Azərbaycan Şahmat Federasiyasının 2023-cü ilin yekunlarına həsr olunan tədbiri keçirilib

0

Dekabrın 18-də Azərbaycan Şahmat Federasiyasının 2023-cü ilin yekunlarına həsr olunan tədbiri keçirilib. Tədbirdə şahmatçıların cari ildə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin vitse-prezidenti Faiq Həsənov, Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Nicat Abasov çıxış ediblər.Azərbaycan şahmatçıları Səadət Bəşirli, Xəzər Babazadə, Read Səmədov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, Xaqan Əhməd, Rüstəm Rüstəmov, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı və onların məşqçiləri səhnəyə dəvət olunaraq mükafatlandırılıblar. Həmçinin Avropa çempionatında gümüş medal qazanan milli komandanın üzvləri Gövhər Beydullayeva, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Xanım Balacayevaya təşəkkürnamələr təqdim edilib

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir