Dəyərli ziyallımız ,əməkdar tibb işçisi Aydın Mədət oğlu hər zaman qəlblərdə yaşayacaqsan ruhun şad olsun .

0

Aydın Mədət oğlu Əliyev 1945-ci ilin  9 mayında isti yay günündə Şəmkir rayon Qılıncbəyli kəndində ziyalı ailəsində anadan olub. Atası sədr anası isə evdar qadın olub . Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1962 ci ildə Tibb Universtetinə qəbul olub. Təhsilini əla qiymətlərlə başa vuran Aydın həkim Gəncə şəhəri Dəmiryol xəstəxanasına ezam olunmuş göstərdiyi diqqət və hörmət , yüksək savadı sayəsində baş həkim rütbəsinə layiq görülür. 45 il Gəncə şəhəri Dəmiryol xəstəxanasının pediateriya şöbəsinin baş həkimi olub. Aydın həkim Gəncə şəhəri və regionlarda tanınmış həkim olub. Yüzlərlə uşağa şəfa verib. Aydın həkim öz peşəsiylə yanaşı tarixi və ədabiyyatı çox dərin bilir. 3 xarici dil biıən Aydın həkim Ali dərəcəli həkim vəzifəsinə qədər yüksəlmişdir.Haqqında şeirlər və məqalələr dərc olunmuşdur..Ən böyük arzusu müəllifi olduğu hekayələri dərc etdirməkdi ,amma ,ömür vəfa etmədi. 3 ziyalll övladı və 6 nəvəsi var. Övladları onun kitabını çap etdirmək və arzusunu yerinə yetirməyə söz veriblər. Nənəsinin adını daşıyam Əsli isə babasının davamçısı olmaq üçün babasına söz vermişdir. Aydın Əliyev 04.11.2023 gözlərini əbədi həyata 0 yumdu. Ruhun şad olsun Aydın həkim. Sən hər zaman qəlblərdə şəfalı əllərinlə, insanlığınla, yaxşılığınla, savadınla qəlblərdə yaşayacaqsan dəyərli ziyallımız.
PS:BDU-nin nəznində “İqtisadiyyat və Humanitar”kollecin pedaqoqu Əliyeva Aynur xanıma,onun ailə üzvulərinə,doğmalarına atası
Gəncə şəhəri Dəmiryolu xəstəxanasının şöbə müdürü Əliyev Aydın Mədət oğlunun vəfatından kədərlənərək AMİDTV VƏ AMİDTV.AZ rəhbəri Jurnalistlər Birliyinin üzvü Aygün Məmmədova başda olmaqla bütün kollektivimiz adından dərin hüzünlə başsağlığı veririk

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir