Mark Tven. Heklberri Finnin macəraları

I fəsil
MUSA QAMIŞLIQDA
Əgər siz “Tom Soyyerin macəraları” adlı kitabı oxumayıbsınızsa, onda mənim haqqımda heç bir şey bilmirsiniz, amma bu elə bir bəla deyildir. Həmin kitabı mister Mark Tven yazmışdır və ümumiyyətlə desək, o qədər də yalan söyləməmişdir. O bir para şeyləri özündən toqquşdurmuş, amma hər şeyi olduğu kimi nağıl etmişdir. Bunun zərəri yoxdur. Mən Polli xaladan, dul qadından, bir də ki, Meridən başqa elə bir adam görməmişəm ki, heç yalan danışmasın. Bu kitabda Tom Soyyerin xalası Polli xaladan, Meri və dul qadın Duqlasdan nağıl edilir, bunların hamısı, demək olar ki, həqiqətdir, yalnız bəzi para yerlərdə yalan söylənilir ki, bu haqda da mən artıq demişəm.
Kitab isə belə qurtarır: Tom ilə birlikdə qarətçilərin mağarada basdırdıqları pulları tapdıq və varlanıb dövlətli olduq. Bizim hərəmizə altı min dollar, hamısı da qızıl çatdı. O qədər çox pul idi ki, adam baxmağa da qorxurdu. Məhkamə hakimi Tetçer bütün bu pulu götürüb banka qoydu, biz də hər gün hərəmiz bir dollar almağa başladıq, beləcə də il boyu – amma bilmirəm ki, bu qədər pulu kim xərcləyib qurtara bilər? Dul qadın Duqlas məni oğulluğa götürdü və mənə tərbiyə verəcəyini vəd etdi, amma onun evində mənim üçün o qədər də yaxşı keçmirdi: o hər cür qayda və ədəb-nəzakət sözlərilə zəhləmi tökmüşdü ki, buna dözmək belə olmurdu. Axırda mən baş götürüb qaçdım. Yenə öz köhnə paltarlarımı geydim, boş qənd çəlləyinin içinə girib sərbəst həyata qovuşduğum üçün sevinməyə başladım. Ancaq Tom Soyyer axtarıb məni tapdı və dedi ki, quldur dəstəsi toplayır. Əgər dul qadının yanına qayıtsam və özümü yaxşı aparsam, o, məni də bu dəstəyə qəbul edəcəkdir. Mən də qayıtdım.
Dul qadın məni görüb ağladı, mənə yazıq, azmış quzu və hər cür başqa sözlər dedi; amma, aydındır ki, fikrində hec bir pis niyyəti yox idi. O mənə yenə başdan-ayağa təzə paltarlar geydirdi və mən yenə də tərləməyə, bütün günü əlqolu bağlı adam kimi gəzməyə başladım. Beləliklə, hər şey köhnə qayda ilə getməyə başladı. Axşam yetməyinin vaxtı çatanda dul qadın zəng çalırdı, bu zaman heç vəchlə gecikə bilməzsən, mütləq vaxtında gəlməlisən. Stol arxasında oturduqdan sonra isə birdən-birə yeməyə başlaya bilməzsən, gərək durub dul qadının başını əyməsini və nahar üstündə bir qədər donquldamasını gözləyəsən, nahar isə onsuz da pis olmurdu; bir şey pis idi ki, hər şey öz-özünə bişirdi. Zibil vedrəsində hər cür gəmirilmiş, qabaqdan qalan şeylər tez- tez olurdu. Bəzən onların bir-birinə yaxşıca qarışdırırsan, onlar xörəyin suyunda islanır və boğazdan rahat keçirdi…
Elə həmin gün axşam yeməyindən sonra dul qadın qalın bir kitab götürüb qamışlıqdakı Musa haqqında mənim üçün oxumağa başladı, mən maraqdan az qala partlayırdım, işin necə qurtaracağını çox səbirsizliklə gözləyirdim; dul qadın birdən dedi ki, bu Musa çox-çox bundan əvvəllər ölmüşdür, mənim də o saat marağım qaçdı, eh, mənim ölülərlə nə işim var!
Tezliklə mən tütün çəkmək həvəsinə düşdüm və bunun üçün dul qadından icazə istədim. Lakin o icazə vermədi, dedi ki, bu axmaq adətdir və olduqca pis şeydir, mən gərək onu tərgidəm. Belə adamlar var da! Heç təsəvvürləri belə olmadıqları bir şeyin üstünə möhkəmcə düşürlər. İndi bu dul qadın da heç qohumu deyil, bir də ki, özünüz bilirsiniz, çoxdan ölüb gedən və heç kimə lazım olmayan Musadan yapışıb əl çəkmək bilmir, məni isə, tütün çəkmək xoşuma gəldiyi üçün danlayıb söyür. Özü isə, tütünü iyləyir, bunun eybi yoxdur, ona olar.
Onun bacısı, eynəkli cılız adam olan miss Uotson elə bu vaxt onun yanına köçdü və o saat əlifba kitabı ilə zəhləmi tökdü. O bir saata qədər məni danladı, axırda dul qadın ona dedi ki, məni dinc buraxsın. Mən onsuz da daha dözə bilməzdim. Sonrakı bir saat çox darıxdırıcı idi. Odur ki, mən stulun üstündə oturub hey qurdalanırdım. Miss Uotson isə məndən əl çəkmirdi. Gah “Heklberri, ayaqlarını stulun üstünə qoyma”; gah: “Heklberri, stulu belə cırıldatma, dinc otur”; gah da “Heklberri, əsnəyib gərnəşmə, özünü əməlli-başlı apar”, deyirdi. Sonra o, cəhənnəm haqqında danışmağa başladı, mən isə durub dedim ki, oraya getmək çox yaxşı olardı. O, hirslənib özündən çıxdı, mən isə heç pis fikirdə deyildim, yalnız qaçıb bir yana getmək istəyirdim, onların yanında qalmaq lap zəhləmi tökmüşdü, haraya qaçmağın isə mənim üçün fərqi yox idi. Miss Uotson dedi ki, mən çox axmaq bir iş etmişəm, onun özü heç vəchlə belə bir söz deməzmiş və o cənnətə düşmək üçün günah işlətməməyə çalışır, Amma mən onun düşmək istədiyi yerə düşməkdə heç bir yaxşı şey görmürdüm, odur ki, buna çalışmamağı da qət etmişdim. Amma onlara hec nə demədim, çünki bunun baş ağrısından başqa onsuz da heç bir mənası olmayacaqdı.
Bu vaxt o, cənnət haqqında danışmağa başladı, indi gözlə ki, qurtaracaq. Guya orada heç bir iş görmək lazım deyil, ömrünün axırınacan bütün günü əlində arfa gəzib oxuyacaqsan. Nə isə mənim o qədər də xoşuma gəlmədi. Amma bunu da demədim. Ancaq bunu soruşdum ki, onun fikri necədir. Tom Soyyer oraya düşərmi? O isə belə dedi: “Yox, heç cür düşə bilməz”. Mən çox sevindim, çünki onunla birlikdə olmaq istəyirdim.
Miss Uotson yenə də mənə irad tuturdu, axırda məni lap bezikdirdi və darıxmağa başladım. Bir az sonra zənciləri otaqlara çağırıb ibadətə başladılar, ondan sonra isə yıxılıb yatdılar. Mən yanan şamı götürüb yuxarıya, öz otağıma qalxdım; pəncərənin qabağında oturub şən bir şey haqqında düşünməyə başladım, ancaq heç nə çıxmadı; məni elə qüssə bürüdü ki, az qala bağrım çatlayacaqdı. Ulduzlar parıldaşır, ağacların yarpaqları qəmgin-qəmgin xışıldayırdı; haradasa, çox uzaqlarda yapalaq ulayırdı, yəqin ki, kimsə ölmüşdü; çoban aldadanın çığırtısı, itlərin səsi eşidilirdi, deməli, tezliklə kim isə öləcəkdi. Külək də hey pıçıldayırdı, mən onun nə pıçıldadığını heç cür başa düşə bilmirdim, qorxudan bədənimə vicvicə düşmüşdü. Sonra meşədə, kimsə ürəyindəkini deməyə can atan və bunu başa sala bilmədiyi üçün qəbirdə sakit yata bilməyib gecələr gəzişən və qüssələnən bir ruh kimi inildədi. Mən bərk qorxur və darıxırdım, yanımda bir adamın olmasmı istəyirdim… Bu vaxt hörümçək də çiynimə düşdü. Mən çırtma ilə onu vurub düz şamın üstünə saldım və bir göz qırpımında onun bütünlüklə necə mur-mucul olduğunu gördüm. Mən özüm də bildim ki, bu yaxşı əlamət deyil, bundan pisi olmur, buna görə də bərk qorxdum, ürəyim yerindən qopdu. Tez ayağa qalxdım, üç dəfə dabanım üstə fırlanıb, hər dəfə də xaç çəkdim, sonra sap gotürüb cinləri yadımdan çıxarmaq üçün saçımın bir topasını ayırıb ona sarıdım. Ancaq bu da məni sakit eləmədi. Bu, nal tapıb onu qapının başına vurmaq əvəzinə itirdikda çox kömək edir; ancaq hörümçəyi öldürdüyün vaxt bu yolla bəladan qurtarmağı eşitməmişdim.
Bədənimə titrətmə düşdü. Mən yenə əyləşib trubkanı əlimə götürdüm; ev indi lap sakit idi, deməli, dul qadın heç nədən xəbər tutmayacaqdı. Xeyli vaxt gəlib keçdi; mən şəhərdə, uzaq biryerdə saatın on ikini vurduğunu eşitdim. Bundan sonra yenə sakitlik çökdü, indi əvvəlkindən də sakit idi. Bir az sonra qaranlıqda ağac budaqlarından birinin xışıldadığını eşitdim, orada nə isə tərpənirdi. Mən qımıldanmadan oturub qulaq asmağa başladım. Elə o saat kim isə lap yavaşcadan miyoldadı: “Miyo, Miyo”. Çox qəribə iş idi. Mən də mümkün qədər yavaşca miyoldadım: Miyo, miyo”, sonra isə şamı söndürüb pəncərədən anbarın damına qalxdım. Oradan sürüşərək yerə düşüb ağacların altında gizləndim. Zənnim məni aldatmamışdı. Tom Soyyer məni gözləyirdi.

II fəsil
BİZİM DƏSTƏNİN DƏHŞƏTLİ ANDI
Biz ağacların arasındakı cığırla ayaqlarımızın ucunda dul qadın Duqlasın bağçasının qurtaracağına sarı getməyə başladıq; ağacların budaqları başımıza toxunmasın deyə, aşağı əyilə-əyilə gedirdik. Mətbəxin yanından keçəndə ayağım kötüyə ilişib səs elədi. Biz yerə yataraq səsimizi kəsdik. Miss Uotsonun böyük zəncisi – onun adı Cim idi – mətbəxin astanasında oturmuşdu; biz onu yaxşı görürdük. Çünki onun arxasında şam yanırdı. O, ayağa sıçrayıb boynunu uzadaraq bir dəqiqəyə qədər ətrafa qulaq asdı, sonra isə dilləndi:
– Kimdir orda?
O bir qədər də qulaq verdi, sonra ayaqlarının ucunda gələrək lap bizim ikimizin arasında dayandı: belə ki, barmağımızı uzatsaydıq, ona deyərdi. Deyəsən, axı xeyli vaxt keçmiş, heç bir şey eşidilməmişdi, biz isə bir-birimizin lap yanındaydıq. Birdən topuğum qaşınmağa başladı, qaşımağa isə qorxurdum; sonra qulağım, daha sonra isə lap iki kürəyimin arası qaşınmağa başladı. Gördüm ki, qaşımasam. lap öləcəyəm. Mən bunu sonralar da hiss etmişəm: əgər bir yerə qonaq gedirsən, yaxud dəfndə iştirak edirsən, yaxud yuxulamaq istəyirsən, amma heç cürə yata bilmirsən, ümumiyyətlə qaşınmaq heç cürə mümkün olmayan belə yerlərdə mütləq hər yerin birdən qaşınmağa başlayır.
Bu vaxt Cim yenə dilləndi:
– Bura baxın, kimsiniz? Haradasınız? Axı, mən hamısını eşitmişəm, bu nə heyvərəlikdir! Yaxşı, mən bilirəm nə etmək lazımdır: oturub bir şey eşidincəyədək gözləyəcəyəm.
Sonra Cim mənimlə Tomun arasında yerə oturdu, arxasını ağaca söykəyib ayaqlarını elə uzatdı ki, bir ayağı az qala mənim ayağıma toxundu. Mənim birdən burnum gicişməyə başladı. Elə gicişidi ki, gözlərim yaşardı, qaşımağa isə qorxurdum. Sonra burnumun içi, daha sonra isə bığ yerim qaşınmağa başladı. Mən yerimdə otura bilmirdim. Bu müsibət altı-yeddi dəqiqə davam etdi, mənə isə elə gəldi ki, lap çox keçdi. Indi mənim birdən-birə on bir yerim qaşınırdı. Mən belə görürdüm ki, daha bir dəqiqədən artıq dözə bilməyəcəyəm, amma yenə birtəhər özümü saxladım; fikirləşdim ki, çalışıb dözərəm. Elə bu vaxt Cim bərkdən nəfəs almağa başladı, sonra xoruldadı. mənim də birdən-birə halım yaxşılaşdı.
Tom güclə eşidiləcək səslə astadan dodaqlarını marçıldadıb işarə etdi və biz iməkləyə-iməkləyə aradan çıxdıq. Təxminən on addım iməkləyəndən sonra Tom mənə pıçıldadı ki, gülmək üçün Cimi ağaca sarımaq istəyir. Mən isə dedim: “Eləməsən yaxşıdır. O, oyanıb hay-küy qaldırar, onda görərlər ki, mən yerimdə yoxam”. Tom dedi ki, yanımda şam azdır, birtəhər mətbəxə keçib çoxlu şam götürmək lazımdır. Mən onu saxlayır, deyirdim ki, Cim oyanıb məlbəxə keçə bilər. Tom isə risk etmək istəyirdi; biz gedib mətbəxə girdik, üç dənə şam götürdük, Tom şamların dəyəri əvəzinə stolun üstünə beş sent pul qoydu. Sonra biz mətbəxdən çıxdiq; tezliklə burdan uzaqlaşmaq üçün səbrim tükənmişdi, Tom isə mütləq iməkləyə-iməkləyə Cimin yanına getmək və onun başına bir oyun açmaq istəyirdi. Dayanıb onu gözlədim, mənə elə gəldi ki, olduqca çox gözlədim, çünki ətraf tamam boş sükut içərisində idi.
Tom qayıdıb gələn kimi biz qaça-qaça cığır yolla bağçanı dövrə vurub azca sonra evin əks tərəfindəki dağın lap təpəsinə gəlib çatdıq. Tom dedi ki, Cimin şlyapasını başından götürüb elə onun başı üzərindəki kiçik bir budaqdan asmışdır, Cim isə bir qədər tərpənmiş, amma oyanmamışdır. Sabahı gin Cim nağıl edirdi ki, guya əcinnələr onu cadulamış, yuxuya verib belinə minmiş və bütün ştalı gəzib dolaşmışlar, sonra isə onu gətirib ağacın altında oturtmuş və bütün bu işləri kimin etdiyini o saat göstərmək üçün şlyapasını budaqdan asmışlar. O biri dəfə isə Cim artıq nağıl edirmiş ki, guya əcinnələr onun belində Yeni Orleana qədər gediblərmiş; sonra o hər dəfə daha uzaq yerlərə getdiklərini söyləyirmiş, hətta ən nəhayət, deyirmiş ki, guya əcinnələr onun belində bütün dünyanı dolaşmış, onu lap ölüncəyə qədər yormuşlar, kürəyi yəhər altı kimi tamam sürtülübmüş. Cim bundan sonra elə fəxr edirmiş ki, o biri zəncilərin üzünə belə baxmaq istəmirmiş. Zəncilər bu barədə Cimin dediklərini eşitmək üçün çox-çox uzaqlardan durub buraya gəlirdilər. Beləliklə, Cim bizim yerlərdə heç bir zəncinin görmədiyi hörmət və ehtiram sahibi oldu. Tanış zəncilər ona rast gəldikdə ağızlarını açıb durur, əcaib bir şey görürmüşlər kimi ona baxırdılar. Axşam olcaq zəncilər həmişə mətbəxdə ocaq başına yığışır, əcinnələr haqqında söhbətə başlayırdılar; amma birisi ağzını açıb bu haqda danışan kimi Cim onun sözünü yarımçıq kəsib deyirdi: “Hm. Axı sən əcinnələr haqqında nə bilə bilərsən!”
Həmin zənci də o saat sakit olub susacaqdı. Cim beş sentlik pulu ipə keçirib həmişə boynunda gəzdirirdi; o nağıl edirdi ki, guya bu tilsimi ona şeytanın özü bağışlamış və demişdir ki, bununla bütün xəstəlikləri sağaltmaq və istədiyin vaxtda əcinnələri çağırmaq mümkündür, bunun üçün pula baxa-baxa dodaqaltı nə isə pıçıldamaq kifayətdir; amma Cim nə pıçıldadığını heç vaxt demirdi. Zəncilər bütün ətrafdan yığışıb gəlir və pula bircə dəfə baxmaqdan ötrü bütün var-yoxlarını Cimə verirdilər; ancaq onlar heç vaxt pula toxunmazdılar, çünki pul şeytanın əlində olubmuş. Nökər Cim indi daha heç nəyə yaramırdı, şeytanı gördüyü və əcinnələri belinə mindirib bütün dinyanı gəzdirdiyi üçün həddən artıq lovğalıq edirdi.
Hə, keçim mətləb üstə, Tomla birlikdə uçurumun kənarına yaxınlaşıb aşağıya, kiçik şəhərə baxanda, orada cəmisi üç-dörd yerdən işıq gəlirdi – bu da, yəqin ki, xəstələri olan evlər idi; yuxarıda, başımızın üzərində ulduzlar sayrışırdı, şəhərdən aşağıda isə bir mil eni olan çay sakit, aram-aram axıb gedirdi. Biz dağdan enib Co Harper ilə Ben Rocersi və daha iki ya üç oğlanı axtarıb tapdıq; bu oğlanlar köhnə gön zavodunda gizlənmişdilər. Biz kiçik bir qayığı çayın sahilindən açıb çayla iki mil yarıma qədər aşağıya, sahilin qayalıq tərəfindəki böyük çökəkliyədək üzdük, orada sahilə çıxdıq.
Kolluqlara gəlib çatdıqda Tom Soyyer bizim hamımızı and içməyə məcbur etdi ki, bu sirri heç kimə açmayacağıq, sonra isə kolların daha sıx bitdiyi yerdə mağaraya gedən yolu bizə göstərdi. Biz şamları yandırıb iməkləyə-iməkləyə zağaya sarı getdik. Təxminən iki yüz addım iməklədikdən sonra mağaraya çatdıq. Tom keçidləri dolaşaraq tezliklə bir tərəfdə, divarın altında gözdən itdi. Siz heç vaxt hiss eləməzdiniz ki, orada yol var. Bu dar yolla biz bir növ otağa – olduqca rütubətli, yaş və soyuq otağa daxil olub orada dayandıq.
Tom dedi:
– Hə, indi biz quldur dəstəsi toplayıb bu dəstəyə “Tom Soyyerin quldur dəstəsi” adını verərik. Bizimlə birlikdə quldurluq etmək istəyənlər isə and içməli, buna öz qanları ilə qol çəkməlidirlər.
Hamı razı oldu. Tom bir kağız çıxartdı, bu kağızda yazılmış andı oxudu. Bu and bütün uşaqları quldur dəstəsində möhkəm olmağa və onun sirlərini heç kimə açmamağa çağırırdı; bizim dəstəmizdən olan uşağı təhqir edən olarsa, onda həmin uşaq, təhqir edən adamı və onun bütün qohumlarını öldürməlidir, uşaq onların hamısını öldürüb döşlərində xaç nişanı – bizim quldur dəstəsinin nişanı kəsməyincə nə yeməli, nə də yatmalıdır. Belə bir nişan qoymağa heç bir kənar adamın hüququ yoxdur, buna yalnız bizim quldur dəstəsinə mənsub olanların hüququ vardır; əgər kənar bir adam bu nişanını qoyarsa, onda quldur dəstəsi onu məhkəməyə verəcək, yox, əgər həmin adam itaət etməyib yenə nişan qoyarsa, onu öldürəcəkdir. Quldur dəstəsindən olan bir kimsə bizim sirrimizi özgəyə açarsa, onun başını kəsəcək, sonra isə meyitini yandırıb külünü göyə sovuracaqlar; onun adı qan ilə siyahıdan pozulacaq və onu bir daha heç kəs yad etməyəcəkdir, ona lənət yağdıracaq, onu həmişəlik unudacaqlar.
Hamı söylədi ki, and çox gözəldir; sonra Tomdan soruşdular ki, bunu onun özü fikirləşib yazıb, yaxud başqa birisi. Demə bəzi yerlərini onun özü fikirləşib, qalanlarını isə quldurlar və piratlar haqqındakı kitablardan götürüb, hər bir əsl quldur dəstəsinin guya belə bir andı vardır. Bəziləri dedilər ki, sirri açan uşaqların qohumlarını öldürmək yaxşı olardı. Tom qeyd etdi ki, bu pis fikir deyil və karandaş götürüb bunları yazdı. Bu vaxt Ben Rocers dedi:
– Yaxşı, Hek Finnin heç bir qohumu yoxdur; bəs onda necə olsun?
– Nə olar, atası ki, var.
– Hə, atası var, amma onu indi haradan axtarıb tapacaqsan. O bir vaxtlar gön zavodunda həmişə sərxoş olub ağlayar, donuzlarla bir yerdə qalardı, ancaq indi bir ildən artıq olar ki, bizim yerlərdə gözə dəymir.
Onlar öz aralarında məsləhətləşərək az qala məni siyahıdan pozacaqdılar; deyirdilər ki, hər bir oğlanın öldürülə biləcək qohumları və ya başqa bir adamı olmalıdır, yoxsa başqaları narazı qalar. Beləliklə, heç biri bir şey fikirləşib deyə bilmədi, hamısı çətin vəziyyətə düşüb susdu. Mən əvvəlcə az qala ağlayacaqdım, sonra isə birdən düşünüb tapdım; mən miss Uotsonu onlara təklif etdim, qoy onu öldürsünlər. Hamı razı oldu:
– Nə olar ki, kara gələr. İndi hər şey qaydaya düşdü. Heki qəbul etmək olar.
Bundan sonra hamı barmağını sancaqla deşib qan ilə qol çəkməyə başladı, mən də öz nişanımı kağızın üstünə qoydum.
– Yaxşı, bəs bu quldur dəstəsi nə ilə məşğul olacaqdır? – deyə Ben Rocers soruşdu.
– Qarət və qatilliklə, başqa bir şeylə yox.
– Bəs biz nəyi qarət edəcəyik? Evlərimi, mal-qaranımı, yoxsa…
– Nə axmaq sözdür. Mal-qaranı və ona bənzər şeyiəri qarəl etmək olmaz, buna oğurluq deyirlər, – deyə Tom Soyyer cavab verdi.
– Biz oğru deyilik. Axı, bu nə adətdir? Biz quldurlarıq. Biz üzümüzə maska geyib böyük yollarda dilicanları 1 və karetalları 2 dayandıracaq, sərnişinləri öldürüb onların saatlarını və pullarını götürəcəyik.
– Onları mütləq öldürməkmi lazimdır?
– Bəs necə! Bundan yaxşısı ola bilməz. Bəzi nüfuz sahibləri başqa cürə düşünürlər. Amma bura, mağaraya gətirib azad olmaq pulu verilincəyədək saxlanılan adamlardan başqa, ümumiyyətlə, hamını öldürmək daha yaxşı vasitə hesab olunur.
– Azad olmaq pulu? Bu nə deməkdir?
– Bilmirəm. Amma qayda belədir. Mən bu haqda kitablarda oxumuşam, əlbəttə ki, biz də belə etməliyik.
– Bilmədiyimiz bir şeyi necə edə bilərik?
– Birtəhər edərik. Sənə deyirlər ki; bütün kitablarda belədir, eşitmirsən nədir? Hek Fini, yoxsa sən bizim tamamilə çaş-baş olub qalmağımız üçün hər şeyi kitablarda olduğu kimi deyil, özün bildiyin kimi etmək fikrindəsən?
– Sənin də, ağlına gələni deməkdən xoşun gəlir, Tom Soyyer, bir halda ki, biz bunun necə edildiyini bilmirik, onda bu lənətə gəlmişlər azadlığa necə çıxacaqlar.
– Bilmirəm, vəssalam. Deyildi ki. onları pul ilə azad edilincəyədək saxlamaq lazımdır. Bəlkə də bu o deməkdir ki, onları ölənədək tutub saxlamaq lazımdır.
– Bax, bu bir az ağlabatan oldu. Belə etmək olar. Bəs niyə əvvəldən belə demirdin? Deməli, onları pul ilə azad edilincəyədək – ölən günədək tutub saxlayacağıq. Yaman da əngəl olacaq, yedirt, içirt, bir də göz ol ki, qaçmasınlar. – Ben Rocers, sən nə danışırsan? Yanlarında gözətçi ola-ola onlar necə qaça bilərlər? Onlar tərpənən kimi gözətçi gülləni başlarına çaxar. – Gözətçi? Bu lap qiyamətdir! Deməli, yalnız onları qorumaqdan ötrü bizlərdən biri bütün gecəni yatmayıb oyaq qalmalıdır? Məncə, səfeh işdir. Axı nə üçün dəyənək götürüb başlarına vuraraq hamısını birdən-birə azad etməyək?
– Ona görə ki, kitablarda belə deyilmir, bax elə buna görə. Ben Rocers, bilirsənmi nə var, sən bir işi lazım olduğu kimi etmək istəyirsən, yoxsa yox? Sən elə düşünürsən ki, kitab yazanlar necə etmək lazım olduğunu bilmirlər? Yoxsa onlara dərs vermək fıkrindəsən? Heç xəyalına da gətirmə! Yox, ser, biz onları bütün qayda-qanun üzrə azad edəcəyik.
– Yaxşı, siz deyən olsun. Mənə nə var ki! Mən ancaq bunu deyirəm ki, səfeh işdir… Yaxşı, bura bax, biz qadınları da öldürəcəyik?
– Ben Rocers, bilirsənmi nə var, əgər mən belə bisavad olub heç bir şey bilməsəydim, ağzımı yumub oturardım. Qadınları öldürmək! Axı nə üçün, kitablarda məgər belə bir şey var? Onları mağaraya gətirir və mümkün qədər nəzakətlə davranırsan, orada isə onlar yavaş-yavaş sənə vurulurlar və artıq özləri öz evlərinə getmək istəmirlər.
– Əgər beləsə, mən razıyam, ancaq bunda maraqlı bir şey də görmürəm.
Bir az sonra mağaramızda tərpənmək də olmayacaq, o qədər qadın və öz azad edilmə vaxtını gözləyən hər cür adam yığışacaq ki, quldurların özlərinə yer olmayacaq. Nə isə, sözüm yoxdur, dalısını söylə görək! Balaca Tommi Baris bu vaxt artıq yatmışdı, onu oyatdıqda qorxub ağlamağa başladı, evə, anasının yanına buraxılmasını xahiş etdi; dedi ki, daha quldur olmaq istəmir.
Hamı ona gülməyə və “ağlağan” deyib ələ salmağa başladı, o isə hirslənib dedi ki, bu saat gedib bütün sirrimizi açacaqdır. Ancaq Tom ona beş sent pul verdi ki, sussun və dedi ki, indi biz hamımız evimizə gedərik, gələn həftə isə yığışıb bir kimsəni soyar və öldürərik.
Ben Rocers dedi ki, evdən tez-tez çıxa bilmir, yalnız bazar günləri eşiyə çıxa bilir, buna görə də olmazmı gələn bazar günündən başlayalar, ancaq uşaqların hamısı belə qət etdi ki, bazar günləri adam öldürmək və soymaq günahdır, bu haqda heç danışmağa da dəyməz. Biz razılaşıb bu qərara gəldik ki, görüşək və mümkün qədər yaxın bir gün təyin edək, sonra Tom Soyyeri quldur dəstəsinin başçısı Co Harperi isə dəstə başçısının köməkçisi seçib evlərimizə dağılışdıq.
Mən anbarın damına, oradan da pəncərəyə çıxanda artıq səhərin açılmasına az qalmışdı. Mənim təzə paltarım tamam şamın mumuna və gilə bulaşmışdı, özüm isə it kimi yorulmuşdum.

III fəsil
PUSQUDA
Səhər miss Uotson paltarımı korladığım üçün məni yamanca danladı. Dul qadın isə heç nə demədi, yalnız şamın mumunu və gili təmizlədi; o elə kədərli idi ki, mən bu vaxt özümü bacardıqca daha yaxşı aparmağı qət etdim. Sonra miss Uotson məni kiçik anbara aparıb duaya başladı, ancaq bundan heç bir şey çıxmadı. O mənə tapşırdı ki, hər gün dua edim – onda nə istəsəm ona nail olaram. Bunun bir faydası olmayacaqdı. Amma mən yenə də sınadım. Dua oxuyub özümə qarmaqsız bir tilov istədim. Ancaq qarmaqsız nəyimə gərək idi. Mən üçdörd dəfə dua oxuyub qarmaq dilədim, amma heç nə çıxmadı. Bu günlərdə miss Uotsondan xahiş etdim ki, mənim əvəzimə də dua oxusun, o isə məni axmaq deyə təhqir idi və heç demədi də ki, nə üçün. Mən beləliklə də başa düşmədim ki, bu nə məsələdir.
Bir dəfə mən meşədə xeyli oturub hey bu haqda fikirləşdim. Öz-özümə dedim ki, əgər adam özünə dua ilə istədiyini diləyə bilərsə, bəs onda dyakon1 Uinn donuz əti satarkən çəkdiyi zərərin pulunu nə üçün geri diləmir? Nə üçün dul qadın özünün oğurlanmış gümüş tütün qutusunu dua ilə diləyə bilmir? Nə üçün miss Uotson özünün kökəlməsi üçün dua oxumıır? Yox, deyə özüın özümə cavab verdim, burada nə isə belə deyildir. Gedib dul qadından soruşdum, o isə belə dedi: yalnız “mənəvi nemətlər” üçün dua etmək olar. Bunu mən heç cürə başa düşə bilmədim; sonra o mənə belə izah etdi: bu o deməkdir ki, mən gərək başqalarına kömək edəm, onlardan ötrü bacardığım hər şeyi edəm, həmişə onların qayğısını çəkərm, özüm haqqında qətiyyən düşünməyəm. Mən belə başa düşdüm ki, gərək miss Uotsonun da qayğısını çəkəm.
Mən meşəyə gedib hey fikirləşdim, götür-qoy etdim və heç cürə başa düşə bilmədim ki, bunun özgə adamlardan başqa mənə nə xeyri vardır. Sonra belə qət etdim ki, bu barədə daha başımı partlatmayım – bəlkə elə belə də keçinmək mümkün oldu. Bəzən elə olurdu ki, dul qadın mənə Allahın peşəsi haqqında nağıl etməyə başlayırdı, həm də elə maraqlı nağıl edirdi ki, adamın lap ağlı gedirdi; o birisi gün isə bir də görürdün ki, miss Uotson yenə öz dediyinin üstündə israr edir və yenə mənim ağlımı çaşdırır. Mən axırı belə başa düşdüm ki, iki Allah vardır, dul qadının Allahı ilə günahkar birtəhər keçinə bilər, amma elə ki, miss Uotsonun Allahının çənginə keçdi, onda vay halına. Mən bütün bunları ətraflı düşünüb belə qət etdim ki, əgər mən ona lazımamsa, onda yaxşısı budur əvvəlcə dul qadının Allahının yanına gedim; amma heç cürə ağlıma sığışdıra bilmirdim ki, mən onun nəyinə lazımam və bir balda ki, heç bir şey bilmirəm, özümü yaxşı aparmıram, əslən də adi nəsildənəm, onda məndən ona fayda nədir.
Mənim atamı şəhərimizdə bir ildən artıq idi ki, görən yox idi, buna görə də lap arxayınlaşmışdım; mən onu bir daha görmək istəmirdim. Mən onu yaxınlıqda veyllənən görəndə çox vaxt meşəyə qaçırdımsa da, ağlı başında olanda əlinə keçən kimi məni yamanca döyürdü. Elə təxminən bu vaxtlar onu şəhərdən on iki mil yuxarıda çaydan çıxartmışdılar, bunu mən camaatdan eşitmişdim. Bu qərara gəlmişdilər ki, bu elə onun özüdür ki, var: boğulan adam atam boyda imiş, üstbaşı cır-cındır, saçları da çox uzun imiş; bütün bunlar atamın əlamətlərinə çox bənzəyirmiş, ancaq sifətini heç cür müəyyən edə bilmirmişlər: suda o qədər çox qalıbmış ki, sifətində bir sifətlik yox imiş. Deyirlərki, o çayda arxası üstə üzürmüş. Onu sudan tutub çıxarmış və sahildə basdırmışdılar. Ancaq mən o qədər də sevinmədim, çünki bir şey yadıma düşdü. Mən çox gözəl bilirdim ki, suda boğulmuş kişi çayda sifəti yuxarıya yox, aşağıya üzməlidir. Bax, buna görə də mən fikirləşib belə qərara gəldim ki, bu heç də mənim atam deyil, əynində kişi paltarı olan suda boğulmuş bir qadınmış. Elə buna görə də mən yenə narahat olmağa başladım. Elə hey gözləyirdim ki, qoca bax bu saat gəlib çıxacaq, mən isə bunu qətiyyən istəmirdim.
Biz, demək olar ki, bir ay qaçaq-qaçaq oynadıq, sonra isə mən bundan əl çəkdim. Mənim kimi bütün uşaqlar da. Biz heç kəsi nə soyduq, nə də öldürdük, yalnız özümüzü gicliyə qoymuşduq. Meşədən qaça-qaça çıxıb donuz çodarlarının, yaxud da bazara göyərti və tərəvəz aparan qadınların üstünə atılırdıq, ancaq heç vaxt heç kəsə toxunmurduq. Tom Soyyer donuzlara “külçə qızıl”, turpa və göyərtiyə isə “daş-qaş” deyirdi. Mağaraya qayıtdıqda biz nələr etdiyimiz və nə qədər adam öldürüb yaraladığımız ilə öyünürdük. Ancaq mən bundan bizə nə xeyir olduğunu gormürdüm. Bir dəfə Tom uşaqlardan birini yanan kösövlə qaça-qaça bütün şəhəri dolaşmağa göndərdi; Tom buna “parol” (bütün quldur dəstəsirün bir yerə yığışması üçün işarə) deyirdi; sonra o bizə dedi ki, öz kəşfiyyatçılarından gizli bir məlumat almışdır, guya sabah varlı ərəblərin və İspaniya tacirlərinin qiymətli daş-qaşlarla yüklənmiş iki yüz fildən, altı yüz dəfə və min qatırından ibarət böyük bir karvanı gəlib mağaranın yaxınlığında dayanacaqdır, bunları isə vur-tut dörd yüz əsgər qoruyur, belə ki, biz pusqu qurub onların hamısını qırar və qəniməti ələ keçirərik… O bizə əmr etdi ki, qılınclarımızı itiləyək, tüfənglərimizi təmizləyək və hər cəhətdən hazır olaq. O, qılıncları itiləmədən və tüfəngləri təmizləmədən şalğam yüklənmiş arabaya belə hücum edə bilmirdi, halbuki, bunları itiləməyin heç bir mənası yox idi. Çünki bunlar şotka dəstələri və adicə taxtalar idi, onları nə qədər itiləsən də düzəlməyəyəkdir. Mən bu qədər ispaniyalını və ərəbi qıracağımıza heç cür inana bilmirdim, ancaq dəvələrə və fillərə baxmaq könlümdən keçirdi; buna görə də o biri gün – şənbə günü, əlüstü ora gəlib başqaları ilə birlikdə pusquda əyləşdim; işarə verilən kimi kolların arasından sıçrayıb dağdan aşağı cumduq. Ancaq orada heç bir ispaniyalı və ərəb yox idi; dəvələr və fillər də yox idi. Demə, bu, vur-tut bazargünü məktəbin ekskursiyası, həm də təkcə birinci sinif imiş. Biz onların üstünə atılaraq uşaqları bütün vadi boyu qovub pərakəndə saldıq. Ancaq qoğal və mürəbbədən başqa heç bir qənimətimiz olmadı, hə, bir də Ben Rocers əsgidən düzəldilmiş bir gəlincik, Co Harper isə bir dua kitabı və təsəlliverici bir kitabça ələ keçirtdi; sonra isə onların müəlliməsi dalımızca gəldi, biz də bütün bunları atıb qaçmağa başladıq. Mən heç bir qiymədi daş-qaş və başqa şey görmədim, bunu beləcə də Tom Soyyerə dedim. O isə inandırmağa çalışırdı ki, bu şeylər orada olub: yığın-yığın qiyməlli qaş-daşlar da, ərəblər də, fillər də və hər cür şeylər də. Mən ondan soruşdum:
– Bəs onda nə üçün biz heç bir şey görmədik?
O isə dedi:
– Əgər sən heç olmazsa bir şey bilsəydin, “Don Kixot” adlanan kitabı oxumuş olsaydın, onda belə sorıışmazdın. Burada bütün məsələ ovsundadır.
Demə, doğrudan da, orada yüzlərlə əsgər, fillər, daş-qaş və hər cür başqa şeylər də varmış, ancaq bizim qarşımıza düşmənlər, Tomun dediyi kimi, sehrbazlar çıxıbmış, bütün bunları da onlar bizim acığımıza bazargünü məktəbinə çeviribmişlər. Mən Toma dedim:
– Eybi yoxdur, onda biz gərək bu sehrbazlara hücum edək. Ancaq Tom Soyyer məni “axmaq” deyə təhqir etdi.
– Sən nə danışırsan, – dedi.
– Axı sehrbaz cin və şeytanlardan ibarət böyük bir qoşun çağıra bilər, onlar səni bir göz qırpımında “ana” deməyə macal tapmamış doğram-doğram doğrayarlar. Axı onlar ağac boydadırlar, enləri isə kilsə enindədir.
– Yaxşı, – dedim, – əgər biz də cin və şeytanları özümüzə köməyə çağırsaq, onda onları – o birilərini qıra bilərik, ya yox?
– Axı, sən onları necə çağıracaqsan?
– Bilmirəm. Bəs onlar necə çağırırlar?
– Necə? Köhnə tənəkə lampanı və ya dəmir üzüyü sürtürlər, o vaxt cinlər və şeytanlar hər tərəfdən tökülüşüb gəlirlər, göy guruldayır, ildırım çaxır, hər yeri duman bürüyür, onda cinlərə və şeytanlara nə əmr etsən, o saat yerinə yetirirlər. Topdağıtmaz bürcləri dibindən qoparıb çıxartmaq və onunla məktəb direktorunun və ya hər hansı bir kimsənin taraqqadan başına çırpmaq onlar üçün heç bir şey deyil.
– Onlar kimdən ötrü belə çalışırlar?
– Lampanı və ya üzüyü sürtən adama itaət edirlər və onun buyurduğu hər bir şeyi yerinə yetirməlidirlər. Əgər o buyursa ki, xalis brilyantdan qırx mil uzunluğunda bir saray tikib içini saqqızla və ya istədiyin hər bir şeylə doldursunlar, yaxud Çin imperatorunun qızını oğurlayıb sənin üçün arvad gətirsinlər – onlar bunların hamısını etməlidirlər, həm də bir gecənin içində, gün çıxana qədər görüb qurtarmalıdırlar. Hələ bu nədir: onlar bu sarayla bütün ölkəni dolaşıb sənin kefin haranı istəsə oraya aparmalıdırlar, başa düşdünmü? – Bilirsən nə var, – deyə cavab verdim, – məncə, əgər onlar bu sarayı özləri üçün saxlamayıb, boş-boşuna veyilənərək belə bir fürsəti əldən qaçırırlarsa, demək, qanacaqsızdırlar. Hələ bu azdır, əgər mən cin və ya şeytan olsaydım, bu lampanı da onların başına çırpardım. işimdən-gücümdən ayrılıb onun yanına cumacağam ki, nə var, nə var o, bir zibili orada sürtüb.
– Söz danışdın da, Hek Finn. Axı o lampanı sürtəndə sən istədinistəmədin, onun yanına getməlisən.
– Nə? Boyca ağacdan böyük, yoğunluqda kilsədən də yoğun olsamdamı? Yaxşı, eybi yoxdur, mən onun yanına gedərəın; ancaq inan ki, onu o yerlərdə tapılan on uca ağacın başına qovub çıxardaram.
– Eh, Hek Finn, səninlə danışmağın mənası yoxdur. Sən, deyəsən, heç bir şey başa düşmürsən, elə bil tamam sarsaqsan. Mən iki, ya üç gün bu barədə fikirləşdim, sonra belə qət etdim ki, özüm baxım görüm, bunda heç olmazsa bir həqiqət var, ya yox. Köhnə tənəkə lampa və dəmir üzük götürüb meşəyə getdim, hindlilər kimi tər töküncəyə qədər onları hey sürtdüm. Öz-özümə belə fikirləşirdim: saray tikdirər və sataram; ancaq heç bir şey çıxmadı, heç bir cin, şeytan gəlmədi. Belə ki, məncə bütün bu cəfəngiyatı Tom Soyyerin özü toqquşdurub, necə ki, həmişə toqquşdurur. O, deyəsən, ərəblərin də, fillərin də olduğuna inanıb, mən isə başqa cürəm: o saat hiss etdim ki, bu bazar günü məktəbidir.
IV fəsil
Bax, beləcə, üç, ya dörd ay keçdi, qış artıq çoxdan başlamışdı. Mən, demək olar ki, hər gün məktəbə gedirdim, sözləri bir-birinə qoşmaq, oxumaq və bir qədər də yazmaq öyrənmişdim, vurma cədvəlini – altı dəfə yeddi edər otuz beş, – bura qədər əzbərdən bilirdim, gerisini isə, elə bilirəm ki, lap yüz il də oxusam, heç vaxt öhdəsindən gəlməyəcəyəm. Mənim ümumiyyətlə, riyaziyyata həvəsim yoxdur.
Mənim əvvəllər bu məktəbdən zəhləm gedirdi. Sonra isə pis olmadı, yavaş-yavaş alışmağa başladım. Lap zəhləmi tökən vaxtlarda dərslərdən qaçırdım, o birisi gün isə müəllim məni çubuqla döyürdü; bu mənim xeyrimə idi, məni yaman qıvraqlaşdırırdı. Məktəbə nə qədər çox gedirdimsə, mənim üçün bir o qədər də asan olurdu. Dul qadının yanında da bütün qayda-qanunlara yavaşyavaş alışdım, bir növ öyrəşdim. Hər şeydən çətini evdə yaşamağa və çarpayıda yatmağa alışmaq idi; ancaq soyuqlar düşənədək mən yenə də bəzən evdən qaçır və gedib meşədə yatırdım, bu da istirahət kimi bir şey idi. Köhnə həyat daha çox xoşuma gəlirdi, ancaq təzə həyata da alışırdım, bu hətta mənim xoşuma da gəlməyə başlamışdı. Dul qadın deyirdi ki, mən tədricən düzəlirəm və özümü bir
o qədər pis aparmıram. Deyirdi ki, məndən ötrü daha utanıb qızarmalı olmur.
Bir dəfə necə oldusa, səhər yeməyindən sonra bilməyərəkdən toxunub nəməkdanı dağıtdım. Cəld duzdan bir çimdik götürdüm ki, sol çiynimin üstündən atıb bəlanı özümdən uzaq edim, ancaq bu vaxt miss Uotson tərs kimi gəlib çıxdı və məni dayandırıb dedi: “Heklberri, əllərini yanına sal! Sən həmişə hər yanı zibilləyirsən!” Dul qadın mənə tərəfkeş çıxdı, ancaq gec idi, bəlanı onsuz da uzaqlaşdırmaq mümkün deyildi, bunu çox gözəl bilirdim. Mən evdən çıxanda özümü çox pis hiss edirdim, hey fikirləşib başımı sındırırdım ki, görəsən bu bəla harda başıma gələcək və necə bəla olacaq. Bəzi hallarda bəlanı uzaqlaşdırmaq olur, ancaq bu elə hall deyildi – mən bir şey etməyə çalışmırdım, eləcə çox məyus bir halda şəhəri dolaşıb bəlanı gözləyirdim.
Mən bağçaya çıxdım, daş pilləkənlərlə yuxarı qalxaraq taxta hasarın o tayına düşdüm. Yerdə bir düyümdən çox, yenicə yağmış qar var idi, birdən mən qarın üstündə ləpir gördüm: kim isə daş karxanasından gəlib basardakı çıxış yolunun yanında bir qədər ayaq döymüş, sonra yoluna davam edib getmişdi. Hasarın yanında bu qədər dayanıb bağçaya dönməməsi çox qəribə idi. Nə isə, çox qəribədir… Ləpirin izinə düşüb getmək istədim, amma əvvəlcə əyildim ki, onu yaxşıca nəzərdən keçirim. Qabaqca gözümə elə bir şey dəymədi, sonra isə gördüm ki, cin-şeytanı uzaqlaşdırmaq üçün sol dabana böyük mıxlardan bir xaç vurulmuşdur. Mən bir anın içərisində dağdan endim. Arabir boylanıb ardımca baxırdım, amma heç kim görünmürdü. Mən qaçaraq özümü məhkəmə hakimi Telçerin yanına yetirdim.
– Əzizim, sənin lap nəfəsin kəsilib, – deyə o dilləndi. – Sən faizlər üçünmü gəlmisən?
– Yox, ser, – dedim. – Məgər mənə çatacaq bir şey var?
– Bəli, mən dünən axşam yarım il üçün yüz əlli dollardan artıq almışan. Sənin üçün xeyli puldur. Yaxşısı budur mən bunları da qalan altı minin yanına qoyum, yoxsa alsan, xərcləyib qurtararsan.
– Yox, ser, – dedim, – mən onları xərcləmək istəmirəm. Mənə heç nə lazım deyil, nə altı min, nə başqası. Mən istəyirəm ki, onları siz özünüz üçün götürəsiniz, altı mini də, qalanlarını da.
O məəttəl qaldı, görünür, məsələnin nə yerdə olduğunu anlamadığı üçündür ki, soruşdu:
– Necə yəni? Sən bununla nə demək istəyirsən?
– Xahiş edirəm məndən heç nə soruşmayasınız. Yaxşısı budur, mənim pullarımı özünüz üçün götürün… Götürərsinizmi?
O dedi:
– Doğrusu, bilmirəm ki, sənə nə deyim… Bəs, bir de görüm, axı nə olub?
– Xahiş edirəm, onları özünüz üçün götürün, – deyə mən cavab verdim, -məndən heç bir şey soruşmayın, onda mən yalan danışmalı olmaram.
Məhkəmə hakimi fikrə getdi, sonra isə dedi:
– Hə, hə! Deyəsən başa düşürəm. Sən öz pulunu mənə bağışlamaq yox, güzəşt etmək istəyirsən. Bax, bu doğru işdir.
Sonra o, kağızda nə isə yazdı, ürəyində oxuyub dedi:
– Bax, görürsənmi, burda belə deyilir: “Əvəzi verildiyi üçün”. Bu o deməkdir ki, mən sənin pullarını alıb əvəzini də sənə vermişəm. Al bu dollar da sənin. İndi qol çək.
Mən qol çəkib getdim.
Miss Uotsonun zəncisi Cimin tükdən qayrılmış yumruq boyda bir şarı var idi; o bu şan buğanın qursağından çıxarmışdı, indi onunla fala baxırdı. Cim deyirdi ki, guya şarın içində bir cin əyləşib, bu cin hər şeyi bilir. Buna görə də mən axşam Cimin yanına gedib ona nağıl etdim ki, atam yenə buradadır, mən onun ləpirini qarın üstündə görmüşəm. Mən onun nə etmək fikrində olduğunu və burada qalıb-qalmayacağını bilməli idim. Cim şarı gətirdi, ona nə isə pıçıldadı, sonra onu yuxarıya atdı. Şar daş parçası kimi yerə düşdü və bir düyüm diyirləndi.
Cim bir neçə dəfə belə elədi; yenə də elə əvvəlkinin eyni oldu. Cim dizləri üstə çöküb qulağını şara dayayaraq qulaq asmağa başladi. Amma heç bir faydası olmadı. Cim dedi ki, şar danışmaq istəmir. Bəzən olur ki, şar, pulsuz heç vəchlə danışmır. Mənim yanımda dörddə bir dollarlıq köhnə və heç bir şeyə yaramayan qəlp pul var idi, onun gümüşü yeyildiyindən misi üzə çıxmışdı; ancaq bunsuz da onu işə vermək olmazdı — olduqca kirlənmişdi; o dəqiqə işin nə yerdə olduğunu başa düşmək olurdu. (Belə qət etdim ki, məhkəmə hakiminin mənə verdiyi bir dollar haqqında heç nə deməyim). Mən dedim ki, pul pis puldur, amma, bəlkə şar onu götürdü, axı onun üçün nə fərqi var. Cim onu iylədi, dişlədi, silib söz verdi, elə elsin ki, şar onu əsl pul kimi qəbul etsin. Çiy kartofu yarıya bölüb, pulu onun içinə qoyaraq bütün gecəni saxlamaq lazımdır; səhər mis artıq görünməyəyək və pul kirli olmayacaq, belə ki, onu nəinki tükdən qayrılmış şar, lap şəhərin özündə belə hər bir kəs məmnuniyyətlə götürər. Mən əvvəllər də bilirdim kı, kartof belə hallarda kömək edir, ancaq bunu yadımdan çıxartmışdım.
Cim pulu şarın altına qoyub yerə yataraq, yenə qulaq asmağa başladı. Bu dəfə hər şey öz qaydasında idi. O dedi ki, indi əgər istəsəm, şar bütün talemi mənə əvvəlcədən söyləyə bilər. “Di başla” – dedim – Şar Cimə pıçıldamağa, o da mənə nağıl etməyə başladı:
– Sizin atanızın özü belə bilmir ki, nə etsin. Gah fikirləşir qalsın, gah da fikirləşir getsin. Ən yaxşısı budur, heç nə barədə narahat olmayasan, qoy qoca özü qət etsin ki, nə etməlidir. Onun yanında iki mələk vardır.
Biri tamam ağdır, işıq saçır, o birisi isə qapqaradır. Ağ mələk ona xeyirxahlıq öyrədir, öyrədır, sonra isə qara mələk uçub gələrək bütün işləri korlayır. Hələlik demək olmaz ki, ən axırda hansı üstün gələcəkdir. Həyatda sizin başınız çox bəlalar çəkəcək, xoş günləriniz də çox olacaqdır. Bəzən məğlub da olacaqsınız, xəstə də olacaqsınız, amma axırda hamısı keçib gedəcəkdir. Həyatınızda iki qadın qarşınıza çıxacaqdır. Biri sarıyanız, o biri qarayanız. Biri varlı, o birisi isə yoxsul. Siz əvvəlcə yoxsulla evlənin, sonra isə varlıyla. Başınıza bir iş gəlməsin deyə, sudan mümkün qədər uzaqda olun, çünki sizin alnınıza yazılıb ki, ömrünüzü dar ağacında başa vuracaqsınız.
Mən axşam gəlib öz otağıma girərək işığı yandırdıqda gördüm ki, atam orada oturmuşdur!
V fəsil
Mən qapını ardımca örtdüm. Sonra dönüb baxdım, o – atam burada idi. Mən həmişə ondan qorxurdum, o məni yaman bərk döyürdü. Mənə elə gəldi ki, indi də qorxdum, sonra isə gördüm ki, səhv etmişəm, daha doğrusu əvvəlcə, əlbəttə, əməlli-başlı sarsılmışdım, onun gözlənilməz gəlişindən hətta nəfəsim belə təng olmuşdu, ancaq mən birdən-birə özümü ələ aldım və gördüm ki, qətiyyən qorxmuram, hətta bu haqda heç danışmaq da lazım deyil. Atamın əlliyə yaxın yaşı vardı, görkəmcə də bundan az yaşlıya oxşamırdı. Onun daranmamış uzun, çirkli saçları pırtlaşıq halda üzünə tökülmüşdü, yalnız gözləri bunların arasından parıldayır, elə bil ki, kolların arasında işıq saçırdı. Saçları qara idi, bir dənə də ağ saçı yox idi; səliqəsiz bakenbardları da qara idi. Saçlarından demək olar ki, görünməyən üzündə bir damcı belə qan yox idi, tamam solğun idi, amma başqa adamlarınkı kimi solğun deyildi, elə idi ki, adam baxanda həm qorxur, həm də ürəyi bulanırdı, balıq, yaxud qurbağanın qarnına oxşayırdı. Üst-başı isə tamam cırcındırdı, sağ yeri yoxdu. O, bir ayağını, o birinin üstünə aşırmışdı; həmin ayağındakı uzunboğaz çəkmə cırıqdı, oradan iki barmağı görsənirdi, o, arabir bu barmaqlarını tərpədirdi. Şlyapası elə buradaca döşəmənin üstündə idi, qıraqları enli, ortası çökək bu köhnə, qara şlyapa lap qapaqlı qazana oxşayırdı. Mən dayanıb ona baxırdım, o da stulda yavaşca yırğalana-yırğalana mənə baxırdı. Mən şamı döşəmənin üstünə qoydum. Baxıb gördüm ki, pəncərə açıqdır, deməli, o əvvəlcə anbara, oradan isə otağa girmişdi. O məni başdan-ayağadək süzüb dedi: – Buna bax, gör nə geyinib-keçinib! Yoxsa elə bilirsən ki, çox matah bir şeysən, eləmi? – Bəlkə də bilirəm, bəlkə də yox, – deyə cavab verdim. – Bura bax, başından böyük danışma, – deyə o dilləndi. – Mən burda olmayanı çox sarsaqlamısan! Mən səninlə yaxşı bacararam, lovğalıq nə olduğunu sənə göstərərəm! Mənimçün oxumuş olub, deyirlər yazmaq, oxumaq bilirsən. Elə fikirləşirsən ki, atan bisavad olduğu üçün indi sənin ayağının altı da deyil? Mən bunları sənin beynindən vurub çıxararam. De görüm, sarsaq alicənablığı sənə kim öyrədib? De görüm sənə bunu kim öyrədib? – Dul qadın öyrədib. – Dul qadınmı? Hə, belə de. Bəs o dul qadına kim icazə verib ki, burnunu özgə işinə soxsun? – Heç kim icazə verməyib. – Yaxşı, mən ona göstərərəm, lazım olmayan işə burnunu soxmaq nə deməkdir! Sən isə məktəbi burax getsin, eşidirsənmi? Bax, mən onlara göstərərəm. Uşağı doğma atasının qabağında burnunu dik tutmağa öyrədiblər, gör bir nə lovğa olub? Əgər mən səni bir də o məktəbin həndəvərində dolaşan görsəm, onda özün bil. Sənin anan nə oxumaq, nə də yazmaq bilirdi, eləcə də bisavad öldü. Sənin bütün qohumların da eləcə bisavad ölübgediblər. Mən nə oxumaq, nə də yazmaq bilirəm, amma sən, bir buna bax, gör bir nə moda ilə geyinib-keçinib. Mən elə adam deyiləm ki, buna dözə biləm, eşidirsənmi? Di oxu görüm, mən qulaq asacağam. Mən kitabı götürüb general Vaşinqton və müharibə haqqında nə isə bir şey oxumağa başladım. Heç yarımca dəqiqə belə keçməmiş o kitaba bir yumruq vurdu, kitab otağın o biri başına düşdü. – Doğrudur. Sən oxuya bilirsən. Mən isə bir qədər inanmırdım. Bura bax, bu lovğalanmaqdan əl çəkməlisən, mən buna dözə bilmərəm. Modabazın biri modabaz, bax, güdəcəyəm, əgər səni o məktəbin yanında tutsam, dərini soyacağam. Səni elə əzişdirəcəyəm ki, ayılıb özünə gələ bilməyəcəksən! Yaxşı oğulsan, söz ola bilməz! O, bir oğlan uşağının inəklərlə birlikdə çəkilmiş şəklini götürdü. Şəkil sarı və göy rənglə işlənmişdi. O soruşdu: – Bəs bu nədir? – Bunu mənə yaxşı oxuduğum üçün veriblər. O, şəkli iki yerə bölüb dedi: – Mən də sənə bəzi şeylər verəcəyəm: yaxşıca qayış zərbələri. O, bir xeyli vaxt dodağının altında donquldanıb çərənlədikdən sonra dedi: – Bir buna bax, gör nə ərköyün olub! Çarpayısı da var, döşəkağısı da, güzgüsü də, yerdə xalçası da, doğma atası isə dəri zavodunda donuzlarla yanaşı yıxılıb yatmalıdır. Yaxşı oğulsan, söz ola bilməz! Nə isə, mən səninlə yaxşı bacararam, bütün gicliyini vurub sənin başından çıxararam! Bir buna bax, matah şey olub, varlanıb deyirlər. Hə? Axı nə yolla varlanıbsan? – Hamısını yalan deyirlər, bax bu yolla. – Bura bax, necə cəsarət edib mənimlə belə danışırsan? Mən dözmüşəm, çox dözmüşəm, bundan belə isə dözməyə halım yoxdur, buna görə də mənimlə kobud danışıb eləmə. İki gün şəhərdə olmuşam, eşitdiyim elə sənin var-dövlətln haqqında olub. Çayın aşağı tərəflərində də bu haqda eşitmişəm. Elə buna görə də durub gəlmişəm. Sən bu pulları sabahacan tap gətir, mənə pul lazımdır. – Məndə heç bir pul yoxdur! – Yalan deyirsən! Pulların məhkəmə hakimi Tetçerdədir. Get götür. Mənə pul lazımdır. – Sizə deyirlar ki, məndə heç bir pul yoxdur. Məhkəmə hakimi Tetçerdən soruşun, o da sizə belə cavab verəcək. – Yaxşı, mən ondan soruşaram… Mən onu məcbur edərəm ki, desin. O məni dilə tutarsa ona göstərərəm. De görüm, cibində nə qədər var? Mənə pul lazımdır. – Cəmisi bir dollardır, bu da mənim özümə lazımdır. – Mənə nə var ki, sənə lazımdır. Ver bura, qurtardı getdi. O, pulu alıb dişlədi ki, görsün qəlpdir, ya yox, sonra isə dedi ki, şəhərə gedib özü üçün viski almalıdır, yoxsa bütün günü ağzına bir damcı da dəyməyib. O anbarın damına çıxdı, lakin yenidən başını pəncərəyə soxub məni söyməyə başladı ki, mən qudurmuşam və doğma atamı belə tanımaq istəmirəm. Sonra mən elə düşündüm ki, çıxıb getdi, o isə yenə qayıtdı və tapşırdı ki, məktəbi atım, əgər atmasam, məni güdüb möhkəmcə əzişdirəcəkdir. Sabahısı gün atam sərxoş oluncayadək içib məhkəmə hakimi Tetçerin yanına getdi, onu söyüb tələb etdi ki, mənim pullarımı versin, amma bundan heç bir şey çıxmadı; onda atam Tetçeri hədələyib dedi ki, onu məhkəmə vasitəsilə pulu verməyə məcbur edəcəkdir. Dul qadın ilə məhkəmə hakimi Tetçcr məhkəməyə bir ərizə verib xahiş etdilər ki, məni atamdan ayırsınlar və onlardan birini qəyyum təyin etsinlər; ancaq bizim məhkəmə hakimi təzə idi, bu yaxınlarda buraya gəlmişdi və mənim atamı hələ tanımırdı. O dedi ki, məhkəmə çox da ehtiyac olmadan ailə işlərinə qarışmamalı və valideynləri uşaqlarından ayrı salmamalıdır, həm də ki, yeganə uşağı atasından ayırmaq istəmir. Beləliklə, dul qadınla məhkəmə hakimi Tetçer bu işdən əl çəkməli oldular. Atam elə sevinmişdi ki, onu heç cür sakitləşdirmək mümkün deyildi. O mənə dedi ki, əgar onun üçün pul tapmasam, məni qayışla ölüncə döyəcəkdir. Mən məhkəmə hakimindən üç dollar borc aldım, atam isə bunu mənim əlimdən alıb hamısını içkiyə verdi və sərxoş halda bütün şəhəri dolaşıb bağırdi, biabırçılıq etdi, söyüş söydü və gecənin yarısınadək çuqun sinci döyəclədi, onu tutub dama basdılar, səhərisi isə məhkəməyə aparıb yenə də bir həftə dama saldılar. O isə dedi ki, çox məmnundur. İndi öz oğlunun sahibidir və onun başına nə oyun istəsə aça bilər. O, həbsxanadan çıxandan sonra yeni məhkəmə hakimi bildirdi kı, onu adam etmək fikrindədir. O qocanı öz evinə aparıb ona başdan-ayağadək təmiz və təzə paltarlar geyindirdi, səhər yeməyində də, nahar vaxtı da, axşam naharında da öz ailəsilə birlikdə süfrə başında otıırtdu, demək olar ki, onu qohumu kimi qəbul etdi. Axşam naharından sonra isə içməməyin xeyri və sairə haqqında elə söhbət saldı ki, qoca göz yaşı axıtdı və boynuna aldı ki, bu qədər illər səfeh olmuşdur. İndi isə onunla tanışlıqdan heç bir kəsin xəcil olmaması üçün yeni həyata başlamaq istəyir və əmindir ki, məhkəmə hakimi bu işdə ona kömək edəcək, ondan üz döndərməyəcək. Məhkəmə hakimi cavab verdi ki, bu sözlərdən sonra onu qucaqlamağa belə hazırdır, bunu deyərkən məhkəmə hakiminin gözləri yaşardı; onun arvadı da ağladı; atam isə bildirdi ki, bu vaxtadək heç kim onun necə adam olduğunu anlamayıbdı; məhkəmə hakimi də cavab verdi ki, o buna tamamilə inanır. Qoca dedi ki, həyatda bəxli gətirməyən adamın bir arxaya ehtiyacı olur; məhkəmə hakimi də cavab verdi ki, bu tamamilə doğrudur və onların hər ikisinin yenə gözləri yaşardı. Yatmağa getməmişdən əvvəl qoca ayağa qalxaraq əlini uzadıb dedi: – Ağalar və xanımlar, bir bu ələ baxın! Bu əli tutub sıxın! Bu əl əvvəllər murdar donuzun əli idi, indi isə başqadır, indi bu əl yeni həyata başlayan və köhnə həyata qayıtmaqdansa ölməyi üstün tutan namuslu bir insanın əlidir. Mənim sözlərimi yadınızda saxlayın, bunları söylədiyimi unutmayın! İndi bu təmiz əldir. Onu sıxın, qorxmayın! Onların hamısı növbə ilə, bir-birinin ardınca gözlərinin yaşını silərək, onun əlini tutııb sıxdılar. Məhkəmə hakiminin arvadı isə hətta onun əlini öpdü. Bundan sonra atam and içdi ki, daha içməyəcək, söz verdi ki, ağzına bir damcı da içki almayacaqdır. Məhkəmə hakimi dedi ki, bu tarixi, müqəddəs dəqiqədir. Nə isə, buna bənzər sözlər söylədi. Qocanı yatmaq üçün qonaqlardan ötrü saxlanılan ən yaxşı otağa apardılar. Gecə birdən onun başına içki düşdü; o, dama çıxdı, tirlə sürüşüb artırmaya endi, ona verilən təzə sürtuku bir şüşə qırx dərəcəli içkiyə dəyişib yenidən yuxarıya qalxdı və içib kef etməyə başladı; sübh vaxtı bərk sərxoş halda yenə pəncərəyə çıxdı; damdan diyirlənib yıxıldı, sol qolu iki yerdən sınıb az qala nəfəsi kəsildi; hava açılarkən kim isə gəldi, onu qaldırıb apardı. Qonaq otağında nələr olduğuna baxmaq üçün getdikləri vaxt isə losman çağırıb lotla 2 dərinliyi ölçməli oldular ki, sonra üzüb yollarına davam etsinlər… Məhkəmə hakimi bərk incidi. O dedi ki, bu qocanı yalnız tüfəngdən atılan sərrast güllə ilə düzəltmək olar, başqa bir üsul isə o bilmir.
VI fəsil
Hə, bundan azca sonra sağalıb özünə gələrək məhkəmə hakimi Tetçerdən məhkəməyə şikayət elədi ki, o mənim pullarımı ona versin, sonra da mənim yaxamdan yapışdı, çünki mən məktəbi atmamışdım. O məni iki dəfə tutub bərk döydü, ancaq mən yenə də məktəbə gedirdim, andan isə gizlənir və ya bir yana qaçırdım. Əvvəllər oxumaq mənim o qədər də xoşuma gəlmirdi, indi isə belə qət etmişdim ki, atamın acığına mütləq məktəbə gedəcəyəm. Məhkəməni hey təxirə salırdılar; görünürdü ki, heç vaxt da başlamayacaqlar, buna görə də mən arabir gedib məhkəmə hakimi Tetçerdən qoca üçün iki-üç dollar borc alırdım ki, döyülməkdən yaxa qurtarım.
Atam hər dəfə məndən pul aldıqda sərxoş oluncayadək içirdi; hər dəfə də içdikdən sonra valaylaya-valaylaya şəhəri dolaşıb şuluqluq edir, dava salırdı; hər dəfə də bu işin üstündə onu tutub həbsxanaya salırdılar. Bununla belə o, çox məmnun idi; çünki belə həyat onun lap könlündən idi.
Atam axır vaxtlar nə isə dul qadının evi yanında çox dolaşırdı, dul qadın nəhayət, onu hədələyib dedi ki, əgər o, bu adətindən əl çəkməsə, onun üçün pis olacaqdır. Atam bərk hirslənib özündən çıxdı. Söz verdi ki, Hek Finnin sahibi kim olduğunu ona göstərər.
Bax, buna görə də bir dəfə bahar vaxtı məni güdüb tutdu və özü ilə qayığa mindirdi, üç mil çay yuxarı apardı. Orada çayın o biri sahilinə üzdü; bura başdan-başa meşəlik idi və meşəliyin ən sıx yerində tirdən qayrılmış köhnə daxmacıqdan başqa heç bir ev yox idi; bu daxmacığın harada olduğunu bilməyən adam onu heç cür tapa bilməzdi.
O məni bir dəqiqə də tək buraxmırdı, odurki, qaçmağa heç bir imkan yox idi. Biz bu köhnə daxmacıqda yaşayırdıq, gecələr o qapını kilidləyirdi, açarı isə başının altına qoyurdu. Onun bir tüfəngi vardı, yəqin ki, hardansa oğurlamışdı, biz onunla ova gedirdik, bundan başqa balıq da tuturuqduq; yediyimiz də bunlar idi. O, tez-tez məni daxmada qoyub qapını üzümə qıfıllayar, təxminən üç mil uzaqda olan dükana, bərənin yanına gedər, orada balığı və ov quşlarını viskiyə dəyişər, butulkanı evə gətirərdi, sonra isə içərək keflənər, mahnı oxuyar və məni döyərdi. Dul qadın bir təhərlə harada olduğumu öyrənib məni xilas etınək üçün adam göndərdi, amma atam onu tüfənglə hədələyərək qovdu. Azca sonra isə mənim özüm də orada yaşamağa alışdım, hətta, qayışdan başqa, hər bir şey xoşuma gəldi. Necə istəyirsən dolan, istəyirsən bütün günü əlini ağdan-qaraya vurma, xətrin istəyirsə bir tütün çək, bir də balıq tut; amma kitabı, məktəbi heç ağlına da gətirmə. Beləcə iki ay, bəlkə də daha çox keçdi; mənim üst-başım lap tökülmüşdü, özüm çirk içində idim və başa düşə bilmirdim ki, dul qadının evində necə yaşaya bilmişəm. Axı orada əl-üzümü yumalı, nimçədə yeməli, saçımı daramalı, eyni vaxtda yatıb, eyni vaxtda da durmalı idim, həm də elə hey kitabla əlləşməli olurdum, hələ bundan əlavə miss Uotson da həmişə adamı sancırdı. Daha oraya qayıtmaq istəmirdim. Mən söyüş söyməyi tərgitmişdim, çünki dul qadın bunu xoşlamırdı, indi isə təzədən söyüş söyməyə başladım, çünki qocam bunun əleyhinə deyildi. Bir sözlə, biz meşədə heç də pis dolanmırdıq.
Lakin qoca yavaş-yavaş azğınlaşmağa başladı, məni ağacla döyməyə alışdı; bax, buna mən daha dözə bilmədim. Mənim hər yerim çapıq-kəsik idi. Atam daha evdə də otura bilmirdi; bəzən çıxıb gedir, məni isə evdə qoyub qapını üzümə bağlayırdı. Bir dəfə o məni evdə qoydu, qapını bağlayıb getdi və üç gün geri qayıtmadı. Elə darıxdım ki! Artıq düşünməyə başladım ki, o yəqin çayda batıb və bir daha heç vaxt buradan çıxa bilməyəcəyəm. Mən nə isə qorxmağa başladım, buna görə də belə qət etdim ki, nə təhər olursa olsun burdan qaçmaq lazımdır. Evdən çıxmaq üçün çox əlləşmişdim, amma bir çıxış yolu tapa bilməmişdim. Pəncərə elə idi ki, heç it də keçə bilməzdi. Sobanın trubası ilə də qalxa bilmədim; olduqca dar idi. Qapı qalın və möhkəm palıd ağacından düzəldilmişdi. Atam gedərkən həmişə çalışırdı ki, komada bıçaq və ümumiyyətlə, heç bir kəsən şey qoymasın; mən hər yanı azı qırx dəfəyə qədər axtarmışdım, demək olar ki, bütün vaxtımı buna sərf edirdim, onsuz da başqa bir iş yox idi. Ancaq bu dəfə bəzi para şeylər tapa bildim. Bu, çatı ilə taxtapuş taxtalarının arasına keçirilmiş köhnə, dəstəyi olmayan paslı mişar idi. Mən onu yağlayıb işə başladım. Daxmacığın yuxarı küncündə, stolun dalında, yel vurub şamı söndürməsin deyə, divara mıxla köhnə bir at çulu vurulmuşdu. Mən stolun altına girib at çulunu qaldırdım və aşağıdakı yoğun tirin bir hissəsini mişarlamağa başladım, elə deşik açırdım ki, keçmək mümkün olsun. Bu mənim xeyli vaxtımı aldı, iş artıq axıra yetməkdə idi ki, birdən meşədən atamın tüfəngindən atılan güllə səsini eşitdim. Mən tez hər şeyi əvvəlki kimi yığışdırdım, çulu aşağı sallayıb mişarı gizlətdim, çox keçmədi ki, atam da gəldi.
Onun halı heç özündə deyildi, yəni həmişə olduğu kimi idi. Mənə dedi ki, şəhərdə olmuşdur. Orada işlərin necə getdiyindən heç baş açmır. Vəkil ona deyib ki, əgər işə məhkəmədə baxdırmağa müvəffəq olsa, mühakiməni udub pulları alar, ancaq istintaqı uzatmağın bir çox üsulları vardır, məhkəmə hakimi Tetçer isə bunu düzəldə bilər. Bundan başqa belə söhbətlər də gedir ki, məni atamın əlindən alıb dul qadının qəyyumluğuna verməkdən ötrü yeni mühakimə hazırlanır, həm də bu dəfə məhkəmə işini udacaqları fikrindədirlər. Ovqatım yaman təlx oldu. Mən daha dul qadının yanında yaşamaq istəmirdim, ona görə ki, məni orada sıxışdıracaq, özlərinin dedikləri kimi tərbiyə edəcəkdilər. Atam bu vaxt söyüş söyməyə başlamışdı, o hamını, yadına düşən hər bir kəsi söyürdü, sonra isə bir daha hamını bir-bir söydü ki, heç kəs yaından çıxıb qalmasın, axırda tamamlamaq üçün hamını, hətta adlarını bilmədiyi adamları da söyüb olmazın sözlər dedi, yenə də söyüş yağdırmağında davam etdi.
O, bağıra-bağıra deyirdi ki, baxıb görərik bu dul qadın məni onun əlindən necə alacaq, amma ayıq olmaq lazımdır və əgər onlar ona belə pislik elməyə çalışsalar, onda o, buradan təxminən altı mil uzaqda bir yer bilir ki, məni orada gizlədəcəkdir; sonra qoy lap yüz il axtarsınlar, onsuz da tapa bilməyəcəklər. Bu mənim yenə ovqatımı təlx etdi, amma bu ovqattəlxlik çox çəkmədi. Mən özözlüyümdə fikrləşirdim: onun məni buradan aparacağı vaxtadək oturub gözləməyəcəyəm ki!
Qoca məni qayığın yanına göndərdi ki, gətirdiyi şeyləri boşaldıb daşıyam. Bunlar təxminən əlli girvənkə olan bir kisə qarğıdalı unundan, hisdə qurudulmuş bir şaqqa döş ətindən, barıt və qırmadan, dörd qallonluq viski şüşəsindən, bir də gilizdən ötrü tıxaclıq, köhnə bir kitab və iki qəzetdən, habelə kəpitkədən ibarət idi. Mən bu şeylərin hamısını sahilə daşıdım, sonra qayıdib qayığın burun tərəfində oturdum, dincimi almağa başladım. Mən hər şeyi əməlli-başlı ölçüb biçərək, belə qət etdim ki, evdən qaçdığım vaxt tüfəngi və tilovu özümlə meşəyə aparam. Çünki bir yerdə oturub qalan deyiləm, bütün ölkəni gəzib dolanacağam, özü də gecələr; mən ov etmək və balıq tutmaqla özümə yemək əldə edərəm; həm də elə uzaq bir yerə gedərəm ki, nə qoca, nə də dul qadın məni daha heç cür tapa bilməz. Mən belə qət etdim ki, özüm üçün bir tir mişarlayım və əgər qoca içərsə, elə bu gecə qaçım, qoca məni haraylayıb: – orada yatdın, ya çaya düşüb boğuldun, – deyə soruşuncayadək nə qədər vaxt keçdiyini belə bilməmişdim.
Mən şeyləri daxmacığa daşıyıb qurtarana kimi hava lap qaraldı. Axşam naharı hazırlamağa başladım, qoca isə bu vaxt viski şüşəsini bir-iki dəfə başına çəkdi; onun kefı kökəldi, yenə coşub özündən çıxdı. O, hələ şəhərdə ikən içməyə başlamış, bütün gecəni yıxılıb qanovun içində qalmşdı, buna görə də indi adam ona baxmaq belə istəmirdi. İçkidən sonra coşub özündən çıxdığı vaxtlarda o, həmişə hökuməti söyməyə başlardı. Bu dəfə də elə oldu:
– Hələ adın hökumət qoyub! Baxın görün nəyə oxşayır, ləzzət aparın! Qanunu da qəribədir! Adamın dopdoğma oğlunu da əlindən alır! Demir ki, bu adam onu böyütmüş, onun zəhmətini çəkmiş, ona pul xərcləmişdir! Bəli! Nəhayət, bu oğulu böyüdüb boya-başa çatdırandan sonra fikirləşirsən ki, bax, indi dincələ bilərəm, qoy indi oğul işləsin, atasına bir balaca kömək eləsin, elə bu vaxt qanun onu sənin əlindən qamarlayır!
Bu da hökumət adlanır. Hələ bu bir yana qalsın: qanun mənim kapitalımı əlimdən almaqda məhkəmə hakimi Tetçerə kömək edir. Bax, bu qanun belə hərəkət edir: altı min dollar, hətta daha artıq kapitali olan bır adamı tələyə oxşar bir köhnə daxmaya soxur, bu adam elə pis geyinir ki, cır-cındırından cin ürkür. Hələ adın hökumət qoyub! Adam belə hökumətdə öz hüququna belə nail ola bümir. Heç belə də iş olar! Bəzən fikirləşirsən ki, həmişəlik bu ölkədən çıxım gedim. Bəli, mən onlara elə beləcə də dedim, lap qoca Tetçerin gözünün içinə dedim! Bunu çoxları eşidib və sözlərimi təkrar edə bilər. Dedim ki, mən heç fikirləşmədən belə, bu lənətə gəlmiş ölkəni atıb gedər və bir də heç vaxt üzümü bu tərəfə tııtmaram. Bax, elə beləcə demişəm. Dedim ki, əgər sizcə başımdakı şlyapadırsa, onda bir ona baxın. Üstü təpəmdə qalır, bütün qalan yerləri isə qopub xirtdəyimə keçir, belə ki, qətiyyən şlyapaya oxşamır, başım elə bil bacaya keçib. Dedim, baxın görün başıma necə şlyapa qoymalı olmuşam, axtarsan mən şəhərdəki ən varlı adamlardan biriyəm, ancaq öz hüququmu əldə edə bilmirəm.
Bəli, gözəl hökumətimiz var, çox gözəl! Sən bir qulaq as. Orada Oqayoda yaşayan bir azad zənci vardı. Mulat1 idi, lap ağ adamlar kimi ağdı. Əynindəki paltarı qardan da ağ idi, şlyapası par-par parıldayırdı, şəhərdəkilərin hamısından yaxşı geyinmişdi; zəncirli qızıl saatı, gümüş dəstəli əl ağacı vardı, gözə gəlməsin, görkəmli zat idi! Səncə o kim olsa yaxşıdır. Deyirlər ki, o guya hansı bir kollecdəsə müəllimdir, müxtəlif dillərdə danışmağı bilir, dünyada hər şeydən xəbərdardır. Hələ bu azdır. Deyirlər ki, onun öz ölkəsində səs vermək hüququ vardır. Mən daha buna dözə bilmədim. Fikirləşdim ki, görəsən biz beləliklə hara gedib çıxarıq. Elə seçkilər günü idi, əgər qədərindən artıq içməyib dura bilsəydim, mən özüm də səs verməyə getmək fikrindəydim, amma öyrənib biləndə ki, bizim Amerikada bu zəncinin səs verməsinə yol verən bir ştat vardır, qəsdən səs verməyə getmədim. Dedim ki, daha heç bir vaxt səs verməyəcəyəm. Lap elə beləcə dedim, hamı eşitdi. Lap istəyirdi ki, bütün ölkə dağılıb yerlə yeksan olsun, yenə də heç vaxt səs verməyəcəyəm. Hələ sən bir gör bu zənci özünü necə həyasızlığa qoyub, əgər mən onu kənara itələməsəydim, mənə yol da verməyəcəkdi. Soruşulur ki, nə üçün bu zəncini auksionda2 satmırlar? Bax, mən bunu öyrənib bilmək istərdim. Səncə mənə nə cavab versələr yaxşıdır! Dedilər ki, o bu ştatda yarım il yaşamamış onu satmaq olmaz, o isə hələ bu qədər yaşamayıb. Bax, bu da sənin üçün misal. Əgər azad zəncini, bu ştatda altı ay yaşamamış satmaq olmazsa, daha bu nə hökumətdir? Hələ bir adını hökumət də qoyub, özünü hökumət kimi qələmə verir, elə təsəvvür edir ki, guya hökumətdir, amma bu xəspuşu, bu avaranı, ağ paltar geymiş bu azad zəncini aradan götürmək üçün tamam yarım il yerindən tərpənə bilmir…
Atam o qədər qızışıb özündən çıxmışdı ki, ayaqlarının onu haraya apardığını bilmirdi, – ayaqları isə onun sözünə baxmırdı, belə ki, o, içində donuz əti olan kiçik çəlləyə toxunub təpəsi üstə yerə gəldi, dizlərini yamanca əzdi, buna görə də ağzına gələn söyüşü yağdırmağa başladı, ən söyülən zənciylə hökumət oldu, kiçik çəllək də öz payını yaxşıca aldı. O, gah bu, gah da o biri dizini tııtaraq əvvəlcə bir ayağı, sonra da o biri ayağı üstə evdə xeyli o baş-bu başa yortdu, sonra isə var gücünü toplayıb sol ayağı ilə çəlləyə bir təpik ilişdirdi. Ancaq o, bunu nahaq etdi, çünkı təpik vurduğu ayağının uzunboğaz çəkməsi yırtılmış, iki barmağı bayıra çıxmışdı; o elə bağırdi ki, bundan hər bir kəsin tükləri biz-biz olardı, sonra əzilmiş barmaqlarını əliylə tutub yerə yıxılaraq çirkli döşəmədə diyirlənməyə başladı. İndi elə söyüşlər söyürdü ki, əvvəlkilər bunun yanında toya getməli idi. Sonradan onun özü də bunu etiraf etdi, dedi ki, o yaxşı günlərində qoca Souberri Xeqanın yağdırdığı söyüşləri eşitmişdi, Özü indi onu da ötüb keçmişdir; amma, məncə, o bir qədər şişirdirdi.
Axşam naharından sonra atam viski şüşəsini götürüb dedi ki, bu mənə iki dəfə möhkəm içmək, bir dəfə də ağlımı itirmək üçün bəs edər. Bu onun həmişə dediyi məsəl idi. Mən belə qət etdim ki, bir-iki saatdan sonra o, sərxoş oluncayadək içib yuxuya gedər, mən də o vaxt açarı oğurlayar, yaxud tirdən bir parça mişarlayıb eşiyə çıxaram; ya belə, ya da elə edərəm. O, doymaq bilmədən hey içdi, sonra yorğanın üstünə yıxıldı. Ancaq mənimki gətirmədi, o, bərk yuxuya getməyib hey qurdalanır, inildəyir, bağırır, çırpınıb o yan-bu yana diyirlənirdi; xeyli müddət belə keçdi. Axırda elə yuxum gəldi ki, gözlərim özözünə yumuldu, bir anın içində bərk yuxuya getdim. Şam isə yana-yana qaldı.
Nə qədər yatdığımı bümirəm, birdən dəhşətli bir çığırtı qopdu və mən yerimdən sıçradım. Atam dəli kimi özünü o tərəf-bu tərəfə çirpır, qışqırırdı: “İİanlar!”. O, şikayət edirdi ki, ilanlar ayaqlarında sürünür, sonra isə birdən yataqdan sıçradı, inildəyərək dedi ki, guya ilanlardan biri onun yanağından sancdı, ancaq mən heç bir ilan görmürdüm. Atam evdə qaçıb dövrə vurur, qışqırırdı: “Onu götür! Onu götür! Mənim boğazımı dişləyir!” Mən, insan gözlərinin vəhşi gözlərinə bu qədər oxşadığını heç vaxt görməmişdim. Azca sonra o haldan düşüb döşəməyə yıxıldı, təngnəfəs oldu; sonra yerdə tez-lez o tərəf-bu tərəfə diyirlənərək əlinə keçən hər bir şeyi hara gəldi çırpmağa başladı, daha sonra yumruğunu havada yellədərək qışqırıb fəryad etdi ki, guya cinlər onu tutmuşlar. Get-gedə o sakitləşib bir müddət dinməzcə qaldı, ancaq inildəyirdi. Bir azdan səsini tamam kəsib heç cınqırını belə çıxartmadı. Mən meşədə, çox-çox uzaqlarda yapalağın və canavarların necə uladığını eşitdim, ətrafdakı sakitliyi bu daha da dəhşətli edirdi. Atam küncdə yıxılıb qalmışdı. Birdən o, dirsəklənib başını yana əyərək qulaq asmağa başladı, sonra güclə eşidiləcək bir səslə dedi:
-Tap-top-tap-tup… bu gələnlər ölülərdir… tap-lup-tap-tup… mənim dalımca gəliblər, ancaq mən onlarla getməyəcəyəm… Bax, gəlib çatdılar! Mənə əl dəyməyin, əl dəyməyin! Əllərinizi çəkin, əlləriniz soyuqdur! Buraxın… məni, mən bədbəxti dinc buraxın!
O bir balaca qalxaraq iməklədi və cinlərə yalvardı ki, ona əl dəyməsinlər; sonra yorğanına bürünüb stoluna altına girdi, o yenə cinlərdən xahiş edirdi ki, ona əl dəyməsinlər, sonra isə ağladı. O elə ağlayırdı ki, yorğanın içində olmasına baxmayaraq eşidilirdi.
Sonra o, yorğanı bir tərəfə atıb dəli kimi ayağa qalxdı, məni görüb qovmağa başladı. O əlində qatlama bıçaq tutmuşdu, bütün otaq boyu məni qovur, məni ölüm ilahəsi adlandırır, qışqırırdı ki, məni öldürəcək və onda daha onun dalınca gəlməyəcəyəm. Mən ondan sakit olmasını xahiş etdim, dedim ki, bu mənəm, Hekəm; o isə yalnız gülürdü, həm də elə dəhşətli gülürdü ki! O yenə də söyür, bağırır və mənim ardımca qaçırdı. Bir dəfə mən əyilib onun əlinin altından çıxmaq istədikdə o, mənim gödəkcəmin ucundan tutdu, mən elə bildim ki. daha işim bitdi, ancaq ildırım surətilə gödəkcəmi soyundum və bu yolla özümü xilas etdim. Bir az sonra qoca lap əldən düşdü; çiynini qapıya dayayıb döşəməyə oturdu, dedi ki, bir dəqiqə dincini alıb məni öldürəcəkdir. O, bıçağı altına qoyub dedi ki, əvvəlcə bir az yatıb qüvvə toplayar, sonra isə baxıb görər ki, kim kimi basar…
Azca sonra o, mürgüləyib huşa getdi. Onda mən oturacağı sınıq olan stulu götürüb, səs salmamaq üçün, ehtiyatla onun üstünə çıxdım, divardan asılmış tüfəngi götürdüm, onun ayaqda olub-olmadığını yoxlamaq üçün sünbəni içinə soxdum, sonra tüfəngi şalğara çəlləyinin üstünə qoyub özüm çəlləyin dalında oturdum, atamı nişan aldım, onun nə vaxt oyanacağını gözləməyə başladım. Vaxt isə çox ləng və sıxıntı ilə keçirdi!
VII fəsil

Ayağa qalx! Bu nədir düzəltmisən? Mən gözlərimi açıb ətrafa baxdim, çalışdim ki, biləm hardayam. Günəş artıq çıxmışdı, deməli, mən çox yatmışdım. Atam başım üstündə durmuşdu; çox qaşqabaqlı idi, üzü şişmişdi. O dedi: – Bu nə oyundur tüfənglə çıxardırsan? Mən elə düşündüm ki, onun gecə nələr etdiyindən heç xəbəri yoxdur, buna görə də belə dedim: – Kim isə bizim evə soxulmaq istəyirdi, mən də onu pusurdum. – Bəs nə üçün sən məni oyatmadın? – Oyatmaq istədim, amma hec nə çıxmadı, siz oyanmadınız. – Di yaxşı… Boş-boşuna burada dayanma, bəsdir çərənçilik etdin! Get bax, gör tilovlara balıq düşüb, ya yox. Mən bir azdan gələrəm. O, qapını açdı, mən çaya tərəf qaçdım. Gördüm ki. çayaşağı ağac qırıntıları, hər cür zir-zibil və hətta ağac qabıqları axır; deməli, çay qalxmağa başlamışdır. Fikirləşdim ki, əgər indi şəhərdə olsaydım kef edərdim. İyun ayındakı daşqınlar vaxtı bəxtim həmişə gətirərdi, çünki daşqın başlayan kimi çoxlu odun, dəstə ilə yekə sallar, bəzən isə on iki tir birdən çayaşağı axırdı, bu vaxt işim ancaq bunları tutub odun saxlanılan anbarlara və taxta zavodlarına satmaq olurdu. Mən sahillə addımlayıb bir gözümlə atam gələcək tərəfə baxır, o biri gözümlə isə çayın yararlı bir şey gətirib-gətirmədiyinə nəzər salırdım. Birdən gördüm ki, çay bir qayıq gətirir, həm də necə qayıq, lap əlasından. Uzunluğu da on üç, on dörd fut olar; gözünə döndüyüm lap quzu kimi gəlirdi. Mən paltarlı-paltarlı qurbağa kimi başıaşağı suya atıldım, qayığın ardınca üzməyə başladım. Mənə elə gəlirdi ki, onun içində kim içə uzanmışdı, çünki bizim yerlərdə çox vaxt zarafat üçün belə edirlər, qayığı çəkib lap sahilə gətirdikdə onun içindən sıçrayıb çıxır, adamı o ki var gülüb ələ salırlar. Ancaq bu dəfə başqa cür oldu. Qayıq doğrudan da boş idi, mən onun içinə minib sahilə sürdüm. Fikirləşirdim ki, qoca bunu görüb sevinəcəkdir; mən qayığı çayın söyüd və cır üzüm lənəkləri bilmiş girintili yerinə çəkib saldım və burada ağlıma başqa bir fikir gəldi; fikirləşdim ki, yaxşısı budur, onu gizlədim, sonra isə meşəyə qaçmaq əvəzinə çayla əlli mil aşağıya üzüb başqa bir yerdə asudə yaşayaram, yoxsa piyada dolaşmaqla özümü niyə yorum. Bura daxmamızın lap yaxınlığında idi, buna görə de mənə hey elə gəlirdi ki, guya atam yaxınlaşır, ancaq bununla belə qayığı gizlətməyə macal tapdım, bundan sonra boylanıb kolların arasından baxmağa başladım; gördüm ki, atam cığırda çaya tərəf enir və tüfəng ilə hansı quşu isə nişan alır. Demək o, heç bir şey görməmişdir. O gəlib çatan vaxt mən tilov ipini yığaraq səylə çalışırdım. Belə eşələndiyim üçün o məni bir qədər söydü; ancaq mən ona yalandan dedim ki, guya suya yıxılıbmışam, buna görə də bu qədər çox əlləşməli olmuşam. Mən onsuz da bilirdim ki, atam mənim tamam yaş olduğumu görüb sorğu-suala başlayacaqdır. Biz tilovlardan beş dənə naqqa balığı çıxardıb evə getdik. Biz hər ikimiz yorulmuşduq, buna görə də səhər yeməyindən sonra uzanıb yuxuladıq, mən dul qadının və atamın məni axtarmaması üçün nə etməli olduğumu düşünməyə başladım. Onları aldatmağım, bəxtimin gətirəcəyinə arxayın olmaqdan daha düzgün bir iş olardı. Onlar məni gəlib tutuncayadək məgər çoxmu uzağa qaçacaqsan! Başına azmı iş gələ bilər! Mən uzun müddət başqa bir şey flkirləşib tapa bilmədim, sonra isə atam su içməyə durub soruşdu: – Əgər bir kimsə yenə də evin ətrafında dolaşsa, məni oyat, eşitdinmi! O adam buraya xeyirxahlıqdan gəlməyib. Mən onu tüfənglə vurub öldürərəm. Əgər o bir də gəlsə, məni oyat, eşidirsənmi! O, yenidən uzanıb yuxuya getdi; onun bu sözləri, çıxış yolunu mənə öyrətdi. Fikirləşdim, indi elə edərəm ki, məni axtarmaq heç kəsin ağlına belə gəlməz. Təxminən saat on ikidə biz yuxudan ayılıb sahilə getdik. Çayın suyu sürətlə qalxır, üzərində hər cür taxta və tir parçaları üzürdü. Bir az sonra bir-birinə bağlanmış doqquz tirdən ibarət bir salın üzdüyünü gördük. Biz qayığa minib bu tirləri sahilə çəkdik. Sonra nahar etdik. Atamın yerinə başqası olsaydı, çox şey əldə etmək üçün bütün günü burda qalardı, ancaq bu atamın adəti deyüdi. Bir dəfəyə doqquz tir ona kifayət idi; o bunları satmaq üçün tez şəhərə getmək istəyirdi. O, məni daxmaya salıb qapını kilidlədi, qayığı götürüb təxminən saat dördün yarısında salı yedəyə alaraq şəhərə çəkib apardı. Mən bu fikirdə idim ki, bu gecə o evə qayıtmayacaqdır. Öz hesablamama görə onun xeyli uzaqlaşmasını gözləyib, sonra mişarı götürərək keçəndəfəki tiri mişarlamağa başladım. Atam üzərək o biri sahilə gedib çıxmamış, mən attıq bayırda idim; qayıq ilə sal çox-çox uzaqlarda, suyun üstündə kiçik bir ləkəyə oxşayırdı. Mən bir kisə qarğıdalı unu götürüb öz qayığımı gizlətdiyim yerə apardım, budaqları aralayıb kisəni qayığın içinə qoydum; sonra donuz ətini, daha sonra isə viski şüşəsini də oraya apardım. Mən olan-olmayan qəndi və qəhvəni, bütün barıtı və qırmanı da oraya apardım, gilizdən ötrü tıxaclığı, vedrəni və kududan düzəldilmiş su qabını, taxta çalovunu və tənəkə birəllini, öz köhnə mişarımı, iki yorğanı, qazança və qəhvədanı da oraya apardım. Mən tilovları da, kibrit qutularını da, bütün qalan şeyləri də, lap bir sent qiyməti olan hər bir şeyi də oraya daşıyıb apardım. Hər yeri lap süpürdüm. Mənə bir balta da lazım idi, mən isə onu nə üçün orada qoymalı olduğumu yaxşı bilirdim. Mən tüfəng də götürdüm, indi hər iş tamam görülüb qurtarmışdı. Mən dəlikdən keçərək bu qədər şeyi daşıyarkən daxmanın içərisinə iz salmışdım. İzlərin üstünü torpaqla yaxşıca örtdüm ki, taxta kəpəyi görünməsin. Sonra mişarla kəsdiyim tir parçasını köhnə yerinə keçirtdim, altına iki daş qoydum, bir daş da yandan söykədim, çünki tirin bu yeri əyri idi, yerə tamam çatmırdı. Tirin bir parçasının mişarla kəsildiyini bilməsən, beş addımlıqdan bunu heç cürə başa düşə bilməzdin, həm də bu tir parçası arxa divarda idi, çox çətin ki, bir kimsə orada veyllənib buna baxa idi. Mən qayığın yanındakı otların üstü ilə getdim ki, ayaq izim qalmasın. Sahildə dayanıb çaya baxmağa başladım. Hər yan sakit idi, Bu vaxt mən tüfəngi götürüb meşənin lap içərilərinə getdim, bir quş vurmaq istəyirdim, amma bir vəhşi donuz balası gördüm. Çəmənlik sahəsi olan bir fermadan təsadüfən buraya qaçmış donuzlar bu yerlərdə tez vəhşiləşirlər. Mən həmin donuz balasını öldürüb daxmamızın yanına gətirdim.Baltanı götürüb qapını sındırdım, həm də çalışdım ki, onu möhkəmcə dağıdım; donuz balasını sürüyüb stolun lap yanına çəkdim, balta ilə boynunu üzüb qanı axsın deyə yerə qoydum (mən “yerə deyirəm”, çünki daxmada taxta döşəmə yox idi, buranın döşəməsi tapdanıb bərkimiş qura torpaq idi). Köhnə bir kisə götürüb içinə gücüm çatacaq qədər yekə daşlar yığdım və kisəni öldürülmüş donuz balasının yanından qapıya tərəf sürükləməyə başladım, sonra isə meşə ilə sürükləyib çayın sahilinə gətirdim, suya atdım; kisə suyun dibinə getdi. O saat gözə çarpırdı ki, burada yer ilə nə isə sürükləyib aparmışlar. Mən çox istərdim ki, Tom Soyyer burada olaydı, mən bilirdim ki, o belə bir işlə maraqlanar və özündən nə isə qəribə bir şey düşünüb tapa bilər. Bu cür işlərdə heç kəs Tom Soyyer qədər bacarıqlı ola bilməzdi. Sonra mən saçımdan bir çəngə qopartdım, baltanı qana bulaşdırdım, tükləri baltanın tiyəsinə yapışdırıb otağın bir küncüna atdım. Daha sonra donuz balasını gödəkcəmə büküb (qanı axmasın deyə) apardım, çayaşağı gedib evdən xeyli uzaqlaşdıqda onu suyun içinə atdım. Bu vaxt ağlıma başqa bir fikir də gəldi. Qayıqdaki bir kisə unu və köhnə mişarı götürub evə apardım. Kisəni köhnə yerinə qoyub aşağısından mişarla bir deşik açdım, çünki bizdə bıçaq və çəngəl yox idi, atam hər bir işdə bükmə bıçaqdan istifadə edirdi. Sonra kisəni otların, söyüd kolluqlarının arası ilə yüz addıma qədər evdən şərq tərəfə sürüyüb apardım; burada hər tərəfi qamışlıq olan beş milə qədər enində kiçik bir göl var idi, payıza yaxın burada çoxlu ördək olur. Gölün o biri tərəfındən suyu lilli olan bir kiçik çay axırdı; bu bir neçə mil uzanırdı; bilmirəm haraya axırdı, ancaq gedib çaya tökülmürdü. Un bütün yol boyu səpilib gölədək nazik bir iz əmələ gətirmişdi. Burada mən atamın bülöv daşını bir yerə saldım ki, guya, təsadüfən düşmüşdür. Un tökülməsin deyə, kisənin deşiyini iplə bağladım, kisəni mişarla birlikdə yenidən aparıb qayığın içinə qoydum. Hava lap qaralanda mən qayığı açıb çayla aşağı, söyüd ağaclarının əyilib çayın üstünə sallandıqları bir yerə gətirdim və durub ayın çıxmasını gözləməyə başladım. Qayığı söyüd ağacına möhkəmcə bağlayıb, bir qədər qəlyanaltı etdim, sonra uzanıb trubka çəkərək planımı düşünməyə başladım. Öz-özümə fikirləşirdim: onlar içində daş olan kisənin izi ilə sahilədək gedəcəklər, sonra mənim meyitimi çayda axtarmağa başlayacaqlar. Digər tərəfdən isə unun izi ilə gölədək və ondan axan kiçik çayla gedib məni öldürən, şeyləri oğurlayan caniləri axtaracaqlar. Çayda mənim ölü cəsədimdən başqa axtarmalı bir şeyləri olmayacaqdır. Bu, tezliklə onların zəhləsini tökəcək, onlar da daha mənim barəmdə narahat olmayacaqlar. Lap yaxşı, mən də orada, istədiyim yerdə yaşayacağam. Çekson adası mənim üçün lap yaxşıdır, mən bu adanı əməlli-başlı tanıyıram, orada heç vaxt, heç bir kəs olmayır. Gecələr isə şəhərə yollanmaq olar; orada veyllənib özümə lazım olan şeylərdən çırpışdırıram. Cekson adası mənim üçün ən əlverişli yerdir. Mən yaman yorulmuşdum, nə vaxt yuxuya getdiyimi heç özüm də bilmədim. Oyandıqda barada olduğumu birdən-birə anlaya bilmədim. Oturub ətrafa baxmağa başladım, hətta bir qədər qorxdum da. Sonra yadıma düşdü. Çay çox enli görünürdü, eni bir neçə mil olardı. Ay elə parlaq işıq saçırdı ki, sahildən çox-çox uzaqlarda üzən, indi qara və hərəkətsiz görünən tirlərin hamısını bir-bir saymaq olardı. Ətraf tam sükut içərisində idi, hər şeydən görünürdü ki, çox gecdir. Siz mənim nə demək istədiyimi yəqin ki, başa düşürsünüz… Bilmirəm bunu sözlə necə deyim. Mən yaxşıca gərnəşib əsnədim, elə qayığı yenicə açıb yola düşmək istəyirdim ki, birdən qulağıma bir səs gəldi. Mən qulaq verib bunun nə olduğunu o saat anladım; bu, sakit gecədə avarların tərpənərək çıxartdığı boğuq və ardıcıl cırıltı səsi idi. Mən söyüdün yarpaqları arasından baxdım, elədir ki var, uzaqda o biri sahilin yanında bir qayıq üzürdü. Onun içində nə qədər adam olduğunu seçə bilmədim. Qayıq get-gedə yaxınlaşırdı, nəhayət, gəlib lap mənimlə bərabərləşəndə gördüm ki, içində bir nəfər oturub. “Bəlkə adamdır” deyə düşündüm, hərçənd onun gəlməsini heç gözləmirdim. O, mənim yanımdan ötdü, sonra sakit suyun üzərilə sahilə tərəf avar çəkdi, o, elə yaxınlığımdan keçdi ki, tüfəngin lüləsi ilə ona toxuna bilərdim. Bəli, bu atam idi, həm də avarları işlətməsindən hiss etdim ki, sərxoş deyildi. Mən dayanıb gözləmədim. Bir dəqiqə sonra mən artıq güllə kimi çayaxarı aşağı üzürdüm; heç bir səs çıxarmırdım, sahilin saldığı kölgə ilə sürətlə gedirdim. İki mil yarıma qədər üzdükdən sonra, qayığı dörddə bir milə qədər çayın ortasına saldım, çünki tezliklə körpü görsənməli idi və oradakı adamlar məni görüb səsləyə bilərdilər. Mən, üzən tirlərin arası ilə irəliləməyə çalışırdım, bir qədər sonra qayığın içərisinə uzanıb, onu çayın axarına buraxdım. Burada özüm üçün dincəlir, trubka çəkir və göyə baxırdım, göyün üzündə bir dənə də bulud yox idi. Aylı gecədə arxası üstə uzanıb baxanda göy adama elə əngin, nəhayətsiz gorünür ki; mən əvvəllər bunu belə bilmirdim. Həm də belə gecədə suyun üzündə nə qədər uzağı eşidirsən. Mən körpüdə adamların bir-birilə danışdıqlarını eşidirdim. Hətta onların dediklərinin hamısını, bir kəlməsinədək eşidirdim. Biri dedi ki, indi günlər getdıkcə daba da uzanır, gecələr isə gödəlir. O birisi isə cavab verdi ki, bu gecə, onun fikrincə, gödək gecələrdən deyildir, onlar gülüşdülər; o öz sözlərini bir də təkrar etdi, onlar yenə də gülüşdülər; sonra üçüncü bir adamı yuxudan oyadıb hər şeyi gülə-gülə ona nağıl etdilər; ancaq o gülmədi, nə isə mırıldadı, sonra dedi ki, onu dinc buraxsınlar. Birincisi qeyd etdi ki, o bunu mütləq öz qarasına danışacaqdır, onun yəqin ki, çox xoşuna gələr, ancaq, bu onun vaxtı ilə etdiyi zarafatların yanında tam boş şeydir. Mən onlardan birinin, indi saat üçə yaxın olduğunu və inşallah, bir azdan sonra səhər açılar, dediyini eşitdim. Bundan sonra səslər getdikcə uzaqlaşmağa başladı, mən artıq sözləri başa düşə bilmirdim. yalnız aydın olmayan danışıq və arabir gülüşmə səslərin eşidirdim, özü də lap uzaqdan. İndi mən körpüdən xeyli aşağıda idim. Ayağa qalxdım, çayaxarı təxminən iki mil yarım aşağıda tamam meşəlik olan Cekson adası görünürdü, ada nəhəng, qara, əzəməüi olan çayın ortasında işıqsız bir paroxod kimi dayanmışdı. Adadan yuxarıda say yerdən nişanə belə yox idi, say yerlər tamam suyun altında qalıb yox olmuşdu. Mən əlüstü adaya çatdım, adanın yuxarı tərəfindən güllə kimi ötüb keçdim, çünki çayın axını çox sürətli idi, sonra axmaz suya daxil oldum və İllinoys sahilinə yaxın olan tərəfdən adaya yan aldım. Qayığı sahilin çoxdan tanıdığım, dərin bir döngəsinə yönəltdim; oraya düşmək (üçün söyüd ağaclarının budaqlarını aralamalı oldum; qayığı ağaclardan birinə bağladım, o, kənardan qətiyyən görünmürdü. Mən adaya çıxdım, onun yuxarı tərəfindən bir tirin üstündə əyləşib geniş çaya, üzən qara tirlərə və buradan təxminən üç mil məsafədə olan, hələ də üçdörd yerdə işıqları sayrışan şəhərə baxmağa başladım. Çayla nəhəng bir sal üzürdü; indi o, adadan bir mil yuxarıda olardı, salın ortasında fənər yanırdı. Mən baxıb onun necə yavaş-yavaş yaxınlaşdığını görürdüm, nəhayət, sal gəlib mənim dayandığım yerlə bərabərləşəndə, kim isə oradan qışqırdı: ‘;Ey, dal tərəfdəki! Sağa tərəf yönəlt!” Mən bunu elə aydın eşitdim ki, elə bil həmin adam mənimlə yanaşı durmuşdu. Göyün üzü yavaş-yavaş işıqlaşmağa başlayırdı, mən meşəyə gedib səhər yeməyindən qabaq yatmaq üçün uzandım.
Vlll Fəsil
Yuxudan ayıldığım vaxt günəş yüksəyə qalxmışdı, yəqin, saat səkkizdən çox olardı. Mən onun üstündə, kölgədə uzanıb müxtəlif şeylər haqqında düşünürdüm. Özümü çox yaxşı hiss edirdim, çünki yaxşıca dincəlmişdim. Günəş yarpaqların arasından görünürdü, ancaq, ümumiyyətlə burada çox uca ağaclar bitmişdi və bu ağacların altı olduqca qaranlıq idi. Günəş işığının yarpaqların arasından süzülüb keçdiyi yerlərdə torpağın üstündə çilə bənzər ləkələr vardı və bu ləkələr yüngülcə hərəkət edirdi, deməli, yuxarıda zəif külək əsirdi. İki sincab kiçik bir budağın üstündə oturub mənə baxaraq dayanmaq bilmədən ciyilləşirdilər.
Məni tənbəllik tutmuşdu, yerim çox rahat idi, ayağa durmaq və səhər yeməyi hazırlamağı qətiyyən istəmirdiın. Az qalmışdı ki, yenə də məni huş aparsın, birdən haradasa, çayın yuxarılarında boğuq bir səs eşitdim. Ayılıb dirsəkləndim, qulaq asmağa başladım, bir qədər sonra yenə həmin səsi eşitdim. Ayağa sıçrayıb sahilə qaçdım, yarpaqların arasından baxmağa başladım, gördüm ki, məndən xeyli uzaqda, lap körpünün yanında suyun üzünü tüstü burumları bürüyüb. İndi başa düşdüm ki, nə məsələdir! Yenə səs eşidildi. Bu dəfə gördüm ki, ağ bir tüstü burumu paroxoddan ayrıldı. Bilirsinizmi, bu adamlar suya top atırdılar ki, mənim meyitim yuxaxıya qalxsın.
Mən yaman acmışdım, ancaq heç cürə tonqal qalaya bilməzdim, çünki tüstünü görə bilərdilər.
Mən oturub barının tüstüsünə baxır, atəş səsinə qulaq asırdım. Çayın eni burada bir milə çatırdı, yay səhərində ona baxmaq adama həmişə ləzzət verir, əgər yeməyə bir şey olsaydı, meyitimi necə tutmalarına baxmaqla vaxtımı çox yaxşı keçirərdim. Bu vaxt birdən yadıma düşdü ki, belə işdə çörəyin qabığına civə töküb suya salırlar, çünki çörək həmişe batan adamın düz yanına üzüb gedir və orada dayanır. Fikirləşdim ki, ayıq olub baxım, əgər çörək mənim yaxınlığımdan keçsə, gecikməyim. Mən adanın İllinoys tərəfinə getdim; fikirləşirdim ki, bəlkə bəxtim gətirdi. Səhv etməmişdim, baxıb gördüm ki, böyük bir çörək mənə tərəf üzür; uzun bir ağacla az qalmışdım ona toxunam, birdən sürüşdüm, çörək də yanımdan üzüb getdi. Mən, əlbəttə ki, özümün bildiyimə görə, axının sahilə ən çox yaxınlaşdığı yerdə dayanmışdım. Bir qədərdən sonra gördüm ki, başqa bir çörək üzüb gəlir, bu dəfə fürsəti əldən vermədim. Tıxacı çıxartdım, kiçik civə kürəciyini yerə atdım, çörəyi yeməyə başladım. Çörək adi adamların yediyi qarğıdalı kökəsi deyil, yalnız ağaların yediyi ağ çörək idi.
Sonra mən özüm üçün yarpaqların sıx olduğu yaxşı bir yer seçib çox məmnun halda tirin üstündə əyləşərək çörəyi gəvələyə-gəvələyə kiçik paroxoda baxmağa başladım. Birdən fikrimə bir şey gəldi. Öz-özümə dedim ki, yəqin dul qadın, yaxud keşiş, yaxud daha başqa bir kimsə dua edib ki, bu çörək gəlib məni tapsın. Elə belə də oldu. Deməli, doğrudur: dua yerinə yetir – daha doğrusu, dul qadın və ya keşiş kimi adamlar dua edəndə dua yerinə yetir; mənim duam isə yerinə yetməz. Mənə belə gəlir ki, Allah özü bilir kimin duası yerinə yetəyək, kiminki yox. Trubka çəkə-çəkə xeyli müddət orada oturdum – mən trubka çəkir və nələr olduğuna baxırdım. Kiçik paroxod çayaxarı aşağı üzürdü; mən fikirləşdim ki, o gəlib mənə yaxınlaşanda baxıb görərəm göyərtədə kim var, paroxod isə çörəyin gəlib çıxdığı yerdə lap sahilə yaxınlaşmalı idi.
Paroxod yaxınlaşan kimi trubkanı bir tərəfə atıb, çörəyi tutduğum yerə qaçdım, sahildə bir tirin arxasında uzandım; bura açıq bir yer idi. Tir haça idi, mən həmin haçadan baxmağa başladım.
Azca sonar paroxod mənim tuşuma gəldi; o adanın elə yaxınlığından keçirdi ki, taxta körpünü atıb sahilə çıxmaq olardı. Mənim tanıdığım adamların, demək olar ki, hamısı: atam, məhkəmə hakimi Tetçer, Bekki Tetçer, Co Harper, Polli xala, Sid, Meri ilə Tom Soyyer və bir çox başqa adamlar paroxodda idi. Söhbət qətldən gedirdi. Elə bu vaxt kapitan söhbətə qarışıb dedi:
– İndi yaxşı-yaxşı baxın! Burada çayın axını sahilə lap yaxınlaşır: ola bilər ki, axın meyiti sahilə ata və o burada suyun yaxınlığındakı kolların arasında ilişib qala. Hər halda, ümid ola bilərik.
Mən tamam başqa ümiddə idim. Hamısı göyərtəyə yığışmışdı. Sürahidən əyilib səylə hər yanı axtarır, az qala mənim lap üzümə baxırdı. Mən onları çox yaxşı görürdüm, onlar isə məni yox. Sonra kapitan əmr verdi: “Göyərtədən çəkilin!” Bu vaxt top düz mənim üstümə atəş açdı, belə ki, gurultudan qulaqlarım tutuldu, tüstüdən isə göziərim az qaldı kor ola: dediın ki. daha işim bitdi. Əgər topun atdığı mərmi olsaydı, onda onlar lap yəqin ki, axtardıqları cansız cəsədi tapacaqdılar. Nə isə, bir qədər keçəndən sonra özümə gəldim, baxıb gördüm ki, mənə heç bir şey olmayıb, Allaha şükür sağ-salamatam. Paroxod isə ötüb keçmiş, burunu dönüb gözdən itmişdi. Mən arabir atəş səsi eşidirdim, ancaq bu səs getdikcə daha uzaqlardan gəlirdi; bir saat keçdikdən sonra isə daha heç bir şey eşidilmirdi. Adanın uzunluğu üç mil idi. Mən belə qət etdiın ki, onlar adanın axırına çatıb daha bu işdən ümidlərini kəsmişlər. Lakin, demə hələ ümidlərini üzməyiblərmiş. Onlar adanı burulub Missuri tərəfdən çayın qolu ilə yuxarıya doğru çox sürətlə gedir, arabir topdan atəş açırdılar. Paroxod adanın yuxarı qurtaracağına çatdıqda atəş açmağı dayandırıb Missuri çayı sahilinə tərəf döndü və geriyə, şəhərə getdi.
Mən başa düşdüm ki, indi sakit ola bilərəm; daha heç kəs məni axtarmayacaq. Mən öz şey-şüyümü qayıqdan yığıb meşənin sıx yerində özümə qəşəng bir mənzil qayırdım. Yorğandan çadıra bənzər bir şey düzəltdim ki, şeylər yağışdan islanmasın. Bir kiçik naqqa balığı tutub qarnını mişarla yırtdım, gün batarkən tonqal qalayıb şam etdim. Sonra çaya tilov atdım ki, səhər yeməyi üçün balıq tutam.
Hava qaralanda tonqalın başında oturub trubka çəkir, özümü çox gözəl hiss edirdim, sonra isə darıxıb sahilə getdim. Çayın şırıltı ilə axmasına qulaq asdım, ulduzları, yaxınlıqdan üzüb keçən tirləri və salları saydım, bundan sonra gedib yatdım. Darıxdığın zaman vaxtı bundan yaxşı keçirə bilməzsən, uzanıb yatırsan, bir də görürsən ki, darıxmaq gedib işinə.
Beləcə, üç gün, üç gecə keçdi. Heç bir dəyişiklik yox idi, elə eyni şeylər təkrar olurdu. Dördüncü gün mən bütün adanı uzununa və eninə gəzib dolaşdım. Necə deyərlər, burada ağa idim, bütün ada mənimki idi, onu yaxşıca öyrənmək, ən başlıcası isə vaxtı keçirmək lazım idi. Mən iri və dəymiş çoxlu çiyələk, qara və kal moruq tapdım, böyürtkən isə hələ indi-indi düyünlənirdi. “Bütün bunlar bir vaxt mənə çox lazım olacaq” – deyə öz-özümə düşündüm.
Bəli, mən meşədə veyllənməyə getdim və lap xəlvət yerlərə düşdüm, mənə elə gəlirdi ki, bura adanın aşağı tərəfindən çox da uzaq deyildi. Yanımda tüfəng vardı, ancaq heç bir şey vurmadım; çünki onu, özümü müdafiə etmək üçün götürmüşdüm, ovu isə evə yaxın yerdə vurmağı qət etmişdim. Bu vaxt az qalmışdım ki, yenə bir ilanı basdalayam, ancaq ilan otların və çiçəklərin arasına girib məndən qaçdı, mən onu güllə ilə vurmağa çalışaraq dalısınca götürüldüm; yaman qaçırdım, birdən, hələ də tüstülənən bir tonqalın kösövünü basdaladım.
Ürəyim çırpınmağa başladı. Dayanıb yaxşıca baxmadım, dönüb gizlənəgizlənə var qüvvəmlə geriyə qaçdım. Yarpaqların sıx yerinda arabir dayanıb qulaq asır, ancaq elə təngnəfəs olurdum ki, heç bir şey eşitmirdim. Yenə oğrunoğrun qaçır və dayanıb qulaq asırdım; elə bu qayda ilə yüyürdüm. Ağac kötüyü görəndə, elə bilirdim adamdır; xırda çör-çöplər ayaqlarım altında xışıldayanda özümü elə hiss edirdim ki, guya nəfəsim kəsilir.
Gəlib evə çatanda halım özümdə deyildi, qorxudan ürəyim əsirdi. “Ancaq indi, – deyə düşündüm, – vaxtı itirmək olmaz”. Odur ki, tez şey-şüyümü yığışdırıb qayığa apardım gözə dəyməsin; tonqalı söndürüb külünü ətrafa səpələdım, dedim ki, qoy tonqal keçən ilkinə oxşasın, sonra ağaca dırmaşdım.
Ağacda təxminən iki saata qədər oturdum, ancaq nə bir şey gördüm, nə də bir səs eşitdim, yalnız xəyalən elə bil ki, hər cür şeylər görür və eşidirdim. Nə isə, yüz il burda oturan deyildim ki! Nəhayət, aşağı düşdüm, kolların sıx yerində əyləşib yenə də diqqətlə qulaq asmağa başladım. Bu qədər vaxt ərzində yalnız bir azca meyvə və səhər yeməyindən qalanları yedim.
Hava qaralana yaxın yaman acmışdım. Buna görə də hava qaralandan sonra yavaş-yavaş çaya tərəf endim, ay doğmamış adanın dörddə bir milliyində olan İllinoys sahilinə üzüb keçdim. Sonra meşəyə girib axşam yeməyinə özüm üçün xörək bişirdim, bu gecəni burada qalmağı qət etmişdim ki, birdən qulağıma bir səs gəldi: “tap-tap, tap-tap”, fikirləşdim bu at ayağının səsidir, sonra isə adam səsləri də eşitdim. Təzədən bütün şeyləri qayığa yığdım, özüm isə oğrun-oğrun nıeşə ilə getdim ki, bəlkə bir şey öyrənəm. Bir o qədər getməmişdim, birdən səs eşitdim.
– Əgər babat yer tapsaq, elə burada qalaq; atlar lap əldən düşüb. Gəlin baxaq…
Mən dayanıb gözləmədim, sahildən aralanıb yavaş-yavaş geriyə üzdüm. Qayığı kohnə yerinə bağlayıb belə qət etdim ki, gecəni onun içində keçirim.
Yaxşı yata bilmədim; nədənsə heç cür yuxulaya bilmir, hey fikirləşirdim. Hər dəfə yuxudan ayılanda da mənə elə gəlirdi ki, kim isə yaxamdan yapışmışdır. Belə ki, yuxunun mənə heç bir xeyri olmadı. Axırda öz-özümə dedim: “Yox, belə olmaz; adada məndən başqa kimin olduğunu öyrənmək lazımdır. Lap partlasam da öyrənəcəyəm!” Bundan sonra əhvalım bir qədər yaxşılaşdı.
Avarı götürüb təkanla iki addıma qədər sahildən aralanıb qayığı sahil boyu sürdüm, həmişə çalışırdım ki, kölgədə olum. Ay doğmuşdu; kölgə olmayan yerlər lap gündüz kimi işıq idi. Az qala bir saata qədər avar çəkdim; hər yan sakit idi, hər şey dərin yuxuya getmişdi. Mən gəlib adanın qurtaracağına çatdım. Külək əsib çayı ləpələndirdi, demək, gecə qurtarmaq üzrə idi. Mən avarı qaldırıb qayığın burnunu sahib tərəf döndərdim, sonra qayıqdan çıxıb oğrun-oğrun meşənin kənarına tərəf getdim. Orada bir tirin üstündə oturub yarpaqların arasından baxmağa başladım. Mən, ayın öz iş növbəsini qurtarıb necə getdiyini və zülmətin çayı bürüməyə başladığını gördüm; sonra ağacların üstündə parlaq bir zolaq ağarmağa başladı, mən başa düşdüm ki, səhərə az qalıb. Mən tüfəngi götürüb hər addımbaşı dayanıb qulaq asa-asa tonqal külünü tapdaladığım yerə tərəf getdim. Ancaq nədənsə, bəxtim gətirmirdi; həmin yeri heç cür tapa bilmirdim. Sonra baxıb gördüm ağacların arasından zəif alov işığı yanıb-sönür. Yaxına getdim, gördüm ki, yerdə bir adam uzanmışdı. Qorxudan az qala bağrım çatlayacaqdı. Onun başı yorğana bürünmüşdü, burnu az qala lap tonqala dəyirdi. Mən kolların arasında oturub gözlərimi ondan çəkmədim. Aıtıq dan yeri sökülmüşdü, hava işıqlaşırdı. Azca sonra həmin adam əsnəyib gərnəşərək, yorğanı üstündən atdı. Baxıb gördüm ki, bu Cimdir, miss Uotsonun zəncisidir. Elə sevindim ki!
– Salam, Cim! – deyib kolların arasından çıxdım. O, yerindən elə sıçradı, mənə baxaraq gözlərini elə bərəltdi ki! Sonra dizləri üstə çöküb əllərini yanına salaraq məni dilə tutmağa başladı:
– Mənə əl dəymə, əl dəymə! Mən ölüləri heç vaxt incitməmişəm. Mən onları həmişə sevmişəm, onlar üçün əlimdən gələni etmişəm. Gəldiyin yerə, çaya qayıt, qoca Cimi rahat burax, o həmişə səninlə dost olmuşdur…
Ölü olmadığımı ona anlatmaq üçün çox da əziyyət çəkmədim. Mən Cimi gördüyümə çox şad olmuşdum. İndi daha o qədər də darıxmırdım. Mənim harada gizləndiyimi onun bir kimsəyə söyləyəcəyindən qorxmurdum, ona beləcə də dedim. Mən danışır, o isə oturub mənə baxır, susurdu.
Nəhayət, mən dedim:
– Artıq hava lap işıqlaşıb. Gəl, səhər yeməyi yeyək. Yaxşı bir tonqal qala.
– Çiyələkdən və hər cür zir-zibildən başqa bişirməyə bir şey olmayan yerdə tonqal qalamağın nə mənası var?! Deyəsən, sənin tüfəngin var, eləmi? Onda bir şey, həm də çiyələkdən yaxşı bir şey ələ keçirmək olar.
– Çiyələk və hər cür zir-zibil… – deyə mən dilləndim.
– Sən elə bununlamı dolanmısan?
– Başqa heç bir şey tapa bilməmişəm, – deyə o cavab verdi. – Cim, bəs sən nə vaxtdan bəri adadasan?
– Səni öldürdükləri vaxtdan bəri.
– O vaxtdan bəri?
– Bəli.
– Bu müddətdə də zir-zibildən başqa heç nə yeməmisən?
– Bəli, ser, heç bir şey yeməmişəm.
– Onda sən lap acından ölürsən ki, eləmi?
– Lap at da olsaydı yeyərdim! Vallah, yeyərdim. Bəs sən necə, çoxdanmı bu adadasan?
– Məni öldürdükləri həmin gecədən bəri.
– Yox, canım! Bəs sən nə yeyirdin? Hə, sənin axı tüfəngin var! Bəli, bəli, sənin tüfəngin var. Bu, çox yaxşıdır. Sən indi bir şey vur, mən də tonqal qalayım. Mən onunla qayığın gizlədildiyi yerə getdim, o, ağacların arasındakı tala yerdə tonqal qalayıncayadək mən un, döş əti, qəhvə, qəhvədan, tava, qənd və tənəkə birəllilər gətirdim, Cim heyrət edərək donub qalmışdı. O elə bilirdi ki, bütün bunlar sehirdir. Mən bundan başqa yekə bir naqqa balığı da tutdum, Cim öz bıçağı ilə onun içinı təmizləyib qızartdi. Səhər yeməyi hazır olduqda biz otun üstünə sərilib onu hərisliklə yedik. Cim lap marçamarçla yeyirdi, yazıq yaman aclıq çəkmişdi. Biz doyunca yedikdən sonra dincəlmək üçün uzandıq. Bir qədər sonra Cim sözə başladı:
– Hek, bir mənə qulaq as, əgər səni öldürməyiblərsə, bəs sənin daxmanda kimi öldürüblər? Mən hər şeyi olduğu kimi ona danışdım, o isə dedi:
– Böyük məharətdir! Heç Tom Soyyer də bundan yaxşısını düşünə bilməzdi.
– Cim, bəs sən necə bura düşmüsən, səni bura gətirən nədir?
– Deyə mən soruşdum. O duruxdu, bir dəqiqəyə qədər dinmədi; sonra dedi:
– Bəlkə yaxşısı budur, heç deməyim…
– Nə üçün, Cim?
– Yəqindir ki, bir səbəbi var da… Ancaq sən mənim haqqımda heç kimə bir şey demə. Hek, deməzsən ki?
– Desəm, məndən pis adam yoxdur!
– Yaxşı, mən sənə inanıram, Hek. Mən… Mən qaçmışam.
– Cim!
– Bura bax, sən söz vermisən ki, heç kimə deməyəsən ha, Hek, heç kimə deməyəcəyini vəd etmədinmi?
– Yaxşı, yaxşı. Söz verdim ki, deməyəcəyəm, demərəm də. Hindi kimi and içirəm ki, heç kimə demərəm. Qoy bunun üstündə mənə hamı əclaf abolisionist desin, mənə nifrət etsin, tüpürüm buna. Mən heç kimə demərəm, bir də ki, ümumiyyətlə, mən bir daha oraya qayıtmayacağam. Yaxşı, döşə gəlsin.
– Hə, yaxşı, qulaq as, məsələ belə olmuşdur. Qoca sahibə, daha doğrusu miss Uotson hey mənə irad tutur, gün verib işıq vermirdi, amma, bununla belə söz vermişdi ki, məni heç vaxt Orleana satmayacaqdır. Ancaq mən gördüm ki, axır vaxtlar bir qul alverçisi hey bizim evin yanında hərlənir, buna görə də narahat olmağa başladım. Axşamdan xeyli keçmiş özümü xəlvətcə qapının ardına verdim, qapı isə tamam örtülü deyildi, dayanıb qulaq asdım: qoca sahibə dul qadına deyirdi ki, məni çayın aşağı tərəflərindəki Orleana satmağa hazırlaşır; o satmaq fıkrində deyilmiş, amma məndən ötrü səkkiz yüz dollar veriblər, bir bu qədər puldan isə kim qaçar! Dul qadın onu dilə tutmağa başladı ki, məni satmasın, ancaq mən daha dayanıb onların nə qərara gələcəklərini gözləmədim, baş götürüb qaçdım.
Dağdan endim; fikirləşdim ki, şəhərdən yuxarıdakı çaydan bir qayıq ələ keçirərəm. Camaat hələ yatmamışdı, buna görə də mən sahildəki köhnə çəllək emalatxanasında gizləndim, hamı dağılışıb gedincəyədək gözlədim. Bütün gecəni beləcə olurdum, çünki yaxınlıqda həmişə veyllənənlər olurdu. Səhər saat altıya yaxın bu yerlərdən qayıqlar üzüb keçməyə başladı, təxminən saat səkkiz, ya doqquzda isə hər bir qayıqda yalnız bu haqda danışırdılar ki, sənin atan şəhərə gəlmiş və deyir ki, guya səni öldürmüşlər. Qayıqlarda xanımlar və ağalar əyləşmişdi, onların hamısı sənin öldürüldüyün yerə baxmağa gedirdi. Bəzən qayıqlar o biri sahilə üzüb getməmişdən qabaq istirahət üçün sahilə yan alırdı; mən də sənin öldürüldüyünü həmin qayıqlarda gedən söhbətlərdən öyrəndim. Hek, sənin öldürüldüyünə mən çox təəssüf etdim… İndi isə, əlbəttə ki, arxayın olmuşam.
Mən bütün günü yonqarların altında uzanıb qaldım. Yaman yemək istəyirdim, qorxmağına isə qorxmurdum; bilirdim ki, dul qadın qoca sahibə ilə səhər yeməyindən sonra ibadət məclisinə gedəcək və bütün günü orada olacaqlar, mənim haqqımda isə belə düşünəcəklər ki, mən hələ sübhdən inəkləri otarmağa getmişəm, belə ki, yalnız axşam, hava qaralandan sonra işi anlayacaqlar. Digər xidmətçilər də mənim haqqımda düşünməyəcəkdilər, bunu mən bilirdim, qoca qarılar evdə olmayanda onların hamısı sivişib gəzməyə gedir.
Yaxşı da… hava qaralan kimi durub sahil ilə yuxarıya doğru getdim; iki mil və ya daha çox getdim, daha hec bir ev-zad yox idi. Bu vaxt nə etməli olduğumu qət etdim. Özün bilirsən ki, əgər piyada getsəydim, itlər arxamca düşəcəkdi; əgər qayıq oğurlayıb o biri sahilə üzsəm, xəbər tutub o biri sahildə hara çıxdığımı biləcək və mənim izimi tapacaqdılar. Yox, deyə düşündüm, mənim üçün ən əlverişlisi saldır; sal heç bir iz qoymur.
Bir az sonra gördüm ki, döngədən bir işıq göründü. Mən suya atılıb üzdüm, özüm də qabağıma bir tir salıb itələyirdim. Beləcə çayın ortasına qədər üzdüm, çayla axıdılan ağacların arasında gizləndim, başımı aşağı əyib axına qarşı üzür, salın yanaşacağını gözləyirdim. Sonra salın burnuna doğru üzüb ondan yapışdım. Bu vaxt göyün üzünü bulud aldı, hava lap qaranlıqlaşdı, belə ki, mən salın üstünə çıxıb uzandım. Adamlar orada ortaya, fənərə yaxın bir yerə toplaşmışdılar. Çay hey qalxırdı, axın bərk idi, mən fikirləşdim ki, gecə saat dördə yaxın iyirmi beş milə qadər aşağıya doğru üzər, orada isə, səhərə yaxın suya düşər, sahilə qədər üzüb İllinoys tərəfdəki meşəyə gedərəm.
Ancaq işim gətirmədi. Biz adaya lap gəlib çatmışdıq ki, gördüm bir adam əlində fənər salın üstü ilə mənə tərəf gəlir. Daha gözləmək vaxtı deyildi, suya atılıb adaya doğru üzdüm. Mən fikirləşirdim ki, hansı tərəfdən istəsəm, sahilə çıxa bilərəm, amma buradan çıxmaq çətin idi, sahil olduqca dik idi. Münasib yer tapıncayadək adanın aşağı qurtaracağına qədər üzməli oldum. Gedib meşədə gizləndim və belə qət etdim ki, bir də heç vaxt sala minməyim, çünki onun üstündə adamlar əllərində fənər o yan-bu yana gəzişirdilər. Trubkam, bir qutu tütün və kibrit papağımın içindəydi, onlar islanmamışdı, hamısı öz qaydasında idi.
– Deməli, sən bu qədər vaxtı nə çörək, nə də ət yemisən? Bəs niyə özünə çanaqlıbağa tutmamısan’?
– Onu necə tutmaq olar? Axı, onun üstünə nə atıla bilərsən, nə də tuta bilərsən. Daşla isə onu hec öldürmək olar? Bir də ki, onları gecə necə tutasan? Gündüzlər də heç vaxt sahilə çıxmırdım. – Bəli, doğrudur. Sən əlbəttə ki, həmişə meşədə oturmalı olmusan. Sən top atdıqlarını eşitdinmi?
– Bəs necə?! Mən bilirdim ki, səni axtarırlar. Mən onların yaxınlığımdan necə üzüb keçdiklərini gördüm, kolların arasından onlara baxırdım.
Bu vaxt hansı quş balalarısa yanımızdan pırıldayıb uçdu, onlar ikicə addım uçur, yenə yerə yatırdılar. Cim dedi ki, bu yağış əlamətidir. Belə deyirlər ki, əgər cücələr bir yerdən başqa bir yerə pırıldayıb qaçışırlarsa, deməli, yağış yağacaqdır; yəqin ki, bu quş balalarına da aid olar. Mən quş balalarından bir neçəsini tutmaq istədim, ancaq Cim icazə vermədi. O dedi ki, belə edəndə adam ölər. Onun atası bərk xəstə imiş; bu vaxt uşaqlardan kim isə bir quş tutur, qoca nənəsi deyir ki, atan öləcək, axırda elə belə də olur.
Cim bir də dedi ki, nahara nədən nə qədər hazırladığımızı hesablamaq lazım deyil, bu xeyir gətirməz. Süfrəni gün batandan sonra çırpanda da belə olur. Əgər bir adamın arıları varsa və həmin adam ölərsə, onda bunu arılara mütləq o biri gün səhər, gün doğmamışdan qabaq demək lazımdir, yoxsa onlar zəifləyər, işdən qalar və ölərlər. Cim deyirdi ki, guya arılar axmaq adamları sancmırlar, ancaq mən buna inanmıram; çünki özüm neçə dəfə təcrübə etmişəm, onlar məni sancmayıblar.
Bunlardan bəzilərini mən əvvəllər də eşitmişdim, ancaq hamısını yox. Cim çox əlamətlər bilirdi və özü deyirdi ki, lap hər şeyi bilir. Mənim fikrimcə belə çıxırdı ki, əlamətlərin demək olar ki, hamısı şər gətirir, buna görə də mən Cimdən uğurlu əlamətlər olub-olmadığını soruşdum. O dedi:
– Olduqca azdir, olanının da heç bir faydası yoxdur. Axı, tezliklə üzünə xoşbəxtlik güləcəyini nə üçün biləsən? Ondan yaxa qurtarmaq üçünmü?
Daha sonra o belə dedi:
– Əgər sənin əllərin və sinən tüklüdürsə, bu şəksiz əlamətdir ki, varlanacaqsan. Bəli, bu əlamətdən bir fayda vardı, çünki bir vaxtlar o olacaqdır! Başa düşürsənmi, ola bilsin ki, əvvəlcə sən uzun müddət kasıb olasan, ola da bilsin ki, sonra varlanacağını bilməyib, dərddən özünü lap asasan da.
–Cim, bəs sənin əllərin və sinən tüklüdürmü?
– Niyə soruşursan? Məgər özün görmürsən ki, tüklüdür?
– Yaxşı, bəs sən varlısan’?
– Yox. Amma bir dəfə varlı olmuşarn, bir vaxtlar yenə də varlanacağam. Bir dəfə mənim on dörd dollar pulum var idi, ancaq mən alverə başladım və sınıq çıxdım.
– Cim, sən nə alveri edirdin?
– Əvvəlcə heyvan alıb satırdım.
– Hansı heyvanlardan?
– Məlumdur ki, hansı – canlı heyvanlardan. On dollara bir inək aldım. Ancaq bir daha öz pullarımı belə korlamaram. İnək birdən-birə öz əlimdə öldü.
– Deməli, sən on dollar itirdin?
– Yox, hamısını itirmədim. Doqquz dollara qədər itirdim, dərisin və piyini bir dollar on sentə satdım.
– Deməli, sənin beş dollar, on sent pulun qaldı. Bəs sonra necə, onu təzədənmi tədavülə saldın?
– Bəs necə? Qoca mister Brediş adlı sahibi olan bir qıçlı zəncini tanıyırsanmı? Bax, həmin zənci bir bank duzəldib demişdi ki, kim bu banka bir dollar qoysa, bir ildən sonra əlavə dörd dollar alar. Bütün zəncilər banka əmanət pul qoydular, ancaq onların pulları az idi. Bircə mənim pulum çox idi. Buna görə də mən dörd dollardan çox istədim, ona da dedim ki, əgər o mənə bu qədər verməsə, onda mən özüm bank açacağam. Bu zənci isə, əlbəttə ki, mənim bank açmağımı istəmirdi, bizdə iki bank bir iş görə bilməzdi; o mənə söz verdi ki, əgər mən beş dollar əmanət qoysam, onda ilin axırında mənə düz otuz beş dollar verəcək.
Mən belə də etdim. Fikirləşdim ki, bu otuz beş dolları o saat tədavülə salaram ki, pullar boş-boşuna qalmasın. Bob adli bir zənci böyük bir yastıdibli qayıq tutmuşdu, onun sahibi isə bunu bilmirdi; mən bu qayığı həmin zəncidən aldım və dedim ki, ilin axırında ona otuz beş dollar verərəm; ancaq yastıdibli qayığı elə həmin gecə oğurladılar, o birisi gün isə birqıçlı zənci bizə bildirdi ki, bank iflas olmuşdur. Beləliklə, bizlərdən heç kim öz pulunu ala bilmədi.
– Cim, bəs sən on senti neylədin?
– Mən əvvəlcə istədim onu xərcləyəm, sonra bir yuxu gördüm; yuxuda bir səs mənə dedi ki, mən gərək o pulu Valaam adlı bir zənciyə, daha doğrusu, Valaam adlı bir eşşəyə verəm. Sənə deyim ki, o, doğrudan da əməlli-başlı qanmaz idi. Amma deyirdilər ki, xoşbəxt adam imiş, mənim isə gördüm ki, heç cürə bəxtim gətirmir. Yuxuda həmin səs mənə dedi: “Qoy Valaam həmin on senti işə salsın, qazancı isə sənə versin!” Bəli, Valaam pulu aldı, sonra isə o, kilsədə vaizdən eşidir ki, kim yoxsula pul versə, Allaha vermiş olur, bundan ötrü də ona qat-qat əvəzi verilər. O pulu abb bir dilənçiyə verir, özü isə gözləməyə başlayır ki, görsün bundan nə çıxacaq.
– Yaxşı, Cim, bəs bundan nə çıxdı?
– Heç bir şey çıxmadı. Mən pulu heç cürə geri ala bilmədim, Valaam da almadı. İndi mən daha heç kimə borc pul vermirəm, versəm də ancaq girov verirəm. Vaiz isə hələ də deyir ki, mütləq yüz qat artıq alacaqsan! Mən isə öz on sentimi geri almağa da çox şad olardım, mənim üçün elə bu da kifayətdir.
– Eh, Cİm, bu hələ bəla deyil, bir vaxt varlanarsan.
– Əlbəttə, əgər yaxşıca düşünsən, mən elə indi də varlıyam. Axı, mən öz ağamam, məndən ötrü isə səkkiz yüz dollar verirlər. Elə mənə bu pulu verəydilər, heç artıq istəməzdim.
IX fəsil
Gəzib baxdığım zaman adanın ortasında gördüyüm bir yerə bir daha gedib baxmaq istədim; Cimlə yola düşdük və tezliklə gedib ora çatdıq, çünki adanın uzunu cəmisi üç mil, eni isə dörddə bir mil idi.
Gəlib çatdığımız yer çox hündür və dik bir təpə, yaxud qırx fut ucalığında kiçik bir dağ idi. Biz güc-bəla ilə bu dağın başına dırmandıq, yamaclar çox dik və hər yan keçilməz kolluqlar idi. Biz hər tərəfı gəzib dolandıq, hər yana dırmandıq və nəhayət, İllinoysa yaxın tərəfdə, lap yuxarı bir yerdə yaxşı, geniş bir mağara tapdıq. Mağara çox böyük, iki-üç otaq boyda idi, buna görə də Cim bu qərara gəldi ki, bu saat şeylərimizi buraya daşıyaq, amma mən dedim ki, həmişə yuxarı dırmanıb aşağı düşmək çox çətin xoşumuza gələ.
Cim düşünürdü ki, əgər biz qayığı xəlvət bir yerdə gizlətsək və şeyşüyümüzim hamısını mağaraya daşısaq, onda bir adam adaya gələndə burada gizlənə bilmərik, itsiz isə bizi heç cür tapa bilməzlər. Bundan başqa isə, quş balaları yağış yağacağını əvvəlcədən əbəs yerə xəbər verməyiblər, yoxsa mən hər şeyin islanmağını istəyirəm?
Biz geri qayıtdıq, qayığı götürub mağaranın yerləşdiyi tərəfə üzdük və bülün şeylərimizi oraya daşıdıq. Sonra yaxınlıqda qayığı sıx söyüd kolları arasında gizlətmək üçün münasib bir yer axtarıb tapdıq. Qırmaqlardan bir neçə balıq çıxarıb tilovları yenidən suya salaraq nahar hazırlamağa getdik.
Mağaranın girəcəyi boçkanı diyirlədib içəri salmaq üçün kifayət qədər enli idi; girəcəyin bir tərəfində döşəmə bir qədər yuxarı qalxmışdı və orada ocaq üçün münasib olan düz yer var idi. Biz orada ocaq qalayıb xörək bişirdik.
Yorğanları döşəməyə salıb üstündə əyləşərək nahar etdik. Bütün qalan şeyləri mağaranın içərisində elə yerləşdirdik ki, həmişə əl altında olsun. Azca sonra hava tululdu, ildırım çaxmağa başladı, göy guruldadı; deməli, quşlar haqlı imiş. O saat yağış tökməyə başladı, elə şırıldayırdı ki, elə bil vedrə ilə tökürdülər, bərk külək qopmuşdu, heç vaxt beləsini görməmişdim. Bu əsl yay tufanı idi. Hava elə qaranlıqlaşmışdı ki, ətraf adama qaramtıl-göy rəngdə, həm də çox gözəl görünürdü; yağış isə elə bərk və tez-tez yağıb şırıltı ilə tökürdü ki, bir az o yandakı ağaclar tutqun və elə bil hörümçək toru arasından görünürdü; arabir qəfildən burulğan qalxır, ağacları əyir, yarpaqların parıltılı üzünü tərsinə çevirirdi; bundan sonra bərk külək qopurdu, ağaclar sanki qeyzlənir, budaqlarını tərpədirdi; zülmət daha da qaralıb qatılaşanda, birdən qaranlıq əriyib gedir və gündüz kimi işıq olurdu; əvvəlkindən yüz addımlarla uzaqda ağacların başlarının küləkdən necə əyildiyi görünürdü; bir saniyə sonra isə yenə zülmət kimi qaranlıq oldu, göy dəhşətli bir qüvvə ilə guruldadı, bu gurultu sonra da göyün üzü ilə getgedə aşağılara endi, elə bü boş çəlləklər pilləkənlə aşağıya diyirlənirdi, yəqin ki, siz, uzun pilləkəndən boş çəlləyin aşağı diyirlənərkən necə atılıb düşdüyünü görmüsünüz?
– Cim, qiyamətdir ha! – deyə dilləndim.
– Mən burdan heç yana getməzdim. Mənə bir az da balıq və isti qarğıdalı kökəsi ver.
– Görürsənmi, Cimsiz sənin üçün pis olardı. Meşədə ac-acına oturar, hələ iliklərinə qədər də islanardın. Bəli, bəli, oğlum! Toyuqlar bilir ki, nə vaxt yağış yağacaq, meşədəki quşlar da.
On, ya on iki gün çay hey qalxdı, qalxdı və nəhayət, sahili aşıb-daşdı. Alçaq yerlərdə adanı, İllinoys sahillərini də üç-dörd fut hündürlükdə su basdı. Adanın bu tərəfində çay bir neçə mil enliləşmişdi, Missuri tərəfı isə əvvəl yarımmil enində idi, indi olduğu kimi də qalmışdi, çünki Missuri sahilləri başdan-başa qayalardan ibarət bir hasar kimidir.
Gündüz biz qayıqda adanın bütün ətrafını dolandıq. Meşənin içəriləri, günəş hər yanı yandırıb yaxdığı bir vaxtda da, olduqca sərin və kölgəli idi. Biz ağacların arasından çətinliklə keçib gedirdik, bəzi yerlərdə isə cır üzüm tənəkləri hər yanı elə sıx bürüyüb tutmuşdu ki, geriyə dönüb başqa bir yol axtarmalı olurduq. Yerə yıxılmış hər bir ağacın üstündə dovşanlar, ilanlar və başqa heyvanlar oturmuşdu; ətrafı basmış olan su yerdə bir neçə gün qaldıqdan sonra heyvanlar aclıqdan elə sustalıb sakit olmuşdular ki, hər kəs istəsə gedib onları əlinə götürə bilərdi; ancaq, əlbəttə ki, ilanları və çanaqlıbağaları tutmaq olmurdu, çünki o saat sıçrayıb suya atılırdı. Bizim mağaranın olduğu dağda onlar qarışqa kimi qaynaşırdılar. Əgər biz istəsəydik özümüzə kefimiz istəyən qədər ələ öyrəşmiş heyvan tapa bilərdik.
Bir axşam biz yaxşı şam ağaclarından qayrılımş salın kiçik bir hissəsini tutduq. Salın bu hissəsinin eni on iki fut, uzunu isə on beş-on altı fut olardı, suyun üzünə isə altı, yeddi düyüm hündürlükdə möhkəm və düz taxtalar çıxmışdı. Bəzən biz gündüzlər yanımızdan tirlərin necə üzüb keçdiklərini görür, amma tutmurduq; gündüz işığında biz heç başımızı mağaradan bayıra çıxartmırdıq.
Bir dəfə, gecə vaxtı adanın yuxarı qurtaracağına üzüb, lap sübh vaxtı oraya çatdıq, birdən gördük ki, qərb tərəfdən bizə tərəf bir ev üzüb gəlir. Ev iki mərtəbəli idi və xeyli yana əyilmişdi. Biz qayıqla üzüb ona çataraq üstünə çıxdıq, yuxarı mərtəbənin pəncərəsinə dırmaşdıq. Hava hələ qaranlıq idi, heç nə görünmürdü; onda biz düşüb qayığı evə bağladıq və oturub səhərin açılmasını gözlədik.
Adanın aşağısına çatmamış hava işıqlanmağa başladı. Çıxıb pəncərədən baxdıq. Gördük ki, içəridə çarpayı, stol, iki köhnə stul var, döşəməyə müxtəlif şeylər tökülmüşdü, divardan isə pal-paltar asılmışdı. Evin bir küncündə adama oxşar bir şey uzanmışdı. Cim qışqırdı:
– Ey, kimsən? Həmin adam heç tərpənmədi də. Belə olduqda mən də onu səslədim. Sonra isə Cim dedi:
– O yatmayıb, ölübdür. Sən yerində otur, mən gedim, baxım. Cim pəncərədən içəri girdi, yerdəki adama yanaşıb əyildi, yaxşı-yaxşı baxaraq dedi:
– Ölüdür, həm də lütdür. Onu daldan güllə ilə vurublar. İki, ya üç gün olar ölüb. Hek, bura gəl, ancaq üzünə baxma, çox heybətlidir.
Mən ona heç baxmadım. Cim onun üstünü tez cır-cındır ilə örtdü, amma bunun mənası yox idi; mən ona onsuz da baxmaq fıkrində deyildim. Döşəmənin üstündə köhnə, kirlənmiş kartlar, boş spirtli içki şüşələri, qara mahuddan iki maska var idi, divarlar isə başdan-ayağa ən eyibli sözlərlə yazılıb doldurulmuş və kömürlə şəkillər çəkilmişdi. Divardan iki dənə köhnə çit qadın paltarı, həsir şlyapa, arvad yubkaları və köynəkləri, bəzi kişi pal-paltarı asılmışdı. Biz şeylərin çoxunu qayığa daşıdıq, lazımımız ola bilərdi. Döşəmədə oğlan uşaqlarının başlarına qoyduqları bir köhnə həsir şlyapa vardı; mən onu da götürdüm. Bundan başqa bir dənə süd şüşəsi də vardı, şüşənin ağzı uşağın əmə bilməsi üçün əsgi parçası ilə bağlanmışdı. Biz bu şüşəni də götürərdik, ancaq o sınıq idi. Evdə köhnə, nimdaş bir sandıq və qıfılı sınıq bir dəri çamadan da vardı; sandığın da, çamadanın da ağzı açıq idi, amma içində əməlli bir şey qalmamışdı. Şeylərin pərakəndə tökülüb qalmasından görünürdü ki, ev sahibləri tələsik qaçmış və bütün şeylərini yığışdırıb aparmağa macal tapmamışlar.
Bizim əlimizə bunlar keçdi: köhnə tənəkə fənər, dəstəksiz böyük bir bıçaq, Barlou fırmasınm buraxdığı təzə cib bıçağı (belə bıçağı hər hansı bir dükandan yarım dollardan ucuz ala büməzsən), çoxlu piy şamı, tənəkə şamdan, kiçik bir matra, tənəkə birəlli, cırıq pambıq yorğan, içində çoxlu iynə, sancaq, sap, bir parça mum, düymə və başqa zir-zibil olan balaca qadın sumkası, kiçik bir balta, bir qədər mıx, yekə qarmaqları olan mənim çeçələ barmağımdan yoğun bir tilov, lülə kimi bükülmüş maral dərisi, it xaltası, nal, yarlıksız və içi boş dərman şüşələri; biz yığışıb getməyə hazırlaşanda isə mən çox gözəl bir qaşov, Cim isə köhnə bir skripka yayı və bir dənə taxta ayaq tapdı. Taxla ayaq çox yaxşı idi, ancaq qaytanları qırılmışdı, mənim üçün uzun, Cim üçün isə gödək olardı. O biri ayağı isə nə qədər axtardıqsa da tapa bilmədik.
Belə ki, ümumiyyətlə desək, qənimət pis deyildi. Biz evdən ayrılıb getmək istərkən hava artıq tamam işıqlanmışdı. Bir adadan dörddə bir mil aşağıdaydıq; mən Cimə dedim ki, qayığın içinə uzansın, üstünü də pambıq yorğanla örtdüm. Əgər o otursaydı, camaat uzaqdan görüb bilərdi ki, zəncidir. Mən qayığı İllinoys sahilinə tərəf elə sürdüm ki, axın bizi yarım mil aşağıya apardı, sonra isə qayığı lap sahilin yanı ilə, durğun sularla sürdüm. Biz adaya, başımıza heç bir sərgüzəşt gəlmədən çatdıq, yolda heç kimə rast gəlmədik.
X fəsil
Səhər yeməyindən sonra ölü haqqında və onun necə öldürüldüyü barədə söhbət açmaq həvəsinə düşdüm, ancaq Cim söhbət etmək istəmədi. O dedi ki, bununla bədlik gətirə bilərik, bundan başqa, ölü gecələr bizim yanımıza gələ bilər, axı dəfn olunmayan adam, dəfn edilib öz yerində sakitcə yatan adama nisbətən daha tez hər tərəfə baş soxa bilər.
Bu, doğru sözdür, buna görə də mən mübahisə etmədim, ancaq hey bu haqda düşünürdüm, bilmək istəyirdim ki, onu kim və nədən ötrü güllə ilə vurub.
Biz əlimizə keçən pal-paltarı yaxşıca gözdən keçirtdik. çuldan tikilmiş köhnə paltonun astarından səkkiz dollar gümüş pul tapdıq. Cim dedi ki, onlar, yəqin ki, bu paltonu oğurlamışlar, çünki paltonun astarına pul tikildiyini bilsəydilər, onu burada qoymazdılar. Mən cavab verdim ki, doğrudur, elə onu öldürən də onlardır, ancaq Cim bu haqda danışmaq istəmədi.
Mən ona dedim:
– Bax, sərt bu fikirdəsən ki, bu bədbəxtlik gətirər. Bəs srağagün mən dağdan tapdığım ilan qabığını gətirdiyim vaxt nə demişdin? Sən demişdin ki, guya ilan qabığını ələ götürməkdən pis əlamət yoxdur. Bəs nə pis hadisə baş verdi? Biz bu qədər şey tapdıq, hələ üstəlik, səkkiz dollar da pul! Cim, mən istərdim ki, bizim hər gün işimiz belə bəd gətirəydi!
– Hələ bilmək olmaz, oğlum, hələ bilmək olmaz. Sən çox da özündən çıxma. Bala hələ qabaqdadır.
Mənim sözlərimi yaxşı yadında saxla: hələ qabaqdadır.
Belə də oldu. Bizim bu söhbətimiz çərşənbə axşamı olmuşdu, cümə günü isə biz nahardan sonra dərənin yanında, otun üstündə uzanmışdıq; tütünümüz qurtarmışdı, mən tütün gətirmək üçün mağaraya getdim və orada zınqırovlu ilana rast gəldim. Mən onu öldürdüm, halqa kimi burub Cimin yorğanının üstünə qoydum, fikirləşdim ki, Cim gəlib öz yorğanı üstə ilanı tapanda qiyamət olacaq! Ancaq, axşama yaxın mən bu məsələni tamam unutmuşdum. Mən ocaq qalayınca, Cim yorğanın üstə uzandı, orada isə sən demə, öldürülmüş ilanın yoldaşı varmış, o, Cimi sancdı.
Cim sıçrayıb elə bağırdı ki, gəl görəsən! İşıqda gördüyümüz birinci şey isə gürzə idi; o, halqa kimi yığılıb yenə Cimin üstünə atılmağa hazırlaşmışdı. Mən onu bir dəqiqənin içində taxta ilə vurub öldürdüm, Cim isə atamın araq şüşəsini götürüb başına çəkməyə başladı.
Cim ayaqyalın idi, ilan onun dabanından sancmışdı – Hamısı isə ondan olmuşdu ki, mən axmaq yadımdan çıxartmışdım: ölü ilanı harada qoysan, yoldaşı mütləq sürünüb gələcək və onun başına dolanacaqdır. Cim mənə dedi ki, ilanın başını kəsib atım, sonra onun qabığını soyub ətindən bir tikə qızardım. Mən belə də etdim. O, qızardılmış ilan ətini yeyib mənə dedi ki, bu gərək onu sağaltsın. Sonra o mənə dedi ki, ilandan bir parça dəyirmi ət kəs və qoluma bağla. Daha sonra mən yavaşca mağaradan çıxıb hər iki ilanı uzağa, kolların arasına atdim; mən istəmirdim ki, bütün bunlara mənim bais olduğumu Cim biləydi.
Cim araq şüşəsini hey başına çəkir, içirdi, arabir içki onu tuturdu; o, birdən dəli kimi fırlanıb bağırmağa başlayır, sonra isə ayılıb özünə gəlir, yenə də şüşədən yapışırdı.
Onun ayağının altı və dabanından yuxarı bütün ayağı yaman şişmişdi; sonra isə araq yavaş-yavaş təsir etməyə başladı. Fikirləşdim ki, daba işlər düzəlib, amma məncə ilanın sancması atamın arağından yaxşı olardı.
Cim dörd gün dörd gecə yorğan-döşəkdə qaldı, Bundan sonra şiş çəkildi, o yenə də gəzə bilirdi. Mən belə qət etmişdim ki, bir daha heç vaxt ilan qabığına əl vurmayacağam, gör bir bunun axırı necə olur. Cim dedi ki, bundan sonra mənim ona inanacağıma o əmindir, ilan qabığını ələ götürmək elə axmaq bir əlamətdir ki, daha bundan pisi yoxdur; ola bilsin ki, bu hələ başımıza gələcək bəlanın hamısı deyil. O deyirdi ki, təzə çıxmış Ayı sol çiynin üstündən görmək, ilan qabığına əl vurmaqdan yüz qat yaxşıdır. İndi mən özüm də bu fikirdə idim, əvvəllər isə bəmişə belə hesab edirdim ki, təzə çıxmış Aya sol çiynin üstündən baxmaqdan axmaq və ehtiyatsız bir şey yoxdur. Qoca Xenk Banker bir dəfə Aya beləcə baxmış və hətta öyünüb lovğalanmışdı da. Bəs sonrası necə oldu? Heç ikicə il keçmədi ki, o, sərxoş halda topdağıtmaz bürcdən yıxılıb, demək olar ki, yastılanmışdı; onu tabut əvəzinə iki qapı arasına soxmuş və deyildiyinə görə beləcə də dəfn etmişdilər; bunu mən özüm görməmişdim, atamdan eşitmişdim. Bu isə, əlbəttə, ondan olmuşdu ki, o, axmaq kimi Aya sol çiyni üstündən baxmışdı.
Bəli, günlər beləcə gəlib keçirdi, çayın suyu yenə yatdı və öz əvvəlki yerinə çəkildi. Biz hər şeydən əvvəl böyük bir qarmağa dərisi soyulmuş dovşan keçirib tilov ipini suya atdıq və adam boyda bir naqqa balığı tutduq; onun uzunluğu əlli fut iki düym, çəkisi isə iki yüz girvənkəyə yaxın idi. Biz hətta onu sudan çıxara da bilmirdik; o, bizi çırpıb İllinoysa sala bilərdi. Oturub onun canı çıxıncayadək necə atılıb-düşdüyünə, özünü o yan-bu yana çırpdığına tamaşa edirdik. Biz onun mədəsindən mis düymə, şar və başqa zir-zibil tapdıq. Biz şarı balta ilə yardıq, onun içindən bir sap çarxı çıxdı. Cim dedi ki, bu sap çarxı, çox yəqin onun qarnında uzun müddət qalıb, qabıq tutub şara çevrilibdir. Məncə, Missisipidə heç vaxt bundan böyük balıq tutmayıblar. Cim deyirdi ki, bu böyüklükdə naqqa balığını birinci dəfədir görür. Şəhərdə onu yaxşı qiymətə sata bilərdi. Belə balığı bazarda girvənkə-girvənkə satırlar, alan da çox olur; axı naqqa balığının əti qar kimi ağdır, onu qızardanda çox yaxşı olur.
O biri gün səhər, nədənsə bərk darıxdım, bir şeylə əylənmək istədim. Cimə dedim ki, qayıqla çayın o biri sahilinə üzüb, orada nələr olduğunu öyrənəcəyəm. Mənim bu fikrim Cimin xoşuna gəldi; o, ancaq mənə məsləhət gördü ki, hava qaralıncayadək gözləyim, şəhərdə isə ehtiyatlı olum. O bir qədər fikirləşdikdən sonra dedi ki, bəlkə köhnə şeylərdən bəzilərini götürüb seçim və qız paltarı geyinim. Bu da yaxşı fikir idi.
Biz çit qadın paltarlarından birini gödəltdik, mən tumanımı dizimə qədər büküb həmin paltarı əynimə geydim. Cim arxadan bütün düymələri düymələdi, paltar elə bil lap eynimə tikilmişdi. Həsir kaporu1 başıma qoydum, lentlərini çənəmin altında bağladım, bu vaxt mənim üzümə baxan olsaydı, deyərdi ki, bu aşpaz qadındır. Cim dedi ki, indi səni heç gündüz də tanımazlar. Mən qadın paltarına alışmaq üçün bütün günü onda gəzib dolandım, yavaş-yavaş özümü bu paltarda sərbəst hiss etməyə başladım. Ancaq Cim dedi ki, qızların yerişi be]ə deyildir; o bir də dedi ki, mən gərək paltarımı yuxarı çəkmək və əllərimi cibimə salmaq adətimdən əl çəkəm. Mən bunu nəzərə aldım; işimiz düzəlməyə başladı.
Hava qaralan kimi mən qayıqda İllinoys sahili ilə çayyuxarı üzdüm.
Şəhərə körpüdən bir qədər aşağıda daxil oldum, çayın axını məni şəhərin kənarına apardı. Qayığı bağladıqdan sonra sahillə getməyə başladım. Çoxdan bəri heç kimin yaşamadığı kiçik bir daxmadan indi işıq gəlirdi, mən oraya kimin köçüb yurd saldığını öyrənmək həvəsinə düşdüm. Oğrun-oğrun daxmaya yanaşıb, pəncərədən baxdım. Təxminən qırx yaşlarında bir qadın şam ağacından qayrılmış bir stolun arxasında əyləşib şam işığında nəsə toxuyurdu. Üzü mənə tanış deyildi; o, yəqin ki, buraya bu yaxınlarda gəlmişdi, çünki mən şəhər adamlarının hamısını tanıyırdım. Bu dəfə bəxtim gətirdi, çünki artıq qorxmağa başlamışdım və fikirləşirdim ki, axı nə üçün buraya gəlmişəm? Axı mənim kim olduğumu səsimdən tanıya bilərlər. Bu qadın isə belə kiçik bir şəhərdə, heç olmazsa, ikicə gün yaşamışsa, onda lazım olan hər bir şeyi mənə danışa bilər. Mən qız olduğumu bircə anlığa belə unutmamağı özümə söz verərək qapını döydüm.
XI fəsil
– İçəri gəl, – deyə qadın cavab verdi, mən də içəri keçdim.
– Bu stula əyləş. Mən əyləşdim. O, özünün parıldayan balaca gözlərilə məni başdan-ayağadək süzüb soruşdu:
– Sənin adın nədir?
– Sara Vilyams.
– Bəs harada yaşayırsan? Bu yaxınlardamı?
– Yox, mən Hükervilldə yaşayıram, burdan çayaşağı yeddi mil uzaqda. Bütün yolu piyada gəlmişəm, odur ki, çox yorulmuşam.
– Həm də bərk acmısan, eləmi? İndi blr şey taparam.
– Yox, lazım deyil. Yaman bərk acmışdım, burdan iki mil o yandakı fermaya girdim, odur ki, indi yemək istəmirəm. Belə gec gəlməyimin də səbəbi budur. Anam xəstə yatır, pulumuz yoxdur, heç bir şeyimiz də yoxdur; evdən məni dayım Abner Murun yanına yollayıblar. Anam dedı ki, o, şəhərin bu başında yaşayır. Mən indiyədək heç vaxl burada olmamışam. Siz onu tanıyırsınızmı?
– Yox, mən hələ hamını tanımıram. Burada yaşadığımız heç iki həftə də olmaz. Şəhərin o başı o qədər də yaxın deyil. Qal bizdə gecələ. Şlyapanı çıxartsana.
– Yox, mən yaxşısı budur bir qədər dincəlim, – deyə cavab verdim, – sonra isə yoluma davam elərəm. Mən qaranlıqdan qorxmuram. Qari dedi ki, məni təkcə buraxmayacaqdır, təxminən saat yanından sonra əri gələr və aparıb məni ötürər.
Sonra o, əri haqqında, çayın yuxarı tərəflərində yaşayan qohumları, habelə çayın aşağı tərəflərində yaşayan qohumları haqqında danışmağa başladı; dedi ki, əvvəllər ər-arvad çox yaxşı dolanırmışlar, əbəs yerə bizim şəhərə gəliblər, gərək heç bir şeyə fikir verməyəydilər və sairə və ilaxır; mən artıq bu fikirdə idim ki, bizim şəhərdə nələr olduğunu əbəs yerə ondan öyrənmək ümidində olmuşam, ancaq, axırda o, söhbəti atamın və məni necə öldürdüklərinin üstünə gətirib çıxartdı; söhbətin bu yerində düşündüm ki, qoy hər nə bilir açıb töksün. O məni Tom Soyyerlə birlikdə on iki mini (ancaq onun sözündən iyirmi min çıxırdı) necə tapdığımızı, atam haqqında və onun işi bitmiş adam olduğu haqqında, mənim də işi bitmiş adam olduğum haqqında danışdı, axırda, məni necə öldürdüklərinə gəlib çıxdı. Mən ondan soruşdum:
– Bəs onu kim öldürüb? Biz bu barədə Hükervilldə eşitmişik, ancaq bilmirik ki, Hek Finni kim öldürüb?
– Kimin onu öldürdüyünü öyrənmək istəyənlər, məncə bizim bu yerdə çox tapılar. Bəziləri belə düşünüb ki, onu elə qoca atası öldürüb.
– Nə danışırsınız?
– Əvvəlcə, demək olar ki. hamı belə düşünürdü. O isə heç vaxt xəbər tutmayacaq ki, onu az qala linç edəcəkdilər. Ancaq gecə fikirləşib bu qərara gəlirlər ki, onu Cim adlı bir qaçqın zənci öldürübdür.
– Axı o… Mən dayandım. Belə qət etdim ki, yaxşısı budur susum. O isə hələ də danışırdı, hətta mənim nə isə dediyimi də eşitməmişdi.
– Həmin zənci Hek Finnin öldürüldüyü gecə qaçıb. Onu tapan adama üç yüz dollar mükafat vəd ediblər. Qoca Finni tapan adama da iki yüz dollar təyin etmişlər. O, bilirsənmi, səhər şəhərə gəlib oğlunun öldürüldüyünü nağıl edir və hamı ilə birlikdə meyiti axtarmağa gedir, bundan sonra isə qaçıb gizlənir. Onu həmin gecə linç etməyə hazırlaşırmışlar, ancaq, görürsənmi, aradan çıxıb, o birisi gün isə məlum olur ki, zənci də qaçıb. Hekin öldürüldüyü gecə Cimi axşam saat ondan sonra heç kim görməyib, buna görə də hamı bu işi ondan bilib. Bir gün sonra isə, bütün şəhər ancaq bu haqda danışarkən, birdən qoca Finn qayıdıb gəlir; birbaş məhkəmə hakimi Tetçerin yanına gedib hay-küy qaldırır, tələb edir ki, ona pul versin və həmin zəncini tapmaq üçün bütün İllinoysda axtarış düzəltsin. Məhkəmə hakimi ona bir qədər pul verir, qoca isə elə həmin axşam sərxoş oluncayadək içir və iki nəfər şübhəli şəxslə gecə yarıyadək küçələrdə veyllənir, sonra da onlarla birlikdə yox olur.
İndi o vaxtdan bəri geri qayıtmayıb, burada da belə fikirləşirlər ki, hər şey yatıb soyumayınca hec qayıtmayacaqdır da. Yəqin özü öldürüb, hər şeyi isə elə qurub ki, bamı bunun quldurların işi olduğunu düşünsün; fikirləşir ki, sonra Hekin pullarını qopardıb əlinə keçirdər, məhkəmələrdən də canı qurtarar. Camaat deyir ki, “öldürmək onun işi deyildir, o hətta buna da yaramır!”. Mən isə belə fikirləşirəm ki, yaman bic adamdır! Əgər o bircə il geri dönməsə, bundan ötrü ona heç nə olmayacaq. Axı, aydın məsələdir ki, hec nə sübut etmək olmaz; o vaxt hamı sakit olacaq, o da Hekin pullarını zəhmət çəkmədən özünə götürəcək.
– Bəli, mən də belə düşünürəm. Ona mane olan kimdir ki!.. Deməli, indi daha heç kəs bu fikirdə deyil ki, onu zənci öldürüb?
– Yox, canım, o fikirdədirlər. Bir çoxlan yenə belə hesab edirlər ki, o öldürüb… Ancaq zəncini gərək bu yaxınlarda tutalar, belə olsa, əsl həqiqəti ondan öyrənə bilərlər.
– Necə, məgər onu indi də tutmaq istəyirlər?
– Mən pis gördüyüm kimi, sən də pis düşünürsən! Axı, üç yüz dolları çölə atmayıblar. Bəziləri bu fikirdədir ki, zənci indi də haradasa bu yaxınlardadır. Mən də bu fikirdəyəm, ancaq susuram. Bu günlərdə mən bizimlə yanaşı, tirdən qayrılma yöndəmsiz binada yaşayan qoca və qarı ilə söhbət edirdim, söz aramızda qalsın, onlar dedilər ki, bax, o adada, Cekson adlanan adada, heç vaxt bir kimsə olmayır.
– Məgər orda heç kim yaşamır? – deyə soruşdum.
– Yox, deyirlər ki, heç kim yaşamır. Mən onlara daha heç bir söz demədim, ancaq fikrə getdim. Çünki bundan bir gün, ya da iki gün qabaq adanın yuxarı tərəfində deyəsən, tüstü görmüşdüm, fikirləşdim ki, həmin zənci, yəqin orada gizlənir; özüm-özümə dedim, hər halda bütün adanı axtarmağa dəyər.
O vaxtdan bəri daha tüstü görməmişəm, ola bilsin ki, zənci artıq ordan getmişdir. Mənim ərim bu gün qonşumuz ilə ora gedib baxacaq. O, çayyuxarı getmişdi, bu gün, iki saat bundan qabaq isə qayıtmışdır, mən bütün bunları ona danışmışam. Mənim balım özümdə deyildi, yerimdə otura bilmirdim. Başımı bir şeyə qatmalı idim; stolun üstündən iynə götürüb saplamağa başladım. Əllərim əsir, iynəni saplaya bilmirdim. Arvad səsini kəsdi, mən başımı qaldırıb ona baxdım; o qəribə bir nəzərlə, maraqla və yüngülcə gülümsəyərək mənə baxırdı. Mən iynə ilə sapı yerinə qoydum, guya onun sözlərilə çox maraqlanmışdım, əslində doğrudan da, bu elə belə idi, mən dedim:
– Üç yüz dollar böyük puldur. Bu pullar anama çatsaydı, nə yaxşı olardı. Sizin əriniz bu gecəmi oraya gedəcəkdir?
– Bəs necə’? O mənim bayaq dediyim qonşu ilə birlikdə şəhərə gedibdir ki, qayıq və əgər bir adamdan tapa bilərlərsə, bir tüfəng də alıb gətirsinlər. Onlar gecə yarıdan sonra adaya gedəcəklər.
– Bəlkə, yaxşı görmək üçün səhərə kimi dayansalar yaxşı olar?
– Əlbəttə ki, yaxşı olar. Zənci də yaxşı görər. Gecə yarısından sonra o, söz yox ki, yatacaq, onlar isə gizlincə meşəyə girər və əgər zənci tonqal qalamışsa, o saat tonqalı görərlər.
– Mən bunu düşünmürdüm.
Arvad yenə də mənə qəribə bir nəzərlə baxırdı, mənim də halun özümdə deyildi. Sonra o məndən soruşdü:
– Bala can, adın nə oldu?
– M-meri Vilyams. Deyəsən, birinci dəfə mən “Meri” deməmişdim, nə isə başqa bir ad demişdim, buna görə də ona baxa bilmirdim; mən, deyəsən, əvvəlcə “Sara” demişdim. O, məni elə bil ki, divara dirəmişdi, gərək ki, bu mənim gözlərimdən də görünürdü, bax, buna görə də ona baxmağa qorxurdum. Mən istəyirdim ki, qarı yenə də nə isə bir söz deyəydi, çünki o nə qədər susub dururdusa, mən də özümü bir o qədər pis hiss edirdim. Birdən o dedi:
– Bala can, sən içəri girdiyin vaxt deyəsən “Sara” demişdin.
– Bəli, doğrudur, Sara Meri Vilyams. Mənim birinci adım Saradır. Bəziləri mənə Sara deyir, bəziləri də Meri.
– Ax, belə de!
– Bəli, iki adım var. İndi mən özümü bir qədər yüngül hiss edirdim, amma buna baxmayaraq, burdan əkilmək istəyirdim. Mən ona baxa bilmirdim. Bu vaxt qarı danışmağa başladı ki, indi çox ağır zəmanədir, onunla əri pis dolanırlar, siçovullar da lap həyasızlaşıb bütün evi dolaşır, elə bil ki, bu evin ağasıdır, o sonra yenə xeyli danışdı, belə ki, lap yüngülləşdim. Siçovullar haqqında o doğru deyirdi. Onlardan birisi küncdəki deşikdən tez-tez burnunu çıxarırdı. Qarı dedi ki, o, hər cür şey-şüyü qəsdən əli altında saxlayır ki, tək olan vaxt siçovulların üstünə atsın, yoxsa onlar ona heç rahatlıq vermirlər. O mənə, başı yumru olan bir qurğuşun çubuq göstərdi və dedi ki, özü çox sərrast vurur, ancaq bu günlərdə əli burxulub, bilmir ki, indi vura biləcək, ya yox. O, fürsət düşən kimi həmin şeyi siçovulun üstünə tulladı, ancaq vura bilmədi, əli bərk ağrıdığı üçün ufuldadı. Sonra xahiş etdi ki, mən atım. Mən arvadın əri qayıtmamış getmək istəyirdim, ancaq bunu büruzə vermirdim. Mən həmin şeyi götürdüm və siçovul burnunu deşikdən çıxaran kimi tuşlayıb atdım, əgər siçovul yerində otursaydı, halı pis olacaqdı. Qarı dedi ki, çox gözəl atdım, gələn dəfə mütləq dəyəcək. O ayağa durub qurğuşun çubuğu götürdü, sonra isə bir yumaq iplik gətirib xahiş etdi kı, yumağı açmaqda ona kömək edim. Mən əllərimi irəli gətirdim, o ipliyi qoluma dolamağa başladı, Özü isə yenə öz işlərindən danışırdı. Sonra birdən söhbətini kəsib dedi:
– Sən siçovullara göz yetir. Yaxşısı budur, qurğuşunu dizinin üstünə qoy ki, əlinin altında olsun. O belə deyib qurğuşunu mənim üstümə atdı; mən dizlərimi bir-birinə sıxıb onu tutdum. O isə yenə danışmaqda idi; ancaq heç bir dəqiqə keçməmişdi ki, ipliyi qollarımdan çıxartdı, dik gözlərimin içinə baxıb mehribanlıqla dedi:
– Yaxşı, bir de görüm əsl adın nədir?
– N-necə yəni nədir?
– Soruşuram ki, əsl adın nədir? Billdir, Tomdur, Bobdur, yaxud da başqa bir addır? Mənim canıma lərzə düşdü, daha bilmirdim nə edim. Ancaq belə dedim:
– Xahiş edirəm, yazıq bir qızı ələ salmayasınız. Əgər sizə mane oluramsa, onda…
– Heç də yox. Yerindəcə otur, vəssalam. Mən səni incitmərəm və sənin barəndə heç kimə bir söz demərəm. Ancaq, sən gəl mənə inan, öz sirrini aç. Mən səni ələ vermərəm; nəinki ələ vermərəm, əksinə, hələ sənə kömək də edərəm. Əgər lazım olsa, lap ərim də sənə kömək edər. Sən axı, yəqin ki, qaçmış usta şagirdisən, belədir ki, var. Qorxmaq lazım deyil. Axı bunda nə var ki! Səninlə pis rəftar eləyiblər, sən də qaçmısan. Allah köməyin olsun, oğlum, mən sənin barəndə heç kimə bir söz demərəm. İndi isə ağıllı oğlan ol, hər şeyi mənə aç danış. Onda mən belə qət etdim ki, daha hiylə işlətməyin mənası yoxdur, yaxşısı budur hər şeyi səmimi açıb söyləyim, ancaq, qoy o da sözünün üstündə dursun. Sonra mən ona nağıl etdim ki, atamla anam ölmüşdür, məni isə tərbiyə olunmaq üçün çaydan otuz mil nzaqdakı bir kənddə yaşayan qoca xəsis bir fermerə vermişlər.
O mənimlə çox pis rəftar edirdi, mən dözdüm, dözdüm, axırı tab gətirə bilmədim; o ikigünlüyə harasa getmişdi, mən də fürsətdən istifadə edib onun qızının köhnə bir paltarını çırpışdırdım və qaçdım, çaya qədər olan bu otuz mili də üç gecəyə qət etmişəm. Mən gecələr yol gedir, gündüzlər isə bir yanda gizlənir və yatırdım; evdən çıxanda özümlə bir torba çörək və ət götürmüşdüm, bu mənə yolda doyunca bəs etdi. Mənim dayım Abner Mur, yəqin ki, qeydimə qalar, bax, mən bundan ötrü buraya, Qoşenə gəlmişəm.
– Oğluın, Qoşen dedin? Bura Qoşen deyil, bura Sent-Pitersburqdur. Qoşen çayyuxarı on mil o yandadır. Bəs sənə kim deyib ki, bura Qoşendir?
– Bir nəfər dedi; mən yatmaq üçün burulub meşəyə getmək istərkən, sübh vaxtı ona rast gəldim. O mənə dedi ki, yol ayrıcında sağa dönmək lazımdır, beş mil gedəndən sonra Qoşene çatacaqsan.
– Yəqin sərxoş olub. O sənə lap əksinə deyib.
– O, özünü lap sərxoş kimi aparırdı. Bəli, indi daha mənası yoxdur. Getmək lazımdır. Səhər açılana kimi Qoşenə çataram.
– Bir dəqiqə dayan. Sənə bir az yemək verim, yoxsa acından ölərsən. Qarı məni yedizdirib soruşdu:
– Bir mənə de görüm, əgər inək uzanıbsa, ayağa necə qalxır, qabaq ayaqları ilə, yoxsa dal ayaqları ilə? Cəld cavab ver, fikirləşmə; qabaq ayaqları ilə, yoxsa dal ayaqları ilə?
– Dal ayaqları ilə, xanım.
– Belə. Bəs at?
– At qabaq ayaqları ilə.
– Ağacın hansı tərəfini mamır basır?
– Şimal tərəfini.
– Əgər dağ döşündə on beş inək otlayırsa, onlardan neçəsi eyni bir tərəfə baxır?
– On beşi də.
– Yaxşı, sən deyəsən, doğrudan da, kənddə yaşamısan. Mən elə bilirdim ki, sən mənə yalan demək istəyirsən. Yaxşı, bəs əsl adın nədir?
– Corc Piters, xanım.
– Corc, bunu yadından çıxartma. Yoxsa, mənə birdən yenə deyərsən, adın Aleksanderdir, sonra isə mən sənin yalanını tapanda hiyləbazlıq edib deyərsən ki, Corc Aleksanderdir. Bir də ki, bu çit paltarda arvadların gözünə görsənmə. Sən qıza çox az oxşayırsan, ancaq hər halda kişiləri aldada bilərsən. Allah evini tiksin, oğlum, məgər iynəni elə saplayarlar? Sən sapı hərəkətsiz halda tutub iynəni ona keçirirsən, əksinə, iynəni hərəkətsiz tutub sapı ona keçirmək lazımdır. Arvadlar həmişə belə edirlər, kişilər isə əksinə. Siçovulu və ya başqa bir şeyi ağacla vuranda isə, ayaqlarının ucuna qakıb, əlini başının üstünə qaldır, özün də çalış elə et ki, mümkün qədər yöndəmsiz çıxsın, taxtanı da beş-altı addım hədəfdən kanara at. Atanda oğlanlar kimi sol çiynini irəli verib biləyin və dirsəyinlə deyil, qız kimi qolunu dirsəkdən qatlamadan düz tutub at; bunu da yadında saxla: qızın dizi üstünə bir şey atanda, o, dizlərini aralayır, daha sənin qurğuşun parçasını tutduğun vaxt dizlərini bir-birinə sıxdığın kimi etmir. Sən hələ iynəni saplayarkən mən bilmişdim ki, oğlansan, bülün qalan şeyləri isə bir daha yoxlamaq üçün etmişdim.
Nə isə, indi Sara Meri Vilyams Corc Aleksandr Piter, öz dayının yanına yollan, əgər işın cəncələ düşsə, missis Cudit Loftesə, yəni mənə xəbər çatdır, mən səni bəladan xilas etməyə çalışaram. Çayın sahili ilə get və yadında saxla ki, bir daha qaçmış olsan ayağına çəkmə, corab gey. Mənə elə gəlir ki, sahilə gedən yol daşlıqdır, Qoşenə gedib çatınca ayaqlarını qırıb tökəcəksən. Mən sahillə əlli addıma qədər gedib sonra geriyə döndüm, qayığımın dayandığı yerə – çayaşağı həmin evdən xeyli uzağa qaçdım. Qayığın içinə sıçrayıb sürətlə çayyuxarı qalxdım, gelib adanın tuşuna çatdıqda kəsmə getdim. Kaporu başımdan çıxartdım, indi o mənə lazim deyildi, yalnız mane olurdu.
Çayın ortasına çatdıqda saat zənglərinin vurduğunu eşitdim; dayanıb qulaq asdım, zəngin səsi su ilə mənə çox zəif gəlib çatsa da, aydın səslənirdi, saat on bir idi. Mən yorulub gücdən düşməyimə baxmayaraq, adanın yuxarı başında dincimi almağa dayanmadım, meşəyə, əvvəl məskən saldığım yerə qaçdım, orada uca və quru bir yerdə yaxşı bir tonqal qaladım. Sonra qayığa atılıb avarları var qüvvəmlə çəkərək bir mil yarıma qədər çayaşağı, öz duracaq yerimizə üzdüm.
Qayığı sahilə çəkib, kolların arası ilə tez yuxarıya, dağa dırmanıb özümu mağaraya saldım. Cim yerdə uzanıb bərk yuxuya getmişdi. Mən onu oyatdım:
– Cim, tez ol qalx yığış! Bir dəqiqə də itirmək olmaz! Bizi axtarırlar! Dalımızca gələcəklər! Cim heç bir şey soruşmadı, heç bir söz demədi, ancaq sonrakı saat yarım ərzində onun necə işlədiyindən məlum olurdu ki, yamanca qorxmuşdur. Saat yarımdan sonra bizim bütün şey-şüyümüz sala yüklənmişdi və salı, gizlədilmiş olduğu söyüd ağacları arasındakı kiçik körfəzdən çıxarmaq olardı. Biz birinci olaraq mağaradakı ocağı söndürdük və bundan sonra heç şamları da yandırmadıq. Mən qayıqda sahildən bir qədər aralanıb ətrafa nəzər yetirdim; əgər yaxınlıqda bir qayıq olsaydı belə onu görə bilməzdim, çünki ulduzların sayrışdığı qaranlıq bir gecədə çox da şey görə bilməzsən.
Sonra biz salı kiçik körfəzdən çox da şey görə bilməzsən. Sonra biz salı kiçik körfəzdən çıxartdıq, sahilin kölgəsi ilə yavaş-yavaş üzərək adanın aşağı başını hərləndik, bütün yol boyu ağzımızı açıb bir kəlmə də danışmadıq.

XII fəsil
Nəhayət, gecə saat birə yaxın adanı keçdik; bizə hey elə gəlirdi ki, sal çox yavaş hərəkət edir. Əgər bizə bir qayıq rast gəlsəydi, öz qayığımıza minib İllinoys sahilinə üzəcəkdik; amma, yaxşı ki, bircə qayıqla belə rastlaşmadıq, çünki biz nə tüfəngi, nə tilovu, nə də yemək üçün bir şey qayığa qoymamışdıq. Elə tələsmişdik ki, bütün bunlar haqqında düşütıməyə belə vaxtımız olmamışdı. Bütün şeyləri salın üstündə aparmaq isə, əlbəttə, o qədər də ağıllı iş deyildi. Mən bu fikirdə idim ki, əgər Cimi axtarmaq üçün adaya getsələr, onda orada mənim yandırdığım tonqalı tapacaq və bütün gecəni onun yanında durub Cimi gözləyəcəklər. Nə isə, biz heç kimi görmədik, əgər tonqalım onları aldatmamışdısa, bu mənim təqsirim deyildi, mən bütün qüvvəmi sərf edib onları aldatmağa çalışmışdım. Səhər hava işıqlaşar-işıqlaşmaz biz çayın İllinoys sahilindəki böyük bir döngəyə yan aldıq, balta ilə yaşıl budaqlardan kəsib salın üstünü elə örtdük ki, sahilin çıxıntılı yerində olan çalaya bənzədi. Həmin çıxıntıtı qumlu say yeri idi, üstü elə sıx kollarla bitmişdi ki, elə bil dırmıq idi. Missuri sahilində dağlar uzarub gedirdi, İlünoys tərəfdə isə uca ağacları olan meşə var idi; burada gəmi keçə bilən yer Missuri sahilinə yaxın idi, buna görə də biz bir kimsəyə rast gələcəyimizdən qorxmurduq. Biz bütün günü orada qalıb salların və paroxodların axınla Missuri sahilinin yaxınlığından necə üzüb keçdiklərinə, çay ilə yuxarıya gedən paroxodların isə axınla necə mübarizə etdiklərinə baxırdıq. Mən qarı ilə söhbətimi Cimə danışdım, o da dedi ki, qarı yaman kələkbaz imiş, əgər onun özü bizim dalımızca gəlibsə, bütün gecəni oturub tonqala tamaşa etməyəyəkdir, “yox, ser, o özü ilə mütləq it gətirərdi”. “Bəs onda nə üçün o, ərinə deməyib, özü ilə it aparsın?” deyə mən Cimdən soruşdum. Cim dedi ki, bu onun ağlına, yəqin ki, kişilər çayın o tayına getdikdən sonra gəlib; bax, indi, yəqin ki, onlar it üçün şəhərə getmiş və buna görə də bu qədər vaxt itirmişlər, yoxsa biz burada, şəhərin on altı, yaxud on yeddi müliyindəki bu say yerdə otura bilməzdik, – “bəli, otura bilməzdik, biz yenə həmin şəhərin caynağına keçərdik”. Mən isə belə dedim: “Onların bizi nə üçün tuta bilmədiklərinin mənası yoxdur, əsas məsələ budur ki, tuta bilməyiblər”. Hava qaralmağa başlayan kimi biz başımızı kolların arasından çıxarıb çayın yuxarısına və aşağısına göz gəzdirdik, sonra da o biri taya baxdıq, ancaq, heç bir şübhəli şey görmədik; belə olduqda, Cim salın üst taxtalarından bir neçə dənə çıxarıb isti günlərdə və yağış yağdıqda oturmaqdan ötrü və şeylərin islanmaması üçün onun üstündə rahat bir daxma qurdu. Cim daxmanın içində, salın özündən bir fut hündürlükdə döşəmə də düzəltdi, belə ki, paroxodların çalxayıb əmələ gətirdiyi dalğalar indi yorğanları və başqa şey-şüyü islatmırdı. Biz daxmanın ortasında döşəmənin üstünə altı və ya yeddi düyüm qalınlıqda gil təbəqəsi salıb yanlarını daşla hördük ki, gil möhkəm dayansın – bu, soyuq və rütubətli günlərdə ocaq qalamaqdan ötrüydü; alov daxmadan görünməyəcəkdi. Biz bir ehtiyat avarı da düzəltdik, çünki özümüzdəkilər hər vaxt sudakı qol-budaqlı ağaclara və ya başqa bir şeyə dəyib sına bilərdi. Sonra öz köhnə fənərimizi asmaqdan ötrü, sala ucu haça olan kiçik bir ağac bərkitdik, çünki paroxod çayaşağı gedərkən səninlə toqquşmasın deyə, fənər yandırmaq lazımdır, çayyuxarı gedən paroxodlardan ötrü isə fənər yandırmaq lazım deyildi, onlarçün yalnız çay pilləsi deyilən yerə düşdükdə fənər yandırılırdı, çayın suyu hələ çox yüksəkdə idi, alçaq sahillər hələ də suyun altındaydı, çayyuxarı gedən paroxodlar isə gəmi keçə bilən yerə hec də həmişə riayət etməyib dərin yer axtarırdılar. Biz çayın axınının surəti saatda dörd mil olduğu ikinci gecə yeddi, bəlkə də səkkiz saat üzdük. Biz balıq tutur, söhbət edir, arabir də yuxumuzu qaçırtmaqdan ötrü suya baş vururduq. Suyu sakit axan geniş çayda üzərkən arxası üstə uzanıb ulduzları seyrə dalmaq nə qədər xoş idi! Adam hətta bərkdən danışmaq da istəmirdi, biz hətta tək-tək hallarda, həm də çox astadan gülürdük. Hava, ümumiyyətlə, çox gözəl idi, nə həmin, nə o birisi, nə də daha o birisi gecə başımıza, demək olar ki, heç bir hadisə gəlmədi. Biz hər gecə müxtəlif şəhərlərin yanından üzüb keçirdik; onlardan bəziləri çox uca və tutqun görünən sahillərdə yerləşirdi, yalnız sıra ilə düzülmüş işıqlar görünürdü, başqa heç bir şey, heç bir ev görünmürdü. Beşinci gecə biz Sen-Luini ötüb keçdik; şəhərin üzərində sanki şəfəq sökülürdü. Bizim Sent-Pitersburqda deyirdilər ki, guya Sen-Luidə iyirmi min, hətta otuz min adam yaşayır, ancaq mən gecə saat ikidə şəhərdə bu qədər işıq olduğunu görüncəyədək buna inanmırdım. Sakit bir gecə idi, şəhərdən heç bir səs-səmir gəlmirdi. Hamı yatmışdı. Mən axşamlar saat ona yaxın hər hansı bir kiçik kəndin yanında sahilə çıxıb on-on beş sentə un, hisdə qurudulmuş döş əti və yemək üçün başqa şeylər alırdım; bəzən də, tarda otura bilməyən toyuqlardan tutub gətirirdim. Atam həmişə belə deyərdi: “Əgər qabağına bir toyuq çıxsa, onu tut apar, çünki özünə lazım olmasa da, başqa birisinə lazım olar, yaxşılıq isə heç vaxt yerdə qalmaz”, bu onun zərb-məsəli idi. Ancaq mən heç vaxt görmədim ki, toyuq alamın özünə lazım olmasın. Səhərlər, lap sübh vaxtı qarğıdalı tarlasına girib qarpız, qovun, sütül qarğıdalı, ya da başqa bir şey götürürdüm. Atam həmişə deyərdi ki, əgər bir şeyi nə vaxt olursa olsun qaytarmaq şərtilə “götürürsənsə” bu günah deyil; dul qadından isə eşitmişdim ki, bn da oğurluqdur, ancaq adı başqadır, namuslu adamların heç biri belə etməz. Cim deyirdi ki, atan bir qədər haqlıdır, bir qədər də dul qadın, belə ki, yaxşısı budur, iki-üç şeyi siyahıdan ataq və heç vaxt onları götürməyək, onda fürsət düşəndə, qalan şeyləri götürmək günah olmaz. Biz bütün gecəni salda əyləşıb bu məsələni müzakirə etdik; hey çalışdıq ki, nədən: kantalupa qovunundan, qarpızlardan və yaxud daha başqa bir şeydən imtina etməyimiz barədə bir qərara gələk. Səhərə yaxın bu məsələni çox asan həll etdik: meşə almalarından və xurma gavalılarından əl çəkməyi qərara aldıq. Əvvəlcə özümüzü o qədər da yaxşı hiss etmirdik, indi isə əhvalımız xeyli yaxşılaşdı. Mən məsələnin belə yaxşi həll edilməsinə sevinirdim, çünki, meşə almaları, ümumiyyətlə, heç bir şeyə yaramır, xurma gavalıları isə hələ bu tezliklə yetişən deyildi, ən azı iki aydan, üç aydan sonra yetişir.Biz arabir tüfənglə ördək də vururduq, bunlar səhər tezdən ayılan və ya xeyli gec yatmağa gedən ördəklər olurdu. Ümumiyyətlo desək, çox da pis dolanmırdıq. Beşinci gecə Sen-Luidən aşağılarda güclü tufana düşdük; göy guruldayır, ildırım çaxır, yağış elə bil vedrədən tökülürdü. Biz daxmamıza girib salı özbaşına buraxmışdıq. İldırım çaxan zaman biz geniş və düz çayı, onun hər iki sahili boyu uzanıb gedən dik və uca qayaları görürdük. Birdən mən dedim: – Ey, Cim, bir ora bax! Qabaqda bir paroxod qayaya dəyib parçalanmışdı. Axın bizi düz onun üstünə aparırdı. İldırım işığında paroxod lap aşkar görünürdü. O xeyli yana əyilmişdi; yuxarı göyortəsinin bir hissəsi suyun altında idi və hər dəfə yenidən ildırım çaxdıqda hər bir balaca mıxı, böyük zəngin yanında duran söykənəcəyindən köhnə şlyapa asılmış kreslonu ovucun içi kimi aydın görmək olurdu. Gecə elə xəlvət, bava elə pis və hər şey elə sirlı görünürdü ki, hər hansı bir oğlan uşağı kimi mən də çayın ortasında kədərlə və tənha yirğalanan parçalanmış paroxodu görcək onun üstünə çıxmaq və orada nələr baş verdiyinə baxmaq həvəsinə düşdüm. Mən dedim: – Cim, gəl ona yan alaq. Cim əvvəlcə heç vəchlə razı olmadı. O dedi: – Parçalanmış paroxoddur da, məgər parçalamnış paroxod görməmişəm? Bizim üçün elə bura yaxşıdır; ona yaxın düşməyə dəyməz, nəyimizə lazımdır. Həm də orada yəqin ki, qarovulçu var. – Canım, orada qarovulçu nə gəzir! – deyə mən dilləndim, – orada losman budkasından, bir də ki, kapitan kayutundan başqa qorunmalı bir şey yoxdur; yoxsa belə bir gecədə, paroxodun dəqiqəbədəqiqə suya qərq olub bata biləcəyi bir vaxtda elə bilirsən ki, bir kimsə losman budkası ilə kapitan kayutundan ötrü öz həyatını təhlükədə qoyacaqdır? Cim mənim bu sözlərimə heç bir şey deyə bilmədi, hətta deməyə çalışmadı da. – Bundan başqa, – deyə mən sözümə davam etdim, – biz kapitan kayutundan dəyərli bir şey də mənimsəyə bilərik. Məsələn, siqar, bəli, hər dənəsi beş sent naqd puldur. Paroxod kapitanları həmişə varlı olurlar, ayda azı altmış dollar alırlar; onlar xoşlarına gələn bir şeyi neçəyə olursa olsun ala bilərlər… Şamı cibinə sox, Cim, bütün paroxodu əməlli-başlı axtarıb gözdən keçirməyincə sakit ola bilməyəcəyəm. Yoxsa elə bilirsən ki, Tom Soyyer belə bir qəniməti əldən buraxardı? Heç bir vəchlə, heç bir vaxt! O bunu “sərgüzəşt” adlandırardı, – bəli! Lap ölsəydi də parçalanmış paroxoda çıxardı. Həm də bunu dəbdəbə ilə, fikirləşib qəribə bir yolla edərdi… Lap elə bil ki, Xristofor Kolumbun1 özü cənnəti kəşf edib. Eh, hayıf ki, Tom Soyyer burada deyil! Cim bir qədər donquldandı, nəhayət, təslim oldu. O dedi ki, mümkün qədər az və astadan danışmaq lazımdır. Elə bu vaxt ildırım, parçalanmış paroxodu bir də bizə göstərdi; biz paroxodun sağ yanındakı qaldırıcı oxa yan alıb salı ona bağladıq.Paroxodun göyərtəsi bərk əyilmişdi. Biz qaranlıqda bir təhərlə paroxodun sol tərəfinə, kapitan kayutuna tərəf keçdik, yolu ayağımızla yoxlayır, əllərimizi aralı tuturduq ki, yükqaldıran mexanizmlərlə toqquşmayaq, çünki hər tərəf zülmət idi, göz gözü görmürdü. Bir az sonra biz kapitan kayutunun şüşəbəndinə toxunduq və içəri keçdik; bir addım atdıq, gəlib kapitan kayutunun taybatay açıq qapısı qarşısma çıxdıq; nə görsək yaxşıdır, – inan düzünü deyirəm! – Kayutun lap içərilərində işıq gördük, elə həmin dəqiqəcə adam səsləri eşitdik. Cim qulağıma pıçıldadı ki, halı özündə deyildir, yaxşısı budur, buradan gedək. Mən dedim: “Yaxşı”, qayıdıb sala oturmaq istəyirdik ki, birdən kiminsə inildədiyini eşitdim; həmin adam sonra dedt: – Ay uşaqlar, mənə el dəyməyin! Heç kimə demərəm. Başqa bir səs çox bərkdən ona dedi: – Yalan deyirsən, Cim Terner! Bunu biz əvvəllər də səndən eşitmişik. Sənə həmişə başqasından çox lazım olur, sən həmişə istədiyin qədər götürürsən, belə olmayanda isə deyirsən ki, əgər verməsəniz gedib sizı şeytanlayacağam. Ancaq bu dəfə biz sənə inanan deyilik, nahaq yerə zəhmət çəkirsən. Bütün ölkədə sənin kimi xain və əclaf bir it tapmaq olmaz! Cim bu vaxt artıq özünü sala yetirmişdi. Mən hər şeyi bilib öyrənmək həvəsi ilə alışıb-yanırdım; öz-özümə fikirləşirdim ki, Tom Soyyer belə bir vaxtda heç vəchlə buradan getməzdi, indi ki, belədir, mən də qalacağam, burada nələr baş verdiyinə baxacağam. Mən yerə əyilib qaranlıqda dar koridorla iməkləyəiməkləyə getməyə başladım, mənimlə losman budkası arasında cəmisi bir kayut qalmcaya qədər iməklədim. Gördüm ki, həmin kayutda əlləri və ayaqları sarınmış bir adam döşəmədə uzanmışdır, onun başı üstündə iki adam durmuşdur; onlardan birinin əlində zəif işıq saçan fənər var idi, o birisi isə əlindəki tapançanı yerdə uzanmış adamın başına tullayıb deyirdi: – Əllərim yaman gicişir. Əslinə baxsan, elə sənin kimi əclafı güllələmək lazımdır! Yerdəki adam yumaq kimi yığılır, elə hey deyirdi: – Bill, lazım deyil, mən heç kimə demərəm… Əlində fənər tutan adam isə hər dəfə bu sözlərə gülüb belə cavab verirdi: – Doğrudur, daha deyə bilməyəcəksən! Bax, bunu doğru deyirsən, zamin ola bilərik.O bir dəfə isə belə dedi: – Bir gör necə yalvarır! Amma, əgər bizim ona gücümüz çatmasaydı, onu yıxıb sarımasaydıq, hər ikimizi öldürərdi. Nə üçün? Beləcə, nahaq yerə. Ona görə ki, öz payımızı əlimizdən vermək istəmirdik, bax, buna görə! Ancaq indi, belə hesab edirəm ki, daha heç kimi qorxuda bilməyəcəksən, Cim Terner… Bill, tapançanı yanına sal. Bill ona belə cavab verdi: – Heç elə şey ola bilməz, Ceyk Pakkard. Mən bu fikirdəyəm ki, onu öldürmək lazımdır. Onun payı olur. Məgər onun özü qoca Xetfildi öldürmədi? – Mən isə onu öldürmək istəmirəm, səbəbini də özüm bilirəm. – Ceyk Pakkard, belə sözlərinçün sağ ol. Nə qədər ki, sağam, sənin bu sözlərini yaddan çıxartmayacağam, – deyə döşəmə üstündəki adam cavab verdi və elə bil ki, hönkürdü. Pakkard ona məhəl qoymadan fənəri divardan asdı və mənim qaranlıqda uzandığım tərəfə addımlayıb Billə işarə etdi ki, dalısınca gəlsin. Mən tələsik iki addıma qədər geri çəkildim, ancaq paroxodun göyərtəsi çox mail idi, belə ki, mən vaxtında kənara çəkilməyə macal tapmadım, onların üstümə çıxmamaları və məni tutmamaları üçün özümü elə buradakı kayuta soxdum. O birisi divardan tuta-tuta qaranlıqda gözəyarı hərəkət edirdi, Pakkard isə mənim olduğum kayuta gəlib çatdıqda ona dedi: – Buraya! Buraya gəl! Əvvəlcə Pakkard, onun ardınca da Bill içəri girdilər. Onlar elə içəri girəndə mən artıq yuxarı çarpayıya dırmaşıb lap dibə keçmişdim; ancaq burada olmağıma çox heyfsilənirdim. Onlar lap yanımda dayanmışdılar, əllərilə çarpayının qıraqlarından tutub danışırdılar. Mən onları görmürdüm, ancaq, barada durduqlarını bilirdim, çünki onlar vişki içmişdilər, ağızlarından bərk spirt iyi gəlirdi. Mən heç bir şey içmədiyimə çox sevindim, ancaq fərq az idi, onlar məndən onsuz da duyuq düşməyəcəkdilər, Çünki nəfəsimi belə dərmirdim. Yamanca qorxmuşdum. Həm də ki, belə söhbətlər eşidən hansı adam nəfəsini dərə bilərdi? Onlar astadan, ancaq ciddi danışırdılar. Bill, Terneri öldürmək istəyirdi. O dedi: – Terner dedi şeytanlayacağam, bil ki, mütləq şeytanlayacaq. Onu o cür döydükdən sonra biz ikimiz öz payımızı ona versək də, heç bir köməyi olmayacaq. O bizi ələ verəcək, budur, sənə deyirəm, lap yəqin bil ki, bu belə olacaq. Məncə, yaxşısı budur, onu aradan götürək. – Mən də bu fikirdəyəm, – deyə Pakkard güclə eşidiləcək bir səslə cavab verdi. – Ay səni öləsən, mən elə bilirdim ki, ələyhinəsən! Demeli, onda hər şey öz qaydasındadır. Gedək onun işini bitirək. – Bir dəqiqə dayan, mən hələ hamısını deməmişəm. Mənə yaxşı qulaq as. Güllə ilə vurmaq yaxşıdır, ancaq lazım olanda, işi səssizcə də görmək olar. Gör sənə nə deyirəm: gəl biz özümüz-özümüzə quyu qazmayaq, bu işi başqa cür də eləyə bilərik, heç sənin fikirləşdiyindən pis olmaz, həm də həyatımızı təhlükədə qoymarıq. Düzdürmü? – Əlbəttə, düzdür! Bəs bunu necə edəcəyik? – Mən elə fikirləşirəm: biz burda kayutları gəzib qalan şeyləri yığarıq; sonra sahilə daşıyıb bir yerdə gizlədərik. Bundan sonra isə gözləyərik. Mənə belə gəlir ki, heç İkicə saat keçməmiş paroxod tamam parçalanıb batar. Başa düşdünmü? Terter də batar və bunda onun özündən başqa heç kim təqsirkar olmaz. Məncə bu, öldürməkdən xeyli yaxşıdır. Bir iş ki, öldürməsək də mümkündür, onda nə üçün öldürək. Adam öldürmək həm günahdır, həm də axmaq işdir. Hə, nə deyirsən, mən haqlıyam, ya yox? – Bəli, sən haqlısan. Bəs bəlkə birdən paroxod parçalanıb suya batmadı. – Nə olar ki, iki saata qədər dayanıb gözləyərik, sonrasına baxarıq da… Oldumu? – Yaxşı, gedək. Onlar getdilər, mən də tamam soyuq tər içində ordan çıxıb sürünə-sürünə paroxodun burnuna tərəf getdim. Ora zirzəmi kimi qaranlıq idi, ancaq mən xırıltılı bir pıçıltı ilə “Cim!” deyən kimi, o mənim lap yanımdaca köksün ötürdü, mən dedim: – Cim, tez ol, indi avara-avara dayanmaq və köks ötürmək vaxtı deyil. Paroxodda böyük bir qatil dəstəsi vardır, əgər biz indi onların qayığını axtarıb tapmasaq və onu çayın axınına buraxmasaq, dəstədəkilərdən birinin işi pis olacaqdır. Əgər qayığı tapsaq, onda hamısının işi bitib, hamısı şərifin əlinə keçəcək. Tez ol, dön! Mən sol tərəfi axtarım, sən də sağ tərəfi. Saldan başla və… – Ah, aman Allah, aman Allah! Saldanmı? Daha sal yoxdur, o açılıb gedib. Biz isə burda qalmışıq!
AMİDTV.AZ