyindən İlham Əliyev Moskvaya, ali məktəbə qəbul olunmağa arayışla getmişdi. İmtahanları uğurla verərək elə ilk cəhddə nüfuzlu ali məktəblərdən sayılan 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) ən gənc tələbəsi adını qazandı. İlk müstəqil həyat və ünsiyyət təcrübəsinə burada yiyələndi. İnstitutu bitirəndən sonra SSRİ-nin xarici ölkələrindən birindəki səfirliyinə təyinat alsa da, MDBMİ-də qalmağa üstünlük verdi. 1985-ciAspiranturaya daxil oldu, 1985-ci ildə dissertasiya müdafiə etdi tarix elmləri namizədi elmi dərəcəsi almışdır.1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

Azərbaycan, Rus, İngilis, Fransız və Türk  dillərini mükəmməl bilir.Ümumiyyətlə, İlham Əliyevin həyatının 15 ili MDBMİ ilə bağlı olub. Həmin dövrü unudulmaz illər adlandıran İlham Əliyev Rusiya telekanallarına müsahibəsində belə deyib: “Tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək, müstəqil həyata qədəm qoymaq illəridir. Həmin illər mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi”.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən  Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olur.

İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cü ildə Yeni Azərbaycan Partiyasının sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001–2003-cü illərdə A.Ş.P.A-da Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il  avqustun 4də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31 də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. .2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.
İlham Əliyevin həyatı uğur səhifələridir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər ayı, hər ili tarixə yazılan prezidentlik dövrü…

Adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi düşmüş Prezidentimizin həyat yolunun bəzi səhifələrini birlikdə vərəqləyək.
Bunu bir xarizma, fitri liderlik istedadı da hesab etmək olar. Üstəlik o, Heydər Əliyev məktəbi keçib, siyasi-mənəvi baxışları bu məktəbdə formalaşıb. İdarəetməni dahi siyasi xadim, müasir müstəqil dövlətimizin banisi, xalqımızın ulu öndəri Heydər Əliyevdən əxz edib. Siyasətdə varislik prinsipi Prezident İlham Əliyevin bir çox çıxışlarında qırmızı xətt kimi keçir. Onu dünya liderlərindən fərqləndirən ən üstün cəhət xalqla daim təmasda, ünsiyyətdə olmasıdır. Müsahibələrindən birində deyir: “Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.

Prezident İlham Əliyev öz əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalq öz liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir. Bunu son bir ildə keçirilən rəy sorğuları əyani şəkildə təsdiqləyir.İlham Əliyev başladığı hər bir işi uğurla başa çatdırmağa nail olub. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli energetika və nəqliyyat layihələrini, ölkəmizin azsaylı kosmik dövlətlər sırasına daxil olmasını da bura əlavə etsək, mənzərə daha da aydın görünür.Əhali ilə birbaşa təmasda olan Prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görüb. Çoxlarının yadında olar, İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən 600 mindən çox iş yeri yaradılacağını bildirmişdi. O vaxt bəziləri buna fantastika kimi baxırdı. Prezident bu vədini də yerinə yetirdi. Bu gün ölkəmizdə işsizlik 45 faizdən 5 faizə, yoxsulluq 50 faizdən 5 faizə enib.2000-ci ilin əvvəllərində bölgələrin elektrik enerjisi, qaz və su təchizatı, yol infrastrukturu, məktəblərin, xəstəxanaların vəziyyəti qənaətbəxş deyildi. Prezident əhalini narahat edən bu məsələlərin tezliklə yoluna qoyulacağını dedi. Çox gözləmək lazım gəlmədi. Hazırda ölkə ərazisinin 95 faizi qazlaşdırılıb. On altı ildə 16 min kilometrə yaxın yol çəkilib. Üç mindən çox məktəb tikilib, 600-dən çox tibb müəssisəsi yenidən inşa olunub və ya təmir edilib. Bu müddətdə 30-dan çox elektrik stansiyası istifadəyə verilib və Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.

İlham Əliyev Prezident seçildiyi ilk gündən ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz vermişdi. Demişdi ki, hər bir vətəndaşın Prezidenti olacaq. Bu və digər vədlərin hər biri əməli işlərlə tamamlanıb.Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Bu güclü, sözün hər bir mənasında, müstəqil, gündən-günə modernləşən Azərbaycan İlham Əliyevin əsəridir.Son 17 ildə biz möhtərəm Prezidentimizin bir çox beynəlxalq tribunalarda cəsarətli, dərin məntiqə söykənən çıxışlarının şahidi olmuşuq. İlham Əliyev ikili standartları çəkinmədən tənqid edir, milli maraqları qətiyyətlə qoruyur. Liderin qətiyyətinin, iradəsinin nəticəsidir ki, ən ağır vəziyyətlərdə belə Azərbaycan heç kimin qarşısında baş əymir, sözünü cəsarətlə və açıq deyir.

Yerində və vaxtında deyilən söz, əlbəttə, daha kəsərli, daha təsirli olur. Çox da uzağa getmədən son vaxtlar baş vermiş iki hadisəni xatırlamaq kifayət edər. Ermənistanın baş naziri Paşinyan Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı sərsəm fikirlər səsləndirmişdi. Azərbaycan Prezidenti ona cavab verməyə tələsmədi, bunun üçün münasib məqam gözlədi.Nəhayət, belə bir məqam yetişdi.

İlham Əliyev sözünü Rusiyada, “Valday” Diskussiya Klubunun tribunasından dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Mötəbər tribunada, canlı efirdə deyilən bu sözü bütün dünya eşitdi. Hamıya bir daha agah oldu ki, Qarabağ Azərbaycanındır. Azərbaycanın lideri münaqişə ilə bağlı haqlı mövqeyindən bir addım da geri çəkilən deyil.

Dünyada artmaqda olan islamofobiyanı kəskin tənqid edən İlham Əliyev müsəlman və İslam həmrəyliyinə inadlı çağırışları ilə də yadda qalıb. Bununla bağlı son çıxışlarının birində səsləndirdiyi fikir hamımızın ürəyindən xəbər verdi: “Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar?”Ermənistan rəhbərliyinin əsl mahiyyətini açıb göstərən, ifşa edən növbəti bəyanat bir neçə gün sonra Aşqabadda, MDB dövlət başçılarının zirvə görüşündə səsləndi. Azərbaycan Prezidenti diqqəti Ermənistanda nasist Qaregin Nijdeyə ucaldılmış abidəyə yönəltdi. Dedi ki, MDB məkanında faşistlərə abidələr ucaldılması yolverilməzdir və Yerevandakı abidə sökülməlidir. İlham Əliyevin səsləndirdiyi bu fikir ətrafında hələ də müzakirələr gedir, Ermənistan rəhbərliyinin mövqeyi pislənir həyatın bütün sahələrini əhatə edən, dünyada maraqla qarşılanan islahatların təşəbbüskarı Prezidentin özüdür.

İlham Əliyevin mühüm təşəbbüslərindən olan “ASAN xidmət” Azərbaycanın intellektual brendi kimi dünyaya səs salıb. Əhalinin gündəlik təmasda olduğu xidmət sektorunda korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya, süründürməçiliyə sipər çəkən “ASAN xidmət” sıradan bir layihə deyil, mahiyyət etibarilə bütün ölkədə vətəndaş məmnunluğu doğuran, ictimai şüurda inqilabi dəyişikliklər yaradan köklü islahatdır. Son rəy sorğularına əsasən, vətəndaşların xidmətdən məmnunluğu 99,4 faiz təşkil edir. Şəbəkəsi getdikcə genişlənən “ASAN xidmət” mərkəzlərinə indiyədək 34 milyondan çox müraciət olub. Həm məmnunluq əmsalı, həm də müraciətlərin sayı layihənin çox böyük səmərəsindən xəbər verir.

Cənab Prezident İlham Əliyev öz istirahətini ailəsi ilə keçirdiyini, həyat üçün enerjini məhz ailəsində aldığını deyib. Bu da öz sözüdür: “Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram”.

İlham Əliyev və Mehriban xanım uzun illərdir həyat yollarında birgə addımlayırlar. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayan, yüksək intellektə malik, prinsipial və xeyirxah insan olan birinci xanım Mehriban Əliyeva xalqın böyük məhəbbətini, rəğbətini qazanıb. Onun 15 ildir ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz mühüm proqramları, bənzərsiz layihələri ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir. Bu illər ərzində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində üç mindən çox məktəb binası əsaslı təmir olunub və ya yenidən tikilib. Fondun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə alıb. Fond, həmçinin maddi-mənəvi irsimizin qorunmasında əvəzolunmaz rol oynayır. Odur ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması gördüyü işlərin məntiqi nəticəsi kimi rəğbətlə qarşılandı.

Mehriban xanım Prezidentin ən yaxın silahdaşıdır. Birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək ölkə üçün taleyüklü məsələlərin həllində dövlətimizin başçısına çox böyük dəstək verir. Hesab edir ki, dövlət qurumlarında çalışan hər kəs gündəlik fəaliyyətində “insanpərvərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq” kimi mənəvi dəyərləri uca tutmalıdır və yalnız bu halda ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.Zənnimcə, İlham Əliyevin uğur yolu başlanğıcını məhz ideal ailə ocağından götürüb. O, zəmanəmizin dahi siyasi xadimlərindən biri olan Heydər Əliyevin və görkəmli alimimiz Zərifə Əliyevanın əlindən su içib, onların tərbiyəsini görüb.

Sonradan tale ona Mehriban xanım kimi əsil-nəcabətli, həssas qəlbli, mənən zəngin ömür-gün yoldaşı nəsib edib. Prezidentin və birinci xanımın ictimai-siyasi baxışları üst-üstə düşür, bir-birini tamamlayır və bu, Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu ilin noyabrında Moskvaya etdiyi uğurlu səfər, RF Prezidenti Vladimir Putin və Baş Nazir Dmitri Medvedevlə apardığı danışıqlar onun beynəlxalq imicinin göstəricisi kimi diqqət çəkir

Ulu Öndərimiz təcrübəsini zamanında addım-addım öz varisinə ötürüb, ona müxtəlif vəziyyətlərdə necə davranmaq lazım gəldiyini öyrədib. Bunun nəticəsidir ki, Azərbaycanın XXI əsrdə yeni lideri olan İlham Əliyev öz dövrünü, zamanı qabaqlayan, möhkəm xarakterə malik kamil şəxsiyyət kimi yetişib və bu, Prezidentimizin istər daxili, istərsə də xarici siyasətdə atdığı hər bir addımda özünü göstərir. O, narahat bir regionda yerləşən Azərbaycanı təhlükəsizlik adasına, müasir iqtisadiyyata malik ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirib. Xüsusən nəhəng transmilli layihə olan TANAP-ın reallaşması Prezident İlham Əliyevin şöhrətini daha da artırıb. Onun liderliyi ilə bağlı yalnız son bir ayda səsləndirilən fikirlərə diqqət yetirək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: TANAP-ın reallaşmasında qardaşım İlham Əliyevin liderliyini unutmaq əsla mümkün deyil.
Gürcüstan Prezidenti Salome Zurabişvili: TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir. O, zəmanəmizin ən uğurlu liderlərindən biridir.
İordaniya Kralı II Abdullah: Beynəlxalq arenada Siz çox vacib rol oynayırsınız. Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirirəm. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram.
Dünya liderlərinin dilindən bu sözləri eşitmək çox xoşdur. Xalqımız və hər bir qədirbilən azərbaycanlı zəmanəmizin ən uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur. Çünki 17 il əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə aparmaqdadır…

Dost da, düşmən də çətin gündə sınaqdan çıxar. Dövlət başçısı Azərbaycanın dost və düşmənlərini sınaqdan çıxartdı. Prezident bundan sonrakı fəaliyyətində də qazandığı uğurları artıracaq və daha güclü Azərbaycan quracaq. Keçdiyi çətin yol Prezident İlham Əliyevə daha güclü lider olmaq imkanı verir. O, Ermənistanı bir sıra iqtisadi layihələrdən kənarda qoymaqla regional lider olduğunu sübut etdi. İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bundan sonra Azərbaycana dostlar daha sayğı ilə yanaşacaq, müttəfiqlər daha çox hesablaşacaq, düşmənlər isə daha çox çəkinəcək. O, öz dövlətinə və millətinə uğur qazandıran, Azərbaycanın adını dünyaya öz torpaqlarını işğalçıdan azad edən qalib dövlət olaraq tanıtdıran Prezidentdir.Dövlət başçısının fəaliyyətinin əsasında insan amili durur. Ölkədə sosial sahələrdə aparılan islahatlar, səlahiyyət həddini aşan hakimiyyət nümayəndələrinin cəzalandırılması bir daha əhalinin sosial rifahının təmin edildiyini, sosial dövlət konsepsiyasının inkişaf etdirildiyini və həyata keçirildiyini təsdiqləyir.Azərbaycanın uğurları Prezidentin yürütdüyü müstəqil xarici siyasətdən də qaynaqlanır. Bu ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevrilməsinə təkan verir.Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdə humanizm prinsipi, vətəndaş amilinin aliliyi, multikulturalizm ənənənlərinin inkişaf etdirilməsi, milli birlik və həmrəyliyin qorunması öz müsbət nəticəsini 44 günlük Vətən müharibəsində də göstərdi.

İlham Əliyev Azərbaycan tarixinə hərb yolu ilə torpaqlarını işğaldan azad edən qalib prezident kimi düşdü. O sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq normalarından çıxış edərək hərb yolu ilə də təmin etmək mümkündür. Dövlət başçısı güclü və müasir ordu quruculuğunda mühüm rol oynadığını nümayiş etdirdi. Vətən müharibəsində Azərbaycanın qalib gəlməsinin şərtləndirən amillər güclü lider, güclü ordu və vətəndaşı həmrəyliyidirDövlət başçısının gördüyü işlərin yekunu vətəndaşlarının rifahında görünəndə uğurlu olur. Bu baxımdan İlham Əliyev 8 Noyabrı Zəfər Günü elan edən, Zəfər paradı keçirən yeganə Prezidentdir. O, Azərbaycanı özünə Vətən bilən 50 milyon azərbaycanlının lideridir.İlham Əliyev isə tarixdə islahatçı, güclü havadarları olan düşmənlə döyüşməkdən çəkinməyən, işğalçı Ermənistanı cəzalandıran, Azərbaycanın əraz bütövlüyünü təmin edən qalib dövlət başçısı olaraq qalacaqİlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını qızıl  hərflərlə yazdı.

Dekabr ayının 22 də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşan zaman Prezident İlham Əliyevin möhtəşəm çıxışı diqqətimizdən yayınmadı.”Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.Biz – bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”.Bütün bunlar Müzəffər Prezidentimizin uğurlu siyasətinin bariz nümunəsidir.

AMİDTV.AZ ailəsi adından Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev sizi “Doğum Gününüz” münasibətilə təbrik edirəm.Biz hər zaman sizin ətrafınızda sıx birləşəcəyimizə , siyasi yolunuzu hər zaman dəstəkləyəcəyimizə,hərəmiz öz  peşəmizdə sizin adınıza layiq vətəndaş olacağımıza söz veririk. 

AMİDTV.AZ

Aygün Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir